"Azərbaycan diqtə etməyə, İrəvan isə icra etməyə məhkumdur" - DEPUTAT

"Azərbaycan diqtə etməyə, İrəvan isə icra etməyə məhkumdur" - DEPUTATİyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Qanunsuz erməni silahlı birləşmələr təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində - "Qisas" əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edilib.

"Qarabağda qanunsuz hərbi birləşmələr tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatın məqsədi Vaşinqton görüşü ərəfəsində sülh müqaviləsi istiqamətində ABŞ-nin dəstəyi ilə aparılan danışıqlara kölgə salmaq, bu formatda yekun sülh imkanlarının mümkün olmaması məzmununda neqativ ab-hava yaratmaqdır. Lakin hesaba alınmayan bir reallıq var ki, Vətən müharibəsindən sonra yaranan reallıqda Azərbaycan və Ermənistan bərabərhüquqlu beynəlxalq subyektlər deyil, Azərbaycan qalib tərəfdir, Azərbaycan diqtə etməyə, İrəvan isə icra etməyə məhkumdur. Bu gün Azərbaycan Prezidenti beynəlxalq hüquqa əsaslanan 5 şərt irəli sürürsə, bu, Ermənistana verilən tarixi şansdır və İrəvan unutmamalıdır ki, biz qalib kimi davranmaq imkanımızdan imtina etməmişik. Bölgə xalqlarının firavan gələcəyi naminə, milli maraqlarımızı və BMT Nizamnaməsini rəhbər tutmaqla Azərbaycan istənilən vaxt məcburetmə-cəza tədbirlərini həyata keçirə bilər. Elə ötən gün olduğu kimi, Azərbaycan əsgərinin yaralanması ilə həyata keçirilən "Qisas" əməliyyatı ilə qanunsuz hərbi birləşmələrin ən azı 5 üzvü məhv edildi. İrəvan da, separatçılar da, Ermənistanın havadarları da, o cümlədən son təxribatları təşkil edənlər də anlamalıdır ki, əsgərimizə Xankəndinə qədər irəliləmək üçün bir əmr və bir neçə saat kifayətdir. Amma biz məsələnin qansız-qadasız realizəsində maraqlıyıq. İndi yenidən məlumatlar daxil olmaqdadır ki, separatçılar yeni təxribatlara hazırlaşır, amma hər kəs bilməlidir ki, həmin qanunsuz birləşmələr bizim üçün legitim hədəfdir və onların məhvi Azərbaycanın terrorizmlə, cinayətkarlıqla mübarizədə beynəlxalq hüquqla dəstəklənən suveren hüququ və ayrılmaz özünümüdafiə haqqıdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, nə separatçılar, nə Ermənistan kiməsə ümid olmamalıdırlar, cənab Prezidentin də bəyan etdiyi kimi heç kim də onların əvəzinə gəlib döyüşməyəcək, heç kim onları Azərbaycanın cəza tədbirindən xilas edə bilməz.

"Erməni xalqı anlamalıdır ki, Qarabağdakı terrorçu rejimlə iç-içə yaşayan Rusiya sülhməramlılarının komandanlığı və erməni lobbisinin əsirinə çevrilən korrupsioner Qərb siyasi dairələri üçün yalnız öz maraqları var, son nəticədə zərər çəkən elə ermənilər özü olacaq. Azərbaycan dövlətinin bu gün aydın xarici siyasət kursu mövcuddur, bir an öncə yekun sülhə nail olub bölgədə sülh və əməkdaşlıq platforması formalaşdırmaq. Bakı müharibə başa çatdıqdan dərhal sonra bu istiqamətdə ciddi səylər göstərir, lakin Azərbaycan dövləti bu səylərinə sadiq olsa da daha uzun illər prosesə güc, zaman və enerji sərf etmək niyyətində deyil. Biz müharibəyə qədər 27 il, müharibədəki qələbəmizdən sonra isə artıq 3 ilə yaxındır ki, səbrlə dialoq mühitinə sədaqətimizi qoruyuruq. Lakin İrəvan istər 2020-ci ilə qədər, istərsə də sonrakı periodda dəfələrlə göstərib ki, Ermənistan dialoqa sadəcə vaxt uzatmaq, yeni işğalçı məqsədlər üçün güc toplamaq üçün vasitə kimi baxır. Dialoqun gedişində artıq prosesdən yayınmaq mümkün olmayanda, Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən başqa əlac qalmayanda Ermənistan şərti sərhəd boyu gərginliyə, habelə separatçıların əli ilə sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə də hərbi təxribatlara əl atır. Bu yanaşma çox təhlükəli tendensiyadır, lakin Azərbaycandan çox Ermənistanın özü üçün təhdid əxz edir. Biz sülh arzu edirik, amma onlar istərmirsə cənab İlham Əliyevin qeyd etdiyi kimi o zaman sülh olmayacaq. Sonrası nə olacaq, İrəvan bunu düşünməlidir".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1704   Tarix: 29 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr