"Fransada Azərbaycan Televiziyası əməkdaşlarına hücum bu ölkənin söz və media azadlığına münasibəti ifadə edən vandalizm aktıdır" - ŞƏRH
Xəbər verdiyimiz kimi, 28 iyun 2023-cü il tarixdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin müxbiri və operatoruna Fransada reportaj hazırlayarkən hücum olunmuş, onlara yüngül bədən xəsarətləri yetirilmiş, kameraları əllərindən alınmış və hədə-qorxuya məruz qalmışlar.
"Fransada Azərbaycan Televiziyası əməkdaşlarına hücum bu ölkənin söz və media azadlığına münasibəti ifadə edən vandalizm aktıdır. Rəsmi Paris ölkəsinin sərhədlərini qanuni şəkildə keçmiş şəxslərin, daha da önəmlisi, prosedurlara uyğun şəkildə akkreditə olunmuş media mənsublarının təhlükəsiz formada qanuni peşə fəaliyyətinə təminat verməyə borclu olduğu halda özünün dövlətdaxili hüquq və beynəlxlaq hüquqla müəyyənləşən öhdəliklərini kobud şəkildə pozur".
Mövzu ilə bağlı Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlama verib.
O bildirib ki, mütəmadi olaraq siyasi və neokolonial məqsədlər naminə ayrı-ayrı ölkələrdə media azadlığı pərdəsi altında aqressiv davranışlar sərgiləyən, jurnalistlərin, söz və media azadlığının "hamısı" kimi davranan Fransanın riyakarlığını üzə çıxarır.
"İnkişaf etməkdə olan dövlətlərdə, o cümlədən Şərqi Avropa və Qafqazda ən xırda insidenti söz azadlığı kontekstində şərh edib təzyiq mühiti yaratmağa cəhd edərkən Fransaya dəstək verən "Freedom House", ATƏT-in media azadlığı üzrə nümayəndəliyi, "Sərhədsiz reportyorlar" kimi təsisatlar da əslində susmaqla iyrənc siyasi məqsədlərə xidmət etdiklərini göstərməkdədirlər. Belə vəziyyətdən sonra nə bu üzdəniraq media-hüquq təşkilatları, nə də Fransanın media azadlığı barədə danışmağa mənəvi-siyasi haqqı olmamalıdır. Fransada AZTV əməkdaşlarına hücumun obyektiv cəhətinə gəlincə bu, zor tətbiq etməklə jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmadır və dərhal Fransa dövləti tərəfindən pislənməli, Azərbaycandan üzr istənməli, hücumu törədənlər və əməlin digər iştirakçıları, mümkün təhrikçi və təşkilatçılar məsuliyyətə cəlb olunmalıdır.Amma bu tələbin reallaşacağı şübhə doğurur. Çünki Azərbaycan Televiziyasının çəkiliş qrupuna hücumun subyektiv cəhətinə diqqət etsək, əslində bu əməl dövlət səviyyəsində islamafob, antitürk, irqçi siyasət yürüdən, bu istiqamətdə açıq cinayətlərdən çəkinməyən Fransa dövlətinin özünün iradəsini ifadə edir. Öz vətəndaşı olan yeniyetməni məhz qeyri millətdən olduğu, fransız olmadığı üçün, irqi ayrıseçkilik zəminində qətlə yetirən Fransa dövlətindən sağlam düşüncə və yanaşma gözləmək yersizdir.
Üstəlik, bizim müxbir və operatora bədən xəsarətləri yetirilməsi, çəkiliş kamerasının alınaraq sındırılması, kameranı geri tələb edərkən AzTV əməkdaşlarının silahla hədələnməsi bu cinayətin arxasında Fransa dövlətinin özünün dayandığını ehtimal etməyə təkzibedilməz əsas verir.
Parisin sərgiləyəcəyi mövqedən asılı olmayaraq, istənilən halda Azərbaycan tərəfi geri addım atmayacaq və bütün beynəlxalq platformalarda məsələ davamlı olaraq gündəmdə saxlanacaq. Bu hadisə barədə aydın, birmənalı mövqe nümayiş etdirib, vandalizm aktını pisləməyən, araşdırma tələb etməyən beynəlxalq təsisatlar isə bütün müstəvilərdə, bütün hallarda ifşa ediləcək. Hesab edirəm ki, Azərbaycan mediası və Azərbaycan sosial media seqmenti bu prosesdə aktiv olmalı və baş verən barbarlığı hücum siyasətimizin elementinə çevirərək Fransanın və hadisəyə göz yuman təsisatların əsl simasını dünyaya göstərməlidir".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"