Tanınmış azərbaycanlı alim ömürlük mükafata layiq görülüb - FOTO

Tanınmış azərbaycanlı alim ömürlük mükafata layiq görülüb - FOTOMünhendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan dünya şöhrətli ilk azərbaycanlı alim, Azərbaycanın Əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadada fəaliyyət göstərən riyaziyyat elmləri sahəsində araşdırmalar üzrə Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu münasibətlə Fields İnstitutunun direktoru Prof. Dr. Kumar Murti adından azərbaycanlı alimə məktub ünvanlanıb.

Məktubda deyilir:

"Hörmətli professor Əfəndiyev!

Biz İnstitutun işində iştirakınıza ehtiram əlaməti olaraq sizi Fields İnstitutunun mükafatçılar qrupunda salamlamağa çox şadıq. Sizin tədqiqat nailiyyətləriniz və riyaziyyatçılar cəmiyyətinə xidmətiniz bizim toplum və ümumiyyətlə, bütün riyaziyyatçı alimlər üçün nümunə rolunu oynayır".

Fields İnstitutu "Fields İnstitute Fellows" adlandırılan ömürlük mükafatı 2002-ci ildə – öz 10 illik yubileyi çərçivəsində təsis edib. 2002-ci ildən etibarən hər il bu ömürlük mükafat Fields İnstitutuna və Kanadanın riyaziyyatçılar birliyinə böyük töhfə verən görkəmli tədqiqatçı alimlərə verilir.

Seçim komitəsi yeni mükafatçıların adlarını hər il Fields İnstitutunun iyun ayında keçirilən illik ümumi toplantısında elan edir. Azərbaycanda səfərdə olduğu üçün Məsud Əfəndiyev builki toplantıya onlayn formatda qatılıb.

Qeyd edək ki, azərbaycanlı elm xadimi dünyada "Dean`s Distinguished Professor" (Dekanın görkəmli professoru) statusunu daşıyan azsaylı riyaziyyatçı alimlərdən biridir. ABŞ və Kanadada bu statusu bir qayda olaraq Nobel mükafatı laureatları və öz sahələrində fundamental elmi nəticələr əldə etmiş dünya şöhrətli alimlər daşıyırlar.

Məsud Əfəndiyev 2018-ci ildə Toronto Universitetinin (UofT) ve Fields İnsitutunun dəvəti ilə "Deans Distinguished Visiting Professor" statusunda bir semestr boyu (1 yanvar – 30 iyun 2018) Riyaziyyat fakültəsində riyazi biologiya üzrə mühazirələr oxuyub. Həmin müddət ərzində Toronto Universitetinin (UofT) ve Fields İnsitutunun "Thematic Program on Emerging Challenges in Mathematical Biology" birgə layihəsinə başçılıq edib. Bu ali məktəblər və elmi mərkəzlər, adətən, "Deans Distinguished Visiting Professor" statusunda olan Nobel və Fields mükafatı laureatlarını mühazirələr oxumağa dəvət edirlər.

O, dünyada məşhur Aleksandr fon Humboldt Fondunun təsis etdiyi "Aleksandr fon Humboldt" mükafatına 1990-cı ildə layiq görülən ilk azərbaycanlı alimdir. Bu mükafatın yalnız 40 yaşına qədər olan xarici alimlərə verilməsi nəzərdə tutulub.
Bundan başqa, 2015-ci ildə azərbaycanlı elm xadimi Aleksandr fon Humboldt Fondunun Almaniya universitetlərində və elmi mərkəzlərində daimi əsaslar üzrə çalışan alimlər üçün nəzərdə tutulan "Alexander von Humboldt Fellowship for Experienced Researchers" (Təcrübəli Tədqiqatçılar üçün Humboldt Tədqiqat Təqaüdü) mükafatına layiq görülüb. Bu mükafat bir qayda olaraq 55 yaşından etibarən təcrübəli alimlərə təqdim edilir. Yeri gəlmişkən, 2021-ci ilin Almaniyadan olan Nobel mükafatı laueratı Benjamin List də vaxtilə "Aleksandr fon Humboldt Fellowship for Experienced Researchers" mükafatına layiq görülənlər arasındadır.

Hazırda Məsud Əfəndiyev Qərbdə riyazi biologiyanın banisi sayılan Ceyms D. Murreyin adını daşıyan "James D. Murray Distinguished Professor" statusundadır və hələlik dünyada bu qürurverici statusu daşıyan ilk alimdir. Bu status 2019-cu ildə dünyanın aparıcı universitetlərindən biri sayılan Kanadadakı Vaterloo Universitetində təsis olunub.

Məsud Əfəndiyev qardaş Türkiyənin İstanbul şəhərində yerləşən Mərmərə Universitetinin rektoru Prof. Dr. Erol Özvar (hazırda Ali Təhsil Şurasının (YÖK) prezidentidir) tərəfindən həmin ali məktəbə "Rektor’s Distinguished Visiting Professor" statusunda dəvət olunmuş ilk və yeganə azərbaycanlı alimdir. O, Mərmərə Universitetinin müxtəlif fakültələrindən olan istedadlı tələbələrinə riyazi biologiya və riyazi tibb üzrə silsilə mühazirələr oxuyur.

Xatırladaq ki, 1991-ci ildən Almaniyada yaşayan azərbaycanlı riyaziyyatçı 21 oktyabr 1953-cü il tarixində Zaqatala rayonunda anadan olub. 32 il Almaniyada daimi yaşamasına və professor kimi çalışmasına baxmayaraq, Azərbaycan vətəndaşı olaraq qalır.

1989-cu ildə birgə elmi tədqiqatlar aparmaq üçün ABŞ-ın Merilend Universiteti tərəfindən bu ölkəyə dəvət olunub. "Humboldt" mükafatına layiq görüləndən sonra elmi fəaliyyətini Almaniyada davam etdirib. İndiyədək Almaniyanın Münhen, Ştutqart, Berlin universitetlərində, eləcə də Yaponiya, Avropa, Kanada və ABŞ-ın əksər aparıcı universitetlərində dərs deyib.

On aparıcı beynəlxalq jurnalın redaksiya şuralarının üzvü olmaqla bərabər, "International Journal of Biomathematics and Biostatistics" jurnalının baş redaktorudur. Yaponiya, Almaniya, ABŞ və İsveçrədə ingilis dilində çap olunmuş səkkiz kitabın müəllifidir.

Alimin 2023-cü ildə işıq üzü görmüş kitabı müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Bu kitab dünyanın ən mötəbər nəşriyyatlarından biri olan "Springer"də ingilis dilində çap edilib. Məsud Əfəndiyevin müəllifliyi ilə "Springer" nəşriyyatında fundamental elmlər sahəsində ulu öndərin 100 illik yubileyinə həsr edilmiş ilk və yeganə kitab kimi tarixə düşüb.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 aprel 2022-ci il tarixli Sərəncamına əsasən, Məsud Əfəndiyev elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
Tanınmış azərbaycanlı alim ömürlük mükafata layiq görülüb - FOTOTanınmış azərbaycanlı alim ömürlük mükafata layiq görülüb - FOTOTanınmış azərbaycanlı alim ömürlük mükafata layiq görülüb - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1992   Tarix: 28 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr