Zəlzələnin ev bazarına ciddi təsiri olacaqmı? – Ekspert DANIŞIR
İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib. Baş vermiş zəlzələ bəzi ərazilərdə hiss olunmasa da, digər ərazilərdə ciddi müşahidə edilib.
Bu hal insanlar arasında ciddi narahatlığa səbəb olub. Və gecədən etibarən bina evlərində yaşayanlar həyət evlərinə marağı artıb.
Maraqlıdır, ölkə ərazisində hiss olunan zəlzələ həyət evlərində qiymət artımına səbəb olacaqmı?
Məsələ ilə bağlı Lent.az-a danışan daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı təkanların yalnız davamlı olduğu halda həyət evlərində ciddi qiymət artımı ola biləcəyini vurğulayıb:
"Mən düşünmürəm ki, bu zəlzələnin bütövlükdə daşınmaz əmlak bazarında çox ciddi şəkildə təsirləri olacaq. Əgər bu təkanlar davamlı olarsa, yəni, bu gün, sabah bir neçə gün ərzində davam edərsə, hər hansı bir dağıntı filan baş verərsə, bu halda təsirləri daha çox müşahidə edə bilərik. Zəlzələ heç Bakı şəhərinin bir çox ərazilərində hiss olunmayıb. Ona görə də mən düşünmürəm ki, bir təkanla Bakı şəhərində mənzil bazarında ciddi bir dəyişiklik baş versin, həyət evlərinə maraq artsın.
Bəli, bu hal dünən axşam bir psixoloji məqam idi. Yaşadığım ərazidə də bunu müşahidə etdim. İnsanların əksəriyyəti gecə vaxtı həyətə tökülmüşdülər, başqa ərazilərə köç edənlər də var idi. Bir daha qeyd edirəm, bu, davamlı xarakter alarsa, hər hansı formada dəyişiklik müşahidə oluna bilər. İndiki halda qısamüddətli bir panik vəziyyət idi. Hesab edirəm ki, artıq sabahdan etibarən bu psixoloji məqam aradan qalxacaq".
Xatırladaq ki, Respublika Seysmik Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Mərkəzdən Lent.az-a bildirilib ki, zəlzələ Quba, Xaçmaz, Siyəzən, Sumqayıt və Bakı şəhərlərində, eləcə də Abşeron yarımadasının ətraf ərazilərində 5-4 bala qədər hiss olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2063 Tarix: 04 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabr