İsveç klubunun məşqçisi: "Musa Qurbanlı qol vurmaq üçün hər şeyi edir"
"Musanın bizi ən çox cəlb edən tərəfi cərimə meydançasında hərəkətli olmasıdır. O, daim qapıçının topu itirməsini, müdafiəçinin yıxılmasını gözləyir, bir sözlə, asan qol vura biləcəyi imkanlar axtarır. Fərqlənmək üçün hər epizoda daxil olur. Dizi, başı, sağ və ya sol ayağı ilə, fərqi yoxdur, qol vurmaq üçün hər şeyi edir".
"Report"un məlumatına görə, bunları İsveçin "Yurqorden" komandasının məşqçisi Hüqo Berqqren yeni transfer Musa Qurbanlının keçidi barədə danışarkən deyib.
Mütəxəssis bildirib ki, 21 yaşlı hücumçunu UEFA Konfrans Liqasında Belçika "Gent"i ilə oyunlardan sonra şəxsi əlaqələr vasitəsilə tapıb:
"Bundan sonra onun agenti ilə əlaqə saxladım. Bu cür layiqli oyunçunu transfer edə bilmək xoşdur. O, avrokuboklarda "Lex", "Ferentsvaroş", "Nant", "Olimpiakos" və başqa bu kimi nəhəng komandaları məğlub edən "Qarabağ"dan gəlib".
Onun sözlərinə görə, Qurbanlının yeni komandası ilə məşqlərə nə vaxt qatılacağı tam bəlli deyil:
"Son işlərini həll etmək üçün hazırda Azərbaycandadır. Bununla belə, tezliklə məşqlərə başlayacağına və "Malmö" ilə matçda bizə kömək edəcəyinə inanırıq. Çalışırıq ki, həmin matçdan bir neçə gün tez gəlsin".
Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1104 Tarix: 08 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb
Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"
22 oktyabr"Sabah" Bakıda ilk ÇL matçına çıxır
"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy
13 oktyabrBakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və Beynəlxalq Sumo Federasiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki antidopinq maarifləndirmə vebinarı təşkil edib. AMADA-ya istinadən xəbər veri
14 oktyabrQılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə
12 oktyabrAzərbaycanı U-19 dünya çempionatında doqquz boksçu təmsil edəcək
Monteneqronun Budva şəhərində keçiriləcək 19 yaşadək boksçular arasında dünya çempionatında Azərbaycanı doqquz boksçu təmsil edəcək. Bu barədə -aa Azərbaycan Boks Federasiyasından məlumat verilib. 12 gün davam edəcək yarış oktyabrın 16-da start götürəcək. Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatınd
15 oktyabrİngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər
14 oktyabrAzərbaycan Basketbol Liqasında IV tur başlayır
Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək. xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son ölkə çempionu "Sabah" NTD-ni sınağa çəkəcək. Görüş Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək. Ehtiyatda daha bir oyunu olan "Sabah" 4 xall
23 oktyabr