"Qarabağ"ın braziliyalı oyunçusu Azərbaycan futbolu barədə məlumatsızdır

"Qarabağ"ın braziliyalı oyunçusu Azərbaycan futbolu barədə məlumatsızdır"Üç ildir eyni komandada – "Şaveş"də oynayırdım. Orada da hər şey ürəyimcə idi, özümü rahat hiss edirdim. Daha sonra "Qarabağ"dan təklif gəldi və bu, mənim diqqətimi çəkdi. Nəinki mənim, hətta ailəm üçün də maraqlı oldu. Ona görə də qərar verməkdə tərəddüd etmədim və təklifi düşünmədən qəbul etdim".

Bunu "Qarabağ"ın yeni transferi Juninyo klubun rəsmi yutub kanalına müsahibəsində Ağdam təmsilçisinə keçidi barədə danışarkən deyib.

Braziliyalı futbolçu bildirib ki, uyğunlaşma prosesi çox rahat və yaxşı keçir: "Komandada braziliyalı futbolçuların olması bu prosesi asanlaşdırır və sürətləndirir. Yoldaşlarım, məşqçilər heyəti və digər işçilər mənə çox yaxşı münasibət göstərirlər. Adaptasiya gözlədiyimdən də yaxşıdır".

İlk dəfə Çempionlar Liqasında iştirak edəcək 27 yaşlı vingerin sözlərinə görə, "köhlən atlar" onun uşaqlıq arzusunu həyata keçirəcək: "Çalışacağam ki, həmin oyunlar üçün mümkün qədər hazır olum. Komanda, məşqçilər heyəti və azarkeşlərin məndən gözləntisi çoxdur. Oyunların başlamağını gözləyirəm".

O, "Qarabağ"dakı hədəflərini də açıqlayıb: "Həm klubun, həm də mənim qarşıma qoyulan müəyyən məqsədlər var. Məhz bu istəklərimi germəkləşdirmək üçün buradayam. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".
Juninyo Azərbaycan futbolu barədə məlumatsız olduğunu söyləsə də, Ağdam klubunu yaxşı tanıdığını vurğulayıb: "Kadi Borgeslə çoxdan tanışam. Mənim qonşum olub. Ailələrimiz arasında da yaxşı münasibət var. Kadi "Qarabağ"a keçəndə onun adına çox sevindim və bu komandanı izləməyə başladım. Daha sonra digər tanışım Julio Romao da buraya gəldi. Fikirləşirdim ki, bir gün belə təklif gələrsə, niyə də dəyərləndirməyim. Bu imkan yarandı, mən də sevə-sevə razılaşdım".

"Sambaçı" sonda azarkeşlərə səslənib: "Juninyo klub, komanda yoldaşları və azarkeşlər üçün hər zaman əlindən gələni edəcək".

Qeyd edək ki, "Qarabağ" Juninyo ilə 3 illik müqavilə imzalayıb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1464   Tarix: 01 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca

20 oktyabr
.

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

13 oktyabr
.

"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb

Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"

22 oktyabr
.

Alfaco Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu olub

İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Alfaco Sisse avrokubok matçında het-trik edən ən gənc italiyalı futbolçu olub. "Report" "Opta"ya istinadən xəbər verir ki, o bunu UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda, "Zaltsburq"a qarşı matçda (4:0) reallaşdırıb

16 oktyabr
.

"Sabah" - "Barselona" matçının biletləri satışda

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d

19 oktyabr
.

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar

18 oktyabr
.

Azərbaycanı U-19 dünya çempionatında doqquz boksçu təmsil edəcək

Monteneqronun Budva şəhərində keçiriləcək 19 yaşadək boksçular arasında dünya çempionatında Azərbaycanı doqquz boksçu təmsil edəcək. Bu barədə -aa Azərbaycan Boks Federasiyasından məlumat verilib. 12 gün davam edəcək yarış oktyabrın 16-da start götürəcək. Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatınd

15 oktyabr
.

Hər gecənin bir "Sabah"ı var... - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar

13 oktyabr
.

"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır

"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd

20 oktyabr