Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB

Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİBAzərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib.

Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib.

15:50

Azərbaycan cüdoçusu Əhməd Yusifov Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan milli üzvü yarımfinalda Çin Taypeyindən olan Yanq Yunq Veyi məğlub edib.

Ə. Yusifov bu gün finalda Şerzod Davlatovla (Qazaxıstan) qarşılaşacaq.

15:06

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda rusiyalı Ayub Bliyevi mübarizədən kənarlaşdırıb.

O, yarımfinalda çinli Yunq Vey Yanqla qarşılaşacaq.

Ə. Yusifov daha əvvə 1/8 finalda hindistanlı Harş Sinhi, 1/16 finalda isə monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub etmişdi.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu - 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu - 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.

14:29

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda hindistanlı Harş Sinhi məğlub edib.

Ə.Yusifov 1/4 finalda rusiyalı Ayub Bliyevlə üz-üzə gələcək.

Azərbaycan idmançısı daha əvvəl 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub etmişdi.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu - 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu - 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.

13:08

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu - 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu - 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 960   Tarix: 04 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Babək Quliyev UEFA-dan təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) növbəti təyinat alıb. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Bildirilib ki, o, Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasınd

9 noyabr
.

Mourinyo ayın ən yaxşı məşqçisi seçildi

"Real Madrid"in baş məşqçisi Joze Mourinyo İspaniya çempionatında oktyabr ayının ən yaxşı məşqçisi seçilib. TASS-a istinadən xəbər verir ki, bu barədə La Liqanın rəsmi açıqlamasında bildirilib. "Real Madrid" oktyabr ayında ölkə çempionatında keçirdiyi hər üç matçda qələbə qazanıb

9 noyabr
.

Devid Bekhemin növbəti uğuru: Tarixi siyahıya düşdü

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi və "İnter Mayami" klubunun həmsahibi Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək. xəbər verir ki, bu barədə MLS-in rəsmi saytında məlumat verilib. Mərasim 2027-ci il aprelin 16-da Texas ştatının Frisqo şəhərində yerləşə

15 noyabr
.

Viktor Osimhen əməliyyat olundu

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Osimhen əməliyyat olunub. xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Nigeriyalı hücumçu UEFA Çempionlar Liqasında "Ştutqart"la matçda sol dizindən zədə alıb. Aparılan maqnit rezonans tomoqrafiya (MRT

8 noyabr
.

Toraldan atmacalı açıqlama - Video

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov ötən gün Lixtenşteynlə oyunöncəsi keçirilən mətbuat konfransındakı atmacalı cavabı ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, oyunda baş məşqçinin şans verdiyi istənilən mövqedə oynaya biləcəyini deyə futbolçu jurnalistin "qapıda da"

13 noyabr
.

Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb. Bu barədə -a ACF-nin mətbuat xidmətindən bildirilib. Doqquz gün davam edəcək hazırlıq prosesinə müxtəlif bölgələrdən ümumilikdə 60 idmançı (48 oğlan, 12 qız) cəlb olunub

12 noyabr
.

Vensan Kompani "Bavariya"nın düşərgəsinə qayıdıb

Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Vensan Kompani komandanın düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. Oktyabrın 23-də 40 yaşlı belçikalı mütəxəssis klubun məşq bazasında huşunu itirib və helikopterlə xəstəxanaya çatdırılıb. Bildirili

10 noyabr
.

Mbappeyə irqçi şüarlar səsləndirən azarkeşə ağır cəza verildi

"Real"ın ulduz futbolçusu Kilian Mbappeyə qarşı irqçi şüarlar səsləndirən azarkeş 11 ay azadlıqdan məhrum edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Belə ki, ötən mövsüm "Real Oviedo"ya qarşı keçirilən matçda azarkeşlərdən bir

17 noyabr
.

Qrizmann ilin ən yaxşı futbolçusu seçildi

"Orlando Siti"nin hücumçusu Antuan Qrizmann MLS-də ilin ən yaxşı yeni futbolçusu adına layiq görülüb. xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb. Fransalı futbolçu 2026-cı ilin martında "Orlando Siti" ilə müqavilə imzalayıb, iyulda isə komandanın heyətinə qoşulub

18 noyabr