"Növbəti "Qisas" əməliyyatı bir daha göstərdi ki, ərazi bütövlüyümüzə təhlükə yaranarsa bunun cavabı çox ağır olacaq" - DEPUTAT

"Növbəti "Qisas" əməliyyatı bir daha göstərdi ki, ərazi bütövlüyümüzə təhlükə yaranarsa bunun cavabı çox ağır olacaq" - DEPUTATXəbər verdiyimiz kimi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Qanunsuz erməni silahlı birləşmələr təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində - "Qisas" əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edilib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Ermənistanın təxribatları ilə regionda vəziyyəti gərginləşdirməklə yanaşı, sülh müqaviləsinin imzalnamasına maneə olmağa çalışırlar:

"İyunun 27-dəki təxribat bir daha Ermənistanın mahiyyətinin heç vaxt dəyişməyəcəyini göstərdi. 2020-ci ilin yay aylarında Ermənistan dövlət sərhədi boyunca intensiv hərbi təxribatlar törədərək nümayiş etdirdi ki, o, münaqişənin dinc vasitələrlə tənzimlənməsində maraqlı deyil. Cənab prezident hər zaman çıxışlarında bildirirdi ki, danışıqlar nəticə verməsə, biz hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Belə də oldu. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu döyüş meydanında düşməni məhv edərək torpaqlarımızı işğaldan azad etdi. Təəssüf ki, Vətən müharibəsindən sonra proseslər başqa formatda təkrarlanmaqdadır. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın dördüncü maddəsinə uyğun olaraq, qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməli idi. Ermənistan tərəfi təxribatları ilə bir daha sübut etdi ki, o, öz imzasına və sözünə hörmət etmir. Bəyanatın şərtlərinə əməl etməyən Ermənistan bütövlükdə regional sülhə və təhlükəsizliyə real təhdid yaratmaqda davam edir. Bu gün də Ermənistan təcavüzkar və təxribatçı mövqeyində qalmaqdadır. İyunun 27-də qanunsuz erməni silahlı birləşmələr təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Ermənilərin son törətdiyi təxribatları ilə Azərbaycan tərəfinə növbəti sərt antiterror tədbirləri həyata keçirməkdən başqa yol qoymadılar. Növbəti "Qisas" əməliyyatı çərçivəsində düşmən sözün əsl mənasında növbəti ölümcül zərbə aldı. Belə ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatı nəticəində qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edilib".

Deputat vurğulayıb ki, Ermənistan və Rusiya sülhməramlıları 10 noyabr 2020-ci il tarixli Bəyannamədə öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidir:

"Ermənistan və havadarları unutmasınlar ki, "Dəmir yumruq" öz yerindədir. Yaxşı olar ki, Ermənistan tərəfi 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətini unutmasın. Növbəti "Qisas" əməliyyatı ilə ordumuz bir daha dünyaya göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaranarsa bunun cavabı çox ağır olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1546   Tarix: 29 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr