Əri həyat yoldaşının başqaları ilə münasibəti olduğu üçün onu öldürüb? - Ağdamdakı qətlin təfərrüatı

Əri həyat yoldaşının başqaları ilə münasibəti olduğu üçün onu öldürüb? - Ağdamdakı qətlin təfərrüatıAğdam rayonu Təzəkənd qəsəbəsində həyat yoldaşı, beş uşaq anası 1985-ci il təvəllüdlü Tünzalə Əliyevanı xüsusi amansızlıqla qətlə yetirən 1974-cü il təvəllüdlü Sahib İbadova hökm oxunub.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə S.İbadov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla) və 221.2.2-ci (Xuliqanlıq) maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il dekabrın 21-də baş verib. Məlum olub ki, cütlük 2006-cı ildə ailə qurub və onların birgə nikahından beş uşaqları dünyaya gəlib. Qətl törədilməzdən bir həftə öncə Tünzalə Sahibə ondan boşanmaq istədiyini deyib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən S.İbadovun sözlərinə görə o, Tərtər rayonunda usta kimi çalışarkən oğlu ona zəng edib və yaşadıqları evin həyətinə polis əməkdaşı gəldiyini bildirib:

"Dərhal evə getdim və həqiqətən də tanımadığım polis əməkdaşının həyətdə məni gözlədiyini gördüm. Polis mənə Tünzalənin məndən polis şöbəsinə şikayət etdiyini dedi, mən də şikayətin məzmununu soruşdum. Dedi ki, arvadın boşanmaq istəyir. Bu səbəbdən şikayət edib. Dedim ki, əgər Tünzalə boşanmaq istəyirsə, məhkəməyə müraciət edə bilmək hüququ var".

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, Tünzalənin yanına gedib nə üçün ondan şikayət etdiyini soruşub:

"Tünzalə isə gecə mən yatandan sonra gizlicə telefonu götürüb sahə rəisini yığdığını dedi. Onun bu hərəkətindən sonra mən də boşanmaq qərarına gəldim. Bu səbəblə məhkəməyə müraciət etmək üçün əvvəlcə Ağdam Rayon Məhkəməsinə getdik. Məhkəmədə boşanmaq üçün ərizə vermək lazım olduğunu dedilər. Biz də vaxt olmadığından hadisə baş verənədək rəsmi müraciət edə bilmədik".

O bildirib ki, hadisə günü spirtli içki qəbul edib:

"Evdəkilər yatdıqdan sonra yataq otağında Tünzalə ilə söhbət etməyə başladıq. Tünzaləyə onsuz da boşanacağımızı, amma nə üçün onun telefonunu gizli olaraq götürüb sahə rəisinə zəng vurmasını, ümumiyyətlə, həmin sahə rəisinin mobil nömrəsini haradan bilməsini soruşdum. O da mənə, "Yaxşı edirəm, sənin nə işinə qalıb?!", - dedi. İsrarla Tünzalədən nə üçün boşanmaq istəməsini soruşdum. Dedi ki, qardaşı Əlibalanın yoldaşı Dürdanə ona boşanaraq uşaqları ilə Bakıya köçməsi barədə məsləhət verib. Bundan sonra Tünzalə də onun bu fikri ilə razılaşıb".

S.İbadov bildirib ki, o, təkrar niyə boşanmaq istədiyini soruşduqda Tünzalə artıq onu istəmədiyini, həyatında başqa insanlar olduğunu bildirib:

"Dedi ki, 44 günlük Vətən müharibəsi ərəfəsində tanışı Fəxri ilə yaxın münasibətdə olub. Nə üçün belə etdiyini soruşdum. O da, "Özüm bilərəm, kimlə istəsəm yataram", - ifadəsini işlətdi".

O bildirib ki, Tünzalənin bu sözü onu tamamilə özündən çıxarıb və qəfil durub yumruqla Tünzalənin üz nahiyəsindən zərbə vurub:

"Stulda əyləşmişdi. Daha sonra boğazından yapışıb boğmağa başladım. O, arxası üstdə yerə yıxıldı. Mən də boğa-boğa stolun üzərində olan bıçağı götürüb boyun nahiyəsinə bir dəfə zərbə endirdim".

S.İbadovun sözlərinə görə, o, əlindəki bıçaqla Tünzalənin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub:

"Sonuncu zərbədə isə bıçağın tiyəsi yarıdan qırıldı. Sonra otaqdakı çarpayının ayaq hissəsində olan ət dəhrəsini götürüb yenidən Tünzaləyə zərbələr vurmağa başladım. O yüksək səslə çığıra bilməsə də, sağa-sola ağır-ağır hərəkətlər edirdi. Ölmədiyini görüb ət dəhrəsi ilə baş və boyun nahiyəsinə çoxsaylı zərbələr vurmağa davam etdim. Sonra Tünzalənin yerdə döşəmənin üzərində hərəkətsiz qalmasını görüb ət dəhrəsini elə meyitin yanında qoyub ayağa qalxdım, ayağım, üst-başım qan idi. Təmizlənib polis şöbəsinə getdim".

Məhkəmə iclasında zərərçəkmiş şəxsin bacısı ifadəsində bildirib ki, Tünzalə əri Sahiblə sevib ailə həyatı qurub və münasibətləri yaxşı olub. Lakin son illərdə aralarında mübahisələr yaranıb:

"Tünzalə ilə Sahibin dalaşmasına səbəb Sahibin mütəmadi olaraq spirtli içki qəbul etməsi idi. Sahib içki içdikdən sonra aqressiv olurdu, hər kəslə, xüsusilə də, Tünzalə ilə kobud rəftar edirdi, ona qarşı zor tətbiq edərək döyürdü. Ancaq onların bir ailə olmasını, beş azyaşlı uşaqlarının olmasını nəzərə alıb nə mən, nə qardaşım, nə də bacılarımız bununla bağlı polis şöbəsinə müraciət etmirdik. Sonuncu dəfə Tünzaləni üç il əvvəl gördüm, ikinci Qarabağ müharibəsi zamanı Tünzalə həm xalam oğlu Elşəngildə, həm də qardaşım Əlibalagildə qaldı. Həmin vaxtı da Tünzalə əri Sahibin tez-tez spirtli içki içib onunla dalaşdığını deyirdi. Axırıncı dəfə qardaşım Elşən arvadı Dürdanə ilə birlikdə Sahibgilin evinə bayram münasibəti ilə qonaq getmişdi. Onda mən də telefonla danışdım, Tünzalə ilə hal-əhval etdik, hər şeyin yaxşı olduğunu dedi. Ondan sonra da əlaqəmiz olmadı. Sahib rayon prokurorluğuna düzgün olmayan məzmunda ifadə verib. Tünzalə ilə hər hansı şəxs arasında yaxın münasibəti olmayıb, Sahib yəqin ki, öz məsuliyyətini yüngülləşdirmək məqsədilə belə ifadə verib".


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2822   Tarix: 27 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre

21 sentyabr
.

4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu

Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind

12 avqust
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr