Nənəsini kül qabı ilə öldürdü, daha 17 nəfərin canını aldı

Nənəsini kül qabı ilə öldürdü, daha 17 nəfərin canını aldıTarixin ən çox cinayət törədən qatili 18 nəfəri vəhşicəsinə öldürüb

Lent.az xarici mediyaya istinadən xəbər verir ki, Türkiyəli qatilin rəsmi olaraq qurban sayı 18 olsa da, bəzi mənbələrə görə bu rəqəm 43 idi.

1967-ci ildə 9 uşaqlı ailədə dünyaya göz açan Yavuz Yapıcıoğlu uşaqlıqda dostları tərəfindən sevilsə də, ailədə sevgisiz böyüyüb. Gənc yaşlarında məktəbi yarımçıq qoyan Yapıcıoğlu qısa müddət dəri işi ilə məşğul olub, lakin sonra bu işi tərk edib. Evlənib cəmi 3 ay evil qalıb boşandıqdan sonra İstanbulda yaşayıb. Yapıcıoğlu bir səhər qonşu qızın ona "Günaydın" deməsindən əsəbləşərək, davaya başlayıb. Bu vaxt səsləri eşidən gənc qızın nişanlısı və dostu küçəyə düşüb. Y. onlarla da dalaşmağa başlayıb və nəticədə 3 gənci küçədə qətlə yetirib. Daha sonra piyada hadisə yerindən qaçan Yapıcıoğlu yoldan keçən bir avtomobili saxlayıb və sürücüyə avtomobildən düşməsini tələb edib. Ona müqavimət göstərən günahsız insanı 3 gənc kimi öldürdü. O, "Tornavida Qatil" qətl seriyasına başlayıb.
Hadisədən qısa müddət sonra tutulan Yavuz Yapıcıoğlu 4 nəfəri öldürdüyünü etiraf edib.
Çıxarıldığı məhkəmədə ondan psixi tarazlığının yerində olub-olmadığını araşdırmaq istənilib. Ruh və Sinir Xəstəlikləri Xəstəxanasına aparılan silsilə qatil xəstəxanada aparılan yoxlamalar zamanı bir çox hadisədə adı hallanıb.
Onun ilk hadisəsi xəstəxana dəhlizlərində lüt soyunaraq "Mən İsayam" deyə qışqırması olub. O, gecə saatlarında saxlandığı palataya od vurub, tibb bacısına və demək olar ki, bütün palata dostlarına hücum edərək döyüb.
Burada aparılan müayinələrdə Yapıcıoğlunun psixi cəhətdən sabit olmadığı qənaətinə gəlinib. Cinayət qabiliyyətinin olmadığına qərar verildikdən sonra 4 günahsız insanı qətlə yetirən şəxs məhkəmə tərəfindən sərbəst buraxılıb.

Müalicə üçün bir müddət Bakırköy Psixiatriya Xəstəxanasında saxlanılan Yapıcıoğlu xəstəxanadan çıxdıqdan qısa müddət sonra İstanbulda bir liseyin qarşısında bir qız şagirdlə xadimənin mübahisə etdiyini görüb və hadisəyə müdaxilə etmək istəyib.
Bu hadisədə əsəblərini cilovlaya bilməyən Yapıcıoğlu məktəb qapıçısını dəfələrlə "Atvyorka" ilə vuraraq öldürüb. Hadisədən sonra "Atvyorka qatili" tapdığı ilk avtobusla Adanaya qaçıb.

İstanbuldan qaçıb geri döndüyü Adanada rahat olmayan Yapıcıoğlu cinayətlərini davam etdirərək burada sadə səbəblərdən 3 nəfəri qətlə yetirib. Onun üçün yeganə çarə İstanbula qayıtmaq idi.
Adanadan İstanbula getmək üçün avtobusa minir, amma cibində pul yoxdur. Ankarada avtobus dayananda tanımadığı şəxsdən yemək pulu istəyən "Atvyorka qatili" rədd cavabı alanda dəli olub. Adamın arxasınca düşüb və tənha və sakit bir küncdə "Atvyorka" ilə dəfələrlə zərbələr vuraraq qətlə yetirib, bu arada qətli görən daha bir günahsız şəxsib də boğazını kəsərək öldürüb. Fasilə bitdikdən sonra serial qatil avtobusa minərək heç nə olmamış kimi İstanbula qayıdıb.

O, NƏNƏSİNİ KÜLQABI İLƏ ÖLDÜRDÜ

İllər 1998-ci ili göstərəndə Yapıcıoğlu həyatını İstanbulda davam etdirirdi. Bir gün yolda gördüyü belçikalı turist dondurma sifariş edir, lakin turist bu dondurmanı yemək istəməyincə Yapıcıoğlu turistə bir neçə bıçaq zərbəsi vurub.

Hadisədən sonra serial qatil bir yol tapıb və qardaşı ilə birlikdə Çorluya qaçıb. Burada qardaşı ilə mübahisə edib dalaşan Yapıcıoğlu qardaşının iş yerini yandırıb. Bunlarla kifayətlənməyən Yapıcıoğlu Çorluda yaşayan iki qohumunun evlərini yandıraraq Silivriyə gedir və atasını öldürmək istəsə də buna nail ola bilmir.

Yapıcıoğlu daha sonra Edremitə qaçaraq burada nənəsi ilə yaşamağa başlayıb. Yapıcıoğlunun Edremitdəki macərası cəmi 2 gün davam edir. Yapıcıoğlu yanında qaldığı nənəsinin bir sözündən inciyib yaşlı qadının başına külqabı ilə vuraraq öldürür və oradan da qaçır. Yapıcıoğlu yenidən Çorluya qardaşının yanına gəlir.

24 dekabr 2002-ci ildə Çorlu idman obyektlərinin gözətçisi Hüseyn Yamuku, daha sonra Sənaye Məhəlləsində tornaçı işləyən Özcan Karaoğlunu və başqa bir şirkətdə gözətçi olan Şakir Temürçini öldürərək məscidə gedir. Bu zaman o, səhər namazını qılan məscidin imamına hücum edib, lakin camaatın müdaxiləsi ilə uğur qazana bilməyib. Polis Yavuz Yapıcıoğlunu həmin gün günorta saatlarında küçədə gəzərkən yaxalayaraq nəzarətə götürüb.

İstintaq çərçivəsində yenidən Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasına sövq edilən Yapıcıoğlu ilk müayinəsində özünü dəli kimi göstərərək bu hesabatı aldığını etiraf edib.
Bundan sonra xəstəxananın əvvəllər verdiyi "Qapalı yerdə saxlanıla bilməz və cinayət qabiliyyəti yoxdur" hesabatı ləğv edilir. Bu xəbərə görə cinayətkarı olduğu hadisələrə və qətllərə rəğmən cinayət məsuliyyətinə cəlb oluna bilməyən Yavuz Yapıcıoğlu yenidən məhkəmə qarşısına çıxarılıb. Məhkəmədə onun böyük qardaşı Yıldır Yapıcıoğlunun ifadəsi nəticəsində istintaq daha da dərinləşir.
1992 və 1993-cü illərdə 2 universitet tələbəsinin zorlanaraq öldürülməsi qardaşının etirafı ilə üzə çıxır. Yavuz Yapıcıoğlu məhkəmə tərəfindən 64 il müddətinə azadlıqdan məhrum edilib və "Atvyorka qatili" hələ də həbsdədir.

Serial qatillərin adətən sərhəd xarakterli xüsusiyyətləri olduğunu deyən mütəxəssis klinik psixoloq Berk Karaoğlu:

"Bu insanlar, antisosial şəxsiyyətə malik insanlar öz hərəkətlərini özlərinə görə rasionallaşdıra bilirlər. Bu şəxsiyyətdə ailəsindən emosional məhrumiyyətlər yaşayan, uşaqlıqda yaralanan, sevgi görməyən fərdlər ortaya çıxa bilər. Bu duyğuya öyrəşmədikləri üçün hətta yetkin həyatında emosiya nümayiş etdirən və ya özünə müsbət hisslər bəxş edən insanlar belə güclü emosiyalar keçirə və mənfi reaksiyalar verə bilərlər. Bu sıx emosiyalar həm də əks emosiyalar ola bilər. Bu insanlar adətən sərhəd xarakterli xüsusiyyətlərə malikdirlər və keçmişdə əldə edə bilmədikləri emosional intensivliyi ilə həmin insanlara böyük məna yükləyə, eyni zamanda çox qəzəbli hiss edərək bu qətlləri törədə bilirlər. Antisosial şəxsiyyətə sahib olanlar üçün özünə hörmət çox vacibdir. Bu əhval-ruhiyyədə olan insanlar hörmətli olmaq istəyirlər. Hörmət oluna bilməyəcəklərini hiss etdikdə qətl törətməyi özlərinə borc bilirlər".
Nənəsini kül qabı ilə öldürdü, daha 17 nəfərin canını aldı


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1912   Tarix: 04 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ bombardmançılarını Britaniyadakı bazadan çıxardı

ABŞ Hərbi Hava Qüvvələri İrana qarşı əməliyyatlarda istifadə olunan Britaniyadakı RAF Fairford bazasından B-1 və B-52 bombardmançılarını geri çəkib. CNN-ə istinadən xəbər verir ki, bu qərar bazaya qarşı ehtimal olunan terror planı ilə bağlı araşdırmadan sonra verilib. Pentaqon təyyarələrin ABŞ-dakı bazalar

5 oktyabr
.

Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop

4 oktyabr
.

Cənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib

Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah

5 oktyabr
.

Diş ağzından deyil, gözündən çıxdı - 16 yaşlı oğlanda inanılmaz hadisə - FOTO

Hindistanda 16 yaşlı yeniyetmənin göz qapağında olduqca nadir tibbi hadisə aşkarlanıb. xəbər verir ki, yeniyetmə təxminən bir ay davam edən, ağrı verməyən sol üst göz qapağındakı şişkinlik səbəbindən həkimə müraciət edib. Müayinə zamanı həkimlər iki sərt, ağ çıxıntı görüblər. Kompüter tomoqrafiyası həmi

4 oktyabr
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

5 oktyabr
.

Yəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı əməliyyata başladı

The Guardian yazır ki, Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti ölkədə husilərin nəzarətində olan bütün əraziləri geri almaq məqsədilə yeni hərbi əməliyyata başlayıb. Qərar husilərin Taiz şəhərini hökumətin nəzarətində olan Ədənlə birləşdirən mühüm təchizat yolunu kəsməsindən sonra açıqlanıb

5 oktyabr
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

4 oktyabr
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

4 oktyabr
.

Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə

4 oktyabr