Xaricə kuryerlik edən şəxs Ucarda avtomatla saxlanılıb - FOTO
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşına kuryerlik edən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, hazırda isə sonuncu dəfə törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Elşən Əzimov rayonun Qarabörk kəndi ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun əlində olan torbaya keçirilən baxış zamanı bir ədəd atəşə yararlı "AK-74" markalı avtomat və bir ədəd daraq, üzərindən isə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, E.Əzimov sosial şəbəkələr vasitəsilə tanış olduğu "Əkbər" adlı İran vətəndaşı ilə razılığa gələrək, Ucar rayonu ərazisində qabaqcadan gizlədilən silahı 1 200 manat pul müqabilində Bakı şəhərinə çatdırmalı imiş. Əvvəlcədən deyilən ərazidən silahı götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə o, polis əməkdaşları tərəfindən yaxalanıb.
RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri zamanı isə dörd nəfər - H.Rüstəmov, S.Kərimli, Ş.Xuduyev və R.Məmmədov - saxlanılıb. Həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə heroin və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1690 Tarix: 27 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub
27 aprelİlham Haqverdiyev azadlığa buraxıldı
Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ela
1 may22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi
Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib. Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmis
6 mayGəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI
Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub. Bu barədə -ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 29-da Gəncə şəhər 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:. "Mübahis
30 aprelDövlət xidmətində rüşvət ƏMƏLİYYATI: Saxlanılanlar var
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib. "Report"a istinadla xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb. Onla
23 aprelTbilisidə öldürülən Fatimə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir. xəbər verir ki, bu fikirlər Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatınd
6 iyulMasazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib
Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində
11 aprel