Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıbPolşada Poznandakı məktəbi və dəmir yolu vağzalını partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, o, sentyabrın sonlarında bir neçə müəssisənin elektron ünvanlarına partlayıcı maddələrdən istifadə hədələri olan məktublar göndərib. Məktublarda o, dəmir yolu vağzalını, məktəbi və s. partlatmaqla hədələyib. Məktubların birində özünü məktəb şagirdi kimi təqdim edərək, siniflərdən birində partlayıcı qurğuların köməyi ilə özünü partlatmaqla hədələyib.

"Hədələri həyata keçirməkdən imtina etmək müqabilində o, Poznanın Stşeşin rayonundakı parkda çamadanın içində qoyulmalı olan 300 min zlotı (77 min dollardan çox) nağd pul tələb edirdi", - polisdən bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbi, vağzalı və digər yerləri diqqətlə yoxlayıb və bu yerlərdə heç bir partlayıcı qurğu aşkar etməyiblər.

Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Büronun mütəxəssisləri məktubların müəllifinin yaşayış ünvanını müəyyən edib və onun evindən elektron cihazları müsadirə ediblər. Gəncə yalançı həyəcan qaldırmaqla bağlı ittiham irəli sürülüb ki, buna görə də onu 8 il azadlıqdan məhrumetmə cəzası gözləyir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 99   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hindistanda evə soxulan bəbir altı nəfəri yaraladı

Hindistanın Çhattisqarh əyalətinin Mahasamund rayonunda bir kənd evinə girən bəbir altı nəfəri yaralayıb. xəbər verir ki, bu barədə yerli "Times of India" qəzeti məlumat yayıb. Nəşr bildirib ki, "Şənbə axşamı bəbir Mahasamund ərazisindəki bir evə girib və ailənin altı üzvünə hücum edib"

5 oktyabr
.

Nyu-Yorkda qızılca epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Qubernator Keti Hoklinin verdiyi sərəncama əsasən, Nyu-Yorkda qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edilib. xəbər verir ki, sərəncamda deyilir: "Nyu-York ştatının qubernatoru Keti Hokli davam edən qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan etdi". Qeyd olunur ki

6 oktyabr
.

The Guardian: "Cənubi Koreyadan Rusiyaya yanacaq daşınması üzə çıxıb"

The Guardianın araşdırmasına görə, Cənubi Koreyadan Rusiyanın uzaq şərq limanlarına böyük həcmdə yanacaq daşınıb. Nəşrin liman sənədləri və gəmi izləmə məlumatları əsasında apardığı təhlilə görə, iyul və avqust aylarında Cənubi Koreyanın bir neçə limanından Rusiyaya 176 min tondan çox yanacaq, əsasə

6 oktyabr
.

Ursula fon der Lyayen: Aİ 2027-ci ilin sonunadək Rusiya qazından imtina edəcək

Avropa İttifaqı Rusiya qazının idxalını 2027-ci ilin sonunadək tamamilə dayandırmaq niyyətindədir. xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu gün Avropa Parlamentində çıxışı zamanı bildirib. O qeyd edib ki, dörd il əvvəl Rusiya Aİ-ni enerji ilə bağlı şantaj etməy

6 oktyabr
.

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. "Haber Global"a istinadən xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb. Bununla da qəza nəticəsində ölənlərin say

5 oktyabr
.

BBC-də 2 minə qədər iş yeri ixtisar edilə bilər

BBC-də işçi ixtisarları ilə bağlı proses davam edir. The Guardian-a istinadən xəbər verir ki, yayım korporasiyasında ümumilikdə 2 minə qədər iş yerinin ləğv edilə biləcəyi açıqlanıb. İşçilər isə 2027-ci ildə əlavə ixtisarların ola biləcəyindən narahatdırlar. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

5 oktyabr
.

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU - Yaralılar var - VİDEO

Qara dənizin Rumıniya sahillərindən 20 dəniz mili məsafədə taxıl daşıyan Türkiyəyə məxsus "Royad Mammadov" gəmisi dron hücumuna məruz qalıb. Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, gəmidə hücumdan sonra yanğın baş verib. Son məlumata görə, kapitan və bir heyət üzvü həlak olub, 1

5 oktyabr
.

Özbəkistanda yeni qaz yatağı kəşf edilib

Özbəkistanda Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni "Karatau" qaz-kondensat yatağı kəşf edilib. xəbər verir ki, bu barədə "Özbəkneftqaz" məlumat yayıb. Qaraqalpaqstan Respublikasının Muynak rayonu ərazisində yerləşən Karatau sahəsind

5 oktyabr
.

Sepahın xüsusi təyinatlıları Belarusda təlimlərə qatılıb

İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) quru qoşunlarının xüsusi təyinatlı bölməsi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin birgə antiterror təlimlərinə qatılmaq üçün Belarusdadır. xəbər verir ki, bu barədə Sepahın Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib. Məlumat

6 oktyabr