Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır? - Seysmoloji Mərkəzdən XƏBƏRDARLIQ

Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır? - Seysmoloji Mərkəzdən XƏBƏRDARLIQSon vaxtlar ölkəmizin müxtəlif bölgələrində ard-arda zəlzələlər baş verir. Yerin alt qatlarında Ərəbistan, Avrasiya, Afrika və digər bu kimi adlarla ifadə olunan və böyük ərazini əhatə edən hərəkətli səthlər – plitələr mövcuddur. Məhz həmin plitələr hərəkət edərkən bir-birinə davam gətirə bilmədikləri üçün qırılmalar baş verir və bu da zəlzələ yaradır. Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün "zəlzələ bölgəsi" hesab edilir.

Əslində, hər gün zəlzələ baş verir, lakin onlardan çoxu kiçik təkanlar olduğu üçün hiss edilmir. Bu ilin fevral ayında Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan zəlzələlər ölkəmizdə ciddi qorxu və narahatlığa səbəb oldu. Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində ard-arda zəlzələlərin olması bu narahatlığı daha da artırıb. Ardıcıl zəlzələlərin səbəbi nə ola bilər? Bu təkanlar daha güclü zəlzələnin xəbərçisidirmi?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya Şöbəsinin müdiri Vüsalə Rafiqqızı Publika.az-a açıqlamasında bildirib ki, respublikamızda seysmik baxımdan həm quruda, həm də Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ ocaqları var.

"Ölkəmiz aktiv bölgədə yerləşir. Ümumiyyətlə, Xəzər dənizi də aktiv zonadır. Orada vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər baş verir. Bundan başqa, Şamaxı-İsmayıllı bölgəsi, cənubda Talış dağlıq sistemi, Gəncə-Daşkəsən, Şəki-Zaqatala bölgəsi də seysmik bölgələrdir. Seysmik zonalar üçün isə vaxtaşırı hiss olunan və hiss olunmayan zəlzələlərin baş verməsi xarakterik haldır.
Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır? - Seysmoloji Mərkəzdən XƏBƏRDARLIQMərkəzimizin zəlzələlərin tədqiqatı bürosu 7/24 rejimində işləyir. Demək olar ki, hər gün azı 15-20, bəzən də ondan da bir az çox zəif zəlzələlər qeydə alınır. Bu zəlzələlərin maqnitudası çox zəif olur, ocaq yerin dərin qatlarında olur və onlar Yer səthinə belə gəlib çatmır. Yəni insanlar bu zəlzələləri heç vaxt hiss etmirlər. Amma seysmik bölgədə zəif hiss oluna bilən zəlzələlər də olur".

Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır? - Seysmoloji Mərkəzdən XƏBƏRDARLIQSeysmoloq qeyd edib ki, nəinki Azərbaycan, dünyanın heç bir yerində zəlzələnin dəqiq proqnozu yoxdur və bununla bağlı heç bir seysmoloq dəqiq iddia irəli sürə bilməz:

"Sadəcə, bölgə aktivdirsə, orada nə zamansa zəlzələ baş verə bilər. Çünki əvvəldə də qeyd etdiyim kimi, bu, seysmogen bölgələr üçün xarakterik hal deyil. Tarixən Azərbaycan ərazisində də güclü zəlzələlər olub. Sonuncu dəfə dağıdıcı zəlzələ 1902-ci ildə Şamaxıda olub. Orada həm şəhər tamamilə dağılmışdı, həm də insan itkisi çox olmuşdu. Doğrudur, bizdə bir neçə il əvvəl maqnitudası 5-dən çox olan zəlzələlər oldu. Amma bu zəlzələlər güclü, dağıdıcı zəlzələlər deyildi. Yalnız lokal dağıntılar olmuşdu".
V.Rafiqqızının sözlərinə görə, əgər illər üzrə zəlzələ məlumatlarının statistikasına diqqət yetirilsə, hər il Azərbaycanda maqnitudası 3 və daha çox zəlzələlərin baş verdiyini görə bilərik:

"Hətta bəzən il ərzində onlardan bir neçəsi hiss olunur. Yəni burada söhbət aktivləşmədən getmir. Dediyim kimi, aktiv bölgə üçün hiss oluna bilən zəlzələlərin olması mümkündür. Xırda zəlzələlərin olması o baxımdan yaxşıdır ki, bu kiçik zəlzələlər böyük, dağıdıcı zəlzələnin baş verməsi ehtimalını azaldır. Nə qədər kiçik zəlzələlər çox olsa, bir o qədər də dağıdıcı zəlzələlərin qarşısını alınacaq. Çünki zəlzələ ocaqlarında enerji toplanması gedir.

Burada məsələnin başqa bir tərəfi var. Vətəndaşlarımızda qardaş Türkiyədə baş verən zəlzələnin yaratdığı psixoloji qorxu var. Yəni Türkiyədəki zəlzələyə qədər də biz ərazimizdə hiss olunmayan (3 və daha güclü maqnitudalı), bəzən də hiss olunan zəlzələlər haqqında mütəmadi məlumat yayırdıq. Sadəcə, o zaman həm insanlarımız, həm də jurnalistlər buna adi məlumat kimi yanaşırdılar. Baş verən zəlzələlərlə bağlı məlumatları yaymağımız sistemli şəkildə davam edir. Saytımızla paralel sosial şəbəkə hesablarımız da operativ işləyir".

Şöbə müdiri əlavə edib ki, hazırda vətəndaşlarımız hiss olunmayan bir zəlzələ olanda belə, buna çox həssas yanaşırlar:

"İyulun 4-də Xəzər dənizində baş verən zəlzələ, əslində, Bakının bir çox yerlərində hiss olunmamışdı. Hətta mən özüm də hiss etməmişdim. Amma dediyim kimi, Türkiyədə baş verən zəlzələdən insanlarımızın aldığı travmalar və "Google" tərəfindən göndərilən məlumat insanlarda həyəcan yaratdı. Əslində, məlumat, zəlzələ hiss olunandan sonra göndərilmişdi. Amma insanlarda təşviş yaranmışdı. Deyim ki, "Google"un həmin proqramla verilən afterşoklar barədə məlumatlar da doğru deyildi. Biz həmin zəlzələdən sonra gecə üç, səhərə yaxın isə iki təkan qeydə almışdıq. Nə vaxt, nə də maqnituda baxımdan uyğunluq yox idi. Ümumiyyətlə, zəlzələlərin baş verməsində hansısa vaxt amili yoxdur. Zəlzələ 24 saatın hər hansı dəqiqəsində bir neçə saniyə müddətində baş verən təbii fəlakətdir. Yəni burada nə vaxt, nə yer, nə də məkanla bağlı birmənalı fikir söyləmək mümkündür".

Seysmoloq tək Azərbaycanın deyil, bölgənin aktiv olduğunu diqqətə çatdırıb:

"Sadəcə, bir məsələ var ki, hansısa ərazidə güclü zəlzələ baş verirsə, orada ocağın sönməsi üçün müəyyən zaman kəsiyində təkanlar davam edir, amma bu müddətin bir ay, beş ay, yoxsa bir il çəkəcəyini də dəqiq təxmin etmək olmur. O təkanların arasında hiss oluna bilənlər də olur ki, bu da mümkün haldır. Bu təcrübəni Türkiyədə də müşahidə etdik. Kahramanmaraşda baş verən zəlzələdən sonra orada minlərlə təkan qeydə alındı və haradasa elə 1 000-ə yaxını hiss olundu. Odur ki, insanlarımız xırda zəlzələlər olanda qorxmasınlar. Rəsmi məlumatlara baxsınlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2706   Tarix: 03 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

7 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr