Pentaqon elan etdi: ABŞ Ukraynaya istifadəsi qadağan olan sursatlar verəcək

Pentaqon elan etdi: ABŞ Ukraynaya istifadəsi qadağan olan sursatlar verəcək"Vaşinqton Ukraynaya kasetli sursatlar verəcək".

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Sallivanın sözlərinə görə, ABŞ Ukraynaya indiyədək bu cür sursatların verilməsi qərarını təxirə salıb, belə ki, onlardan istifadə mülki əhali üçün risk daşıyır. Ağ Ev sözçüsü bildirib ki, Ukrayna Silahlı Qüvvələri bu sursatlardan öz ərazisində istifadə edəcək və öz əhalisi üçün riskləri minimuma endirəcək.

"Ukraynaya kaset sursatlarının tədarükü ABŞ-də artilleriya mərmilərinin istehsalının artırılması dövründə müvəqqəti variant olacaq", - deyə Sallivan əlavə edib.

Bundan əlavə, onun sözlərinə görə, Kiyev Vaşinqtona yazılı təminat verib ki, bu cür sursatlardan ehtiyatla istifadə edəcək.

Eyni zamanda Sallivan qeyd edib ki, kasetli sursatların yeni hərbi yardım paketinə daxil olub-olmayacağı ilə bağlı rəsmi açıqlama Pentaqon tərəfindən veriləcək.

Xatırladaq ki, bir müddət əvvəl Amerika KİV-də, o cümlədən "The New York Times" nəşrində məlumatlı mənbələrə istinadən ABŞ-nin Ukraynaya kaset sursatlarının tədarükünü elan etmək niyyətində olduğu barədə xəbərlər yayılmışdı.
Eyni zamanda Pentaqon Ukraynaya 800 milyon dollarlıq yeni yardım paketini açıqlayıb.

Vaşinqton yeni hərbi yardımın bir hissəsi olaraq Kiyevə "Bradley" piyada döyüş maşınları, "Stryker" zirehli transportyor, "HIMARS" və "Patriot" sistemləri üçün döyüş sursatları tədarük edəcək.

"800 milyon dollarlıq yeni yardım paketinə 155 mm-lik artilleriya mərmiləri, həmçinin kaset sursatları da daxil olacaq", - deyə müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol brifinqdə məlumat verib.

Məlumata görə, yardım paketinə "Patriot" zenit-raket kompleksi üçün əlavə sursat, hava hücumundan müdafiə üçün AIM-7 raketləri, "Stinger" zenit sistemləri, yüksək mobil artilleriya raket sistemləri (HIMARS) üçün əlavə döyüş sursatları, 31 155 mm haubitsa, 155 mm və 105 mm kalibrli artilleriya mərmilər, 32 BMP "Bradley", 32 "Stryker", minatəmizləmə avadanlıqları, "Javelin" və digər tank əleyhinə sistemlər və raketlər, dəqiq idarə olunan aviasiya sursatları, optik izləmə sisteminə malik raketlər, "Penguin" pilotsuz uçuş aparatları, avadanlıqların evakuasiyası üçün 27 taktiki maşın, avadanlıqların çəkilməsi və daşınması üçün 10 taktiki avtomobil, partlayıcı sursatlar və maneələrdən yayınma sistemləri, atıcı silahlar və 28 milyondan çox atıcı silah patronları və qumbaraatanları, ehtiyat hissələri və digər sahə avadanlıqları daxildir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1290   Tarix: 08 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı əməliyyata başladı

The Guardian yazır ki, Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti ölkədə husilərin nəzarətində olan bütün əraziləri geri almaq məqsədilə yeni hərbi əməliyyata başlayıb. Qərar husilərin Taiz şəhərini hökumətin nəzarətində olan Ədənlə birləşdirən mühüm təchizat yolunu kəsməsindən sonra açıqlanıb

5 oktyabr
.

Ursula fon der Lyayen: Aİ 2027-ci ilin sonunadək Rusiya qazından imtina edəcək

Avropa İttifaqı Rusiya qazının idxalını 2027-ci ilin sonunadək tamamilə dayandırmaq niyyətindədir. xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu gün Avropa Parlamentində çıxışı zamanı bildirib. O qeyd edib ki, dörd il əvvəl Rusiya Aİ-ni enerji ilə bağlı şantaj etməy

6 oktyabr
.

İstanbulda dəhşətli hadisə: 15 yaşlı məktəbli qız şagirdləri bıçaqladı - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Şeyh Şamil İmam Hatip orta məktəbində 15 yaşlı məktəbli qızın yaraladığı şagirdlərin sayı artıb. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, məktəbdə məktəbli qız 8 şagirdi bıçaqla yaralayıb. Hadisə yerinə sağlamlıq qrupları göndərilib

6 oktyabr
.

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Polşada Poznandakı məktəbi və dəmir yolu vağzalını partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb. "Report" xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, o, sentyabrın sonlarında bir neçə müəssisənin elektron ünvanlarına partlayıcı maddələrdən istifadə hədələr

6 oktyabr
.

Sepahın xüsusi təyinatlıları Belarusda təlimlərə qatılıb

İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) quru qoşunlarının xüsusi təyinatlı bölməsi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin birgə antiterror təlimlərinə qatılmaq üçün Belarusdadır. xəbər verir ki, bu barədə Sepahın Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib. Məlumat

6 oktyabr
.

Dünyanın sonu yaxınlaşır - Məşhur fizikin xəbərdarlığı gerçəkləşməyə başlayır

Bir vaxtlar elmi fantastika hesab edilən görkəmli alimin proqnozları gerçəkləşməyə başlayır. Bəşəriyyəti nə təhdid edir?. Məşhur britaniyalı fizik Stiven Hokinqin süni intellektin potensial riskləri barədə xəbərdarlığı bir daha ictimaiyyətin diqqətini cəlb edib. Sürətli texnoloji irəliləyişlər və sün

4 oktyabr
.

Avropada Rusiyaya qarşı yeni addım: diplomatların fəaliyyəti məhdudlaşdırıla bilər

Avropa Birliyi son dövrlərdə Avropa ölkələrində artan hibrid təhdidlər, sabotaj və digər təhlükəsizlik insidentləri fonunda Rusiyalı diplomatlara qarşı əlavə məhdudiyyətlərin tətbiqini müzakirə edir. Euronews-a istinadən xəbər verir ki, AB ölkələri Rusiyanın diplomatik nümayəndələrinin hərəkət imkanlarını

6 oktyabr
.

Avropa Komissiyası Moldovaya 150 milyon avrodan çox vəsait ayırıb

Avropa Komissiyası Moldovaya islahatlarla bağlı 18 öhdəliyi yerinə yetirdikdən sonra inkişaf planı çərçivəsində ölkəyə 157 milyon avro maliyyə dəstəyi ayırıb. "Report" Moldova mediasına istinadən xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Brüsseldə keçirilə

5 oktyabr
.

Fransada etirazlar fonunda 1 800 məktəb bağlanıb

Fransada yuxarı sinif şagirdlərinin davam edən etirazları çərçivəsində 1 800 orta məktəb bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası yuxarı sinif şagirdlərinin həmkarlar ittifaqına istinadən məlumat yayıb. "1 800 orta məktəbin fəaliyyəti ya dayandırılıb, ya da orada nümayişlə

6 oktyabr