İrandan 93 kiloqram narkotik gətirən şəxs saxlanılıb - VİDEO
Narkotik vasitələrin ölkənin əlverişli relyef şəraitindən istifadə olunmaqla, tranzit yollarla Avropa ölkələrinə daşınması istiqamətində qeydə alınan cəhdlərdə son dövrlər intensivlik müşahidə edilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən xəbərə görə, İranda yaşayaraq narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslər narkotik vasitələri keçilməsi çətin olan dağlıq ərazilər və dəniz vasitəsilə, qaçaqmalçılıq yolu ilə Azərbaycana, buradan da digər ölkələrə göndərməyə çalışırlar.
Bu istiqamətdə Xəzər dənizinin İran sahillərindən ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən əsas şəxslərdən daha birinin saxlanılması istiqamətində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən növbəti tədbir həyata keçirilib.
Daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonunda baş tutan tədbir nəticəsində Masallı rayon sakini Rafiq Ağayev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış zamanı 93 kiloqram, o cümlədən 74 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 11 kiloqram tiryək, 8 kiloqram metamfetamin və 30 ədəd narkotik tərkibli həb aşkar edilib.
Qeyd edək ki, Rafiq Ağayevdən aşkar edilən narkotik vasitə kütlələri ölkəyə dəniz yolu ilə gətirildiyi üçün xüsusi plastik çəlləklərdə qablaşdırılıb. Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan "Kazım" adlı tanışının vasitəsilə, Sabunçu rayonunda gizlədilən yerdən maddi gəlir əldə etmək məqsədi ilə götürdüyünü bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Rafiq Ağayev barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.
Ölkə ərazisinə narkotik vasitələr gətirməyə çalışan narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1506 Tarix: 08 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub
27 aprelİlham Haqverdiyev azadlığa buraxıldı
Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ela
1 may22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi
Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib. Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmis
6 mayGəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI
Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub. Bu barədə -ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 29-da Gəncə şəhər 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:. "Mübahis
30 aprelDövlət xidmətində rüşvət ƏMƏLİYYATI: Saxlanılanlar var
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib. "Report"a istinadla xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb. Onla
23 aprelTbilisidə öldürülən Fatimə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir. xəbər verir ki, bu fikirlər Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatınd
6 iyulMasazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib
Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində
11 aprel