31 il əvvəl dediyi qurbanı Laçında kəsdi - Fotolar
İyunun 25-də doğma Laçın şəhərinə köçən Qardaşxan Dostuyev 31 il əvvəl dediyi qurbanı kəsib.
"Qafqazinfo" xəbər verir ki, "AZƏRTAC"la həmsöhbət olan ailə başçısı yenidən doğma yurduna qovuşmağın hansı hisslər ifadə etdiyini dilə gətirib:
"Şükürlər olsun Tanrıya, biz Laçınımıza qayıtmışıq. Bizim illərdir etdiyimiz dualar qəbul olub, çəkdiyimiz həsrət bitib, arzularımız gerçəkləşib. Bu günləri bizlərə bəxş edən Ali Baş Komandan və güclü, rəşadətli ordumuzdur. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Var olsun qüdrətli Azərbaycan Ordusu! Bu gün beş gecədir doğma yurdumda yuxuya gedirəm. Buraya gələndən hətta xəstəliklərim də sanki yoxa çıxıb. Hər gün qəbul etdiyim şəkər və təzyiq üçün olan dərmanları da artıq qəbul etməyə gərək qalmayıb. Laçına qovuşmaq sanki bizi yenidən dünyaya gətirib".
O, dediyi qurbanla bağlı bunları xatırlayıb: "Laçın işğal olunanda biz buranı tərk etməli olduq. Həmin vaxt Laçına dönməyimiz üçün qurban demişdim. Bu gün bizə qismət oldu, dediyimi qurbanı doğma Laçınımda və öz evimdə kəsdim. Tanrı bütün edilən duaları, kəsilən qurbanları qəbul etsin. Biz bir an belə ümidimizi itirmədik, səbir etdik və bu gün Laçına qovuşmuşuq. Əminik ki, bundan sonra da Laçında xoşbəxt günlərimiz, firavan həyatımızı yaşayacağıq. Burada dövlətin qayğısını hər an hiss edirik. Laçınımız bizi daha gözəl, daha abad şəkildə qarşılayıb"



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1634 Tarix: 26 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabr