Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEOAzərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb.

Bunu Milli.Az-a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəfə dövriyyəyə buraxılıb.

"Əskinas dövlətin sifarişi ilə Fransa Mərkəzi Bankında çap olunub. Digər köhnə Azərbaycan əskinaslarında olduğu kimi, 250 manatlığın da dizaynını görkəmli xalçaçı rəssam Eldar Mikayılzadə hazırlayıb. Dizaynda əsasən xalça motivlərindən istifadə olunub", - deyə F.Məmmədov bildirib.

Numizmat qeyd edib ki, 250 manatlıq əskinasın ölçüləri 63x125 millimetrdir. Əskinasın ön hissəsində "Qız qalası", "Azərbaycan Milli Bankı" yazısı, nominal dəyər və seriya nömrələri əks olunub. Arxa hissədə isə milli ornamentlərlə haşiyələnmiş xalçaşəkilli çərçivənin daxilində Azərbaycan Milli Bankının təsviri yer alıb. Əskinasın əsas qoruyucu elementlərindən biri üç alovdan ibarət su nişanıdır.

"Bu əskinaslar 2006-cı ildə denominasiya aparıldıqdan sonra dövriyyədən çıxarılıb. Hazırda adi, dövriyyədə olmuş, lakin ciddi xarici qüsurları, ləkələri və qat izləri olmayan nümunələrə Bakıda təxminən 1-2 manat qiymət qoyulur. Dövriyyəyə buraxılmamış, əla vəziyyətdə olan nümunələrin qiyməti isə tələb-təklifdən asılı olaraq 4-10 manat arasında dəyişir", - deyə numizmat vurğulayıb.

F. Məmmədovun sözlərinə görə, 250 manatlıq əskinası kolleksiyaçılar üçün daha dəyərli edən əsas amillərdən biri onun vəziyyətinin yaxşı səviyyədə olması ilə yanaşı, unikal seriya nömrəsinə və ya ciddi çap xətasına malik olmasıdır.

"Kolleksiyaçılar əsasən təkrəqəmli, ikirəqəmli, radar seriyalı, aşağı seriyalı və xüsusilə də droblu prefiksə malik, ilk partiyadan olan nümunələrə üstünlük verirlər", - deyə o qeyd edib.

Numizmat eBay hərracında yaxın vaxtlarda satılan 250 manatlıq əskinası buna nümunə göstərib.

"Bu əskinas qısa müddət dövriyyədə olub. Onun əsas üstünlüyü drob prefiksə malik olması və 725-ci buraxılışdan olmasıdır. Bu, aşağı seriyalı əskinas hesab olunur və kolleksiyaçıların arzuladığı nümunələrdəndir", - F. Məmmədov bildirib.

Onun sözlərinə görə, Almaniyalı satıcının hərraca çıxardığı həmin 250 manatlıq əskinas 169 avroya, Azərbaycan valyutası ilə təxminən 329 manata satılıb.

"Əskinasın beynəlxalq sertifikasiyadan keçməsi də onun qiymətinə əlavə üstünlük verir. Məsələn, bir müddət əvvəl Bakıya dövriyyəyə buraxılmamış və PMG tərəfindən sertifikatlaşdırılmış 250 manatlıq əskinas gətirilmişdi. Həmin nümunənin qiyməti 120 manat idi", - deyə F. Məmmədov əlavə edib.

F. Məmmədov bildirib ki, köhnə 250 manatlıq əskinsların dəyərini müəyyənləşdirərkən yalnız onların yaşına deyil, vəziyyətinə, seriya nömrəsinə, çap xüsusiyyətlərinə və sertifikasiyasına da diqqət yetirmək lazımdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 83   Tarix: 20 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək

Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav

20 sentyabr
.

Elçin Yusubov Rumıniyada: Qarabağ şəhərləri ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişin imzanması haqqında niyyət protokolunun imzalanması ilə əlaqədar Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov 1

19 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr