"Neftçi"nin legioneri: "Beşiktaş"ı təəccübləndirə bilərik"
"Evdə oynamaq xoşdur. İlk anlardan bir qədər ehtiyatlı oynayırdıq. Ancaq azarkeşlərimiz qarşısında qələbə qazanmaq niyyətində idik. Qalib gəlmək olduqca vacib idi".
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin müdafiəçisi Mark Tamaş UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Jelezniçar" klubunu 2:0 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra deyib.
İlk görüşdə 2:2 heç-heçə etdiyi üçün növbəti mərhələyə keçən komandanın legioneri ilk ev matçında azarkeşlərin dəstəyinin xoş olduğunu bildirib:
"Bu mənzərəni görmək xoşdur. Çox xoşbəxtəm ki, oyunumuzu izləməyə bu qədər insan gəlib. Azarkeşlərimiz bir qədər çılğındır və mən bunu xoşlayıram. Bu stadionda doğma meydanda ilk oyunumu keçirdim. Bu, mənim üçün çox önəmlidir. Qələbə qazanmaq istəyirdim, buna da nail olduq".
Bu yay komandaya qoşulan macarıstanlı müdafiəçi komandada hər kəsin adaptasiyaya ehtiyacının olduğunu söyləyib:
"Addım-addım yeni komandaya öyrəşməyə çalışıram. Yeni üslubda oyuna başlayırıq. Hər kəsin adaptasiyaya ehtiyacı var. Hər oyun daha da yaxşı olacağıq. Qarşıda "Neftçi"ni yeni üslubda görəcəyik".
29 yaşlı futbolçu Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibləri olan Türkiyənin "Beşiktaş" klubunu təəccübləndirə biləcəklərini qeyd edib:
"Bu, futboldur. "Beşiktaş" güclü olsa da, belə böyük klubu təəccübləndirə bilərik. Ümid edirəm ki, onlar üçün gözəl sürpriz hazırlayacağıq. İki oyunun sonunda hər şey ola bilər".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1042 Tarix: 04 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO
Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq. Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün "Instagram" səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır
14 sentyabr 2021Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald
15 sentyabr 2021Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı
İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk
5 sentyabr 2021Bekhemin futbolçu oğlu ilk peşəkar müqaviləsini imzalayıb
İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasında ilk peşəkar müqaviləsini imzalayıb. 19 yaşlı oyunçu ABŞ çempionatının üçüncü divizionunda çıxış edən "Fort Loderdeyl" klubuyla razılaşıb. Adıçəkilən kollektivin Devid Bekhemə məxsus olan və əsas birincilikd
6 sentyabr 2021Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTO
Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı. Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir
5 sentyabr 2021Paralimpiya bayrağı Parisə ötürüldü
Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd
5 sentyabr 2021Azərbaycan idmançısı ermənini nokauta belə saldı - VİDEO
I MDB Oyunlarında tayboks idman növündə mübarizə başlayıb. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə erməni rəqibindən üstün olub. Ermənistandan olan Alen İsraelyana güclü zərbələr endirən Əsədzadə qələbəni 2 dəqiqə 36 saniyəyə təmin edib
6 sentyabr 2021"Yuventus"un gənc futbolçusu öldü
İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə
5 sentyabr 2021