İyulun 7-də Yer Günəşdən ən uzaq məsafədən keçəcək
İyulun 7-də Yer Günəşdən ən uzaq məsafədən keçəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, yaxın günlərdə Yer kürəsinin sakinləri maraqlı astronomik hadisəni müşahidə edə biləcəklər. Belə ki, planetimiz öz orbitinin Günəşdən ən uzaq nöqtəsi olan afelidən keçir. Bu, yay fəslinin başlanmasından təqribən 2 həftə sonra baş verir.
2023-cü ildə Yer iyulun 7-si Bakı vaxtı ilə saat 00:06-da afelidən keçəcək. Həmin an Günəşə qədər məsafə 152 093 251 km olacaq. Afelidə Yer Günəşdən ən yaxın nöqtəsi olan perihelidə olduğundan təqribən 5 milyon km uzaqda olur. Afelidə Günəş diskinin görünən bucaq ölçüsü perihelidə olduğundan kiçikdir. Yer afelidə olduqda Günəşin bucaq diametri minimal - 31'28", perihelidə isə maksimal - 32'32" olur. Günəş diskinin ölçüsündə olan bu fərq gözlə hiss olunmur və təxminən 3% təşkil edir.
Afelidə Yer Günəşdən perihelidə olduğundan təxminən 7% az günəş enerjisi alır. Amma bu, fəsillərin dəyişməsinə təsir etmir. Fəsillərin dəyişməsi Günəşə qədər məsafənin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında dolanması və eyni zamanda onun fırlanma oxunun orbit müstəvisinə meylli olması ilə bağlıdır. Günəşə qədər məsafənin dəyişməsi şimal və cənub yarımkürələrində qış və yay arasındakı temperatur fərqinə təsir göstərir.
Yerin periheli və ya afelidə olduğu tarixlər sabit deyil. Qısa müddətdə tarixlər ildən-ilə iki günə qədər dəyişə bilər. Lakin uzun dövrdə afeli və perihelidə olma tarixləri kəskin dəyişir. Məsələn, 1246-cı ildə dekabr qış gündönümündə Yer perihelidə olub. O vaxtdan bəri periheli və afeli tarixləri hər 58 ildə bir gün dəyişir. Astronomların hesablamalarına görə, 6430-cu ildə - 4407 ildən sonra Yerin perihelidə olma tarixi 19 mart gecə-gündüz bərabərliyi ilə üst-üstə düşəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1102 Tarix: 05 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"
Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans
16 sentyabr 2021Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO
Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını
17 sentyabr 2021İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI
Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar
17 sentyabr 2021Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü
Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib
16 sentyabr 2021Lukaşenko Düşənbəyə iti ilə səfər etdi
Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru
17 sentyabr 2021Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu
Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ
16 sentyabr 2021Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO
Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur
17 sentyabr 2021Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı
Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda
16 sentyabr 2021