Leyla Abdullayeva "AzTV" əməkdaşlarına hücumu qınayıb - FOTO
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "AzTV" əməkdaşlarına hücumu qınayıb.
O, bu barədə "Twitter" hesabında yazıb.
"Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq. Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcək", - deyə xanım diplomat qeyd edib.
Qeyd edək ki, "AzTV"nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, onlara xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət Televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, "AzTV"nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1477 Tarix: 29 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Fotolar
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. "Qafqazinfo" xəbər verir ki, bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxr
9 mayZelenski İlham Əliyevə zəng etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin "X" hesabında paylaşım edilib. "Telefon danışığı zamanı ölkələrimiz arasında münasibətlərin inkişafındakı müsbət dinamika məmnunluqla qeyd olunub
6 mayMeloninin Azərbaycana səfərindən - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:
5 mayAvropa parlamenti siyasi təzyiq alətinə çevrilir
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edərək Avropa Parlamentini sərt tənqid edib. Dövlətimizin başçısı bildirib ki, bu qurum Ermənistan Azərbaycan sülh prosesini dəstəkləmək əvəzinə onu sabotaj etməyə üstünlük verir. Prezident vurğulayı
5 mayAzərbaycanda yeni agentlik yaradılır - FƏRMAN
Prezident İlham Əliyev Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılır. Fərmanla müəyyən edili
14 may