"Növbəti "Qisas" əməliyyatı bir daha Ermənistana Azərbaycan ordusunun nəyə qadir olduğunu göstərdi" - DEPUTAT

"Növbəti "Qisas" əməliyyatı bir daha Ermənistana Azərbaycan ordusunun nəyə qadir olduğunu göstərdi" - DEPUTATXəbər verdiyimiz kimi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Qanunsuz erməni silahlı birləşmələr təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində - "Qisas" əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edilib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat bildirib ki, növbəti "Qisas" əməliyyatı ilə ordumuzun gücünü və nəyə qadir olduğunu bütün dünyaya göstərdi:

"Hər zaman olduğu kimi Ermənistan verdiyi sözə əməl etmir və təxribatlarını davam etdirir. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanata görə qısa müddət ərzində qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməli idi. Üçtərəfli bəyanatın imzalanmasından 3 il keçməsinə baxmayaraq Ermənistan üzərinə götürdüyü öhdəliyi icra etmir. Əksinə regionda vəziyyəti gərginləşdirmək üçün təxribatlarını davam etdirməkdədir. Bu təxribatların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verməsi bizdə müəyyən suallar yaradır. İyunun 27-də törədilən təxribatlar bir daha onu göstərdi ki, Rusiya sülhməramlıları Qarabağda terrorçulara dəstək verir, onları himayə edir".

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində məğlub olaraq kapitulyasiya aktına qol çəkmiş Ermənistan təxribatlarını davam etdirir:

"44 günlük Vətən müharibəsinin bitməsindən 3 il keçsə də Ermənistan dövlətinin qanunsuz silahlı birləşmələri Azərbaycan torpaqlarında qalmaqdadır. Ermənistan təəssüf ki, bu gün də Azərbaycan dövlətinin gücünü və qüdrətini qiymətləndirə bilmir. Yaxşı olar ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətini unutmasın. Düşünürəm ki, növbəti "Qisas" əməliyyatı bir daha Ermənistana Azərbaycan ordusunun nəyə qadir olduğunu göstərdi. İgid oğullarımız yenə də erməniləri hərb meydanında diz çökdürərək silahlı birləşmənin istehkamını və 5 üzvünü məhv elədi. Ümid edirəm ki, Ermənistan növbəti məğlubiyyətindən dərs çıxaracaq və tezliklə sülh müqaviləsini imzalayacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1383   Tarix: 29 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr