Bakıda çoxmərtəbəli yaşayış binasının lifti qırılıb: Xəsarət alanlar var - YENİLƏNİB

Bakıda çoxmərtəbəli yaşayış binasının lifti qırılıb: Xəsarət alanlar var - YENİLƏNİBBakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində içərisində sakinlərin olduğu liftin qırılması faktı üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluqdan verilən məlumata görə, hadisə vaxtı liftdə olan şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Həmin şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək.

Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***12:26

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 4 qadın ağır xəsarət alıb.

Sonxeber.az report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə məxsus "Uğur-2" yaşayış kompleksində baş verib.
Belə ki, kompleksdəki üçüncü binanın lifti qırılıb.

TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib:

"Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub".

Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2996   Tarix: 30 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan bütün münaqişələrin sülh və danışıqlar yolu ilə həllini dəstəkləyir

Azərbaycan uzun illər müharibə şəraitində yaşamış bir ölkə kimi bu cür münaqişələrin yaratdığı ağır fəsadları çox yaxşı anlayır və müharibədən zərər çəkmiş xalqlara hansı istiqamətlərdə dəstəyin vacib olduğunu real təcrübə əsasında bilir. İlk növbədə humanitar məsələlərdə dəstəyin ön plana çıxarılmas

26 aprel
.

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə ilk müvəkkili (Ombudsman) Elmira Süleymanovanın vəfatının ildönümüdür. Hüquq müdafiə fəaliyyəti daxili güc, səmimi mərhəmət və dəstəyə ehtiyacı olanlarla mənəvi istiliyini bölüşmək hazırlığı tələb edir. Haqsızlığa məruz qalanları müdafiə etmək və çətinliyə düşənlər

25 aprel
.

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. "Report" xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılı

25 aprel
.

"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR

Azərbaycanda "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərilib. xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsind

24 aprel
.

Ətin qiyməti ilə bağlı ŞAD XƏBƏR

2026-cı ildə Azərbaycana xarici ölkələrdən 28 milyon 630,18 min dollar dəyərində 12 min 299,76 ton ət idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub. Belə ki, 2025-ci ilin eyni dövründə ölkəyə 24 milyon 824,85 min dollar dəyərində 11 min 889,75 ton ət idxal edilmişdi. Bu is

25 aprel
.

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

Xanımı Nərgiz aparıcı Cavid Güllə tanışlıqları haqda sualı cavablandırıb. Axşam.az xəbər verir ki, izləyicilərinin sualını cavablandıran Nərgiz restoranda tanış olduqlarını bildirib:. "Cavidlə tanışlığımız haqqında çox soruşursunuz, ona görə qərara gəldim ki, daha ətraflı yazım. 2019-cu il idi

25 aprel
.

Depressiya ilə adi kefsizliyin fərqi nədir? - AÇIQLAMA

Müasir dövrdə "depressiyadayam" ifadəsi gündəlik danışıq dilində tez-tez işlədilir. Lakin bir çox hallarda insanlar əslində qısa müddətli kefsizliklə klinik depressiyanı bir-birinə qarışdırır. Bəs görəsən bu iki vəziyyət arasındakı fərqlər nələrdir? . Psixoloq G.Qədirli bu barədə -a açıqlam

24 aprel
.

Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz"

Azərbaycanın bir qrup QHT nümayəndəsi "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaniyə açı

25 aprel
.

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlı

26 aprel