Blinken Ukrayna cəbhəsindəki vəziyyətin nə zaman dəyişəcəyini açıqladı
Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğurunu qiymətləndirmək hələ tezdir. Lakin Ukrayna hərbçiləri tam qüvvəsilə ərazidə yerləşdiyi zaman bu, cəbhədə dəyişikliklərə səbəb olacaq.
Bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Aspen Təhlükəsizlik Forumunda deyib.
"Biz əvvəlcədən deyirdik ki, çətin olacaq. Yəqin eşitmisiniz, çoxları da deyirdi ki, rusiyalılar ciddi və möhkəmləndirilmiş müdafiə xətləri hazırlayıblar. Lakin ukraynalılar onları yarıb keçir", - dövlət katibi bildirib.
Blinkenin sözlərinə görə, müharibə başlayandan bəri zəbt edilən ərazilərin yarısını artıq azad etmiş ukraynalılar "uğur üçün hər şeyə malikdirlər", çünki onlar torpaqları, ölkəsi, gələcəyi, azadlığı uğrunda vuruşurlar.
"Onlar son aylarda təlim keçmiş bütün qüvvələrilə 50-yə yaxın ölkədən onlara verilən texnika ilə hərəkətə keçdikləri zaman, düşünürəm ki, bütün bunlar əhəmiyyətli dəyişiklik yaradacaq və ciddi nəticələrə gətirib çıxaracaq", - siyasətçi bəyan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 618 Tarix: 23 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İspaniyada növbədənkənar seçki elan edildi
İspaniyanın baş naziri Pedro Sançes parlamentdə mənzil böhranının qarşısını almaq məqsədilə hazırlanan təcili qanunvericilik paketinin qəbul edilməməsindən sonra növbədənkənar seçki elan edib. The Guardian-a istinadən xəbər verir ki, səsvermənin 29 noyabrda keçirilməsi planlaşdırılır. Məlumata görə
5 oktyabr"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
4 oktyabrFoto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
5 oktyabrNyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş
6 oktyabrABŞ son iki ayda İranın blokadasını pozan 13 gəmini məhv edib
ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ ordusu son 12 həftə ərzində blokadanı pozaraq İran limanlarına gedən və ya oradan çıxan 13 ticarət gəmisini məhv edib. xəbər verir ki, bəyanatda deyilir: "Son 12 həftə ərzində Mərkəzi Komandanlıq qüvvələri blokadanı poza
6 oktyabrHörmüz boğazındakı vəziyyət qlobal ərzaq böhranına səbəb ola bilər
"The Wall Street Journal" (WSJ) qəzetinin Beynəlxalq Ticarət Palatasının (ICC) baş katibi Con Dentonun bəyanatına istinadən verdiyi məlumata görə, Hörmüz boğazında nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər. xəbər verir ki, məqalədə deyilir ki, "Yaxın Şərqin həyati əhəmiyyətl
5 oktyabrTramp administrasiyası Rusiyada mümkün vəba epidemiyasını izləməyə başlayır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyada şübhəli vəba xəstəliyi və bununla bağlı karantin tədbirləri barədə məlumatları izləyir. xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Axios-a bildirib. Onun sözlərinə görə, administrasiya hadisələrdən "xəbərdardır" və vəziyyətin inkişafı üçü
5 oktyabrAlplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib
İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin
5 oktyabr