"Zəlzələ 10 saniyədən bir az çox çəkib"
"Azərbaycanın şimal hissəsində - Siyəzən, Quba rayonları ərazisində yerin 65 km dərinliyində 5,5 maqnitudalı zəlzələ olub. Bütün şimal rayonları, Abşeron və Bakıda da hiss olunub. 10 saniyədən bir az çox çəksə də, heç bir fəsad törətməyib".
"Qafqazinfo" xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində bu gecə baş vermiş zəlzələ ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, FHN əməkdaşları da hazırda yerlərdə araşdırma aparır: "Əhaliyə müraciət edirəm ki, sosial şəbəkələrdəki şayiələrə deyil, rəsmi məlumatlara inansınlar. Rahat evinizdə yatın. Dünənki təkanlar çox dərində olub, heç bir təhlükəsi yoxdur. O dalğa yaşayış məntəqələrində heç bir fəsad törədə bilməz. Əsas təkan ilk saniyələrdə olub. Ondan güclünün olması ehtimalı yoxdur. Sonra da təkanlar olub, lakin zəif olub və ancaq cihazlar qeydə ala bilib".
Onun sözlərinə görə, Azərbaycanda köhnə seysmik rayonlaşdırma xəritəsi var, lakin müasir tələblərə cavab vermir: "Biz bu məsələni qaldırmışıq və hazırda FHN ilə birgə bu istiqamətlərdə iş aparırıq".
Direktor bildirib ki, ölkə 8-9 ballıq zəlzələ bölgəsində yerləşir. FHN-in layihələndirmə idarəsində bina tikintiləri zamanı bu məsələ nəzarətdədir.
Qeyd edək ki, RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Siyəzən, Sumqayıt və Bakı şəhərlərində, eləcə də Abşeron yarımadasının ətraf əraziıərində 5-4 bala qədər hiss olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2186 Tarix: 04 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabr