"Ermənilər BQXK adından BƏYANAT VERİRLƏR" – Tofiq Zülfüqarov
"Əslində BQXK adından bəyanat verən ermənilərdir. Burda müyyən texniki məsələlər var. Çünki, BQXK siyasətə qarışmır. Amma ermənilər bir çox hallarda BQXK adından dezinformasiya yayırlar. Artıq Azərbaycan tərəfindən konkret işlər başlayıb. Əminəm ki, yaxın zamanlarda BQXK-nin Bakı ofisi tam gücü ilə fəaliyyət göstərəcək".
Bunu BQXK Qarabağdakı fəaliyyəti barədə Bizim.Media-ya danışan sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib.
O bildirib ki, BQXK-nin fəaliyyət istiqamətləri bəllidir:
"BQXK bir təşkilat olaraq ayrı-ayrı ölkələrlə rəsmi sənədlər imzalayır və orda öz fəaliyyətini qurur. Lakin bu humanitar təşkilatla bağlı indiki mərhələdəki problem onunla bağlıdır ki, uzun müddət işğal olunmuş ərazilərdə Azərbaycanın nəzarəti yox idi. Və həmin ərazilərdə humanitar fəaliyyət həyata keçirmək üçün BQXK fəaliyyətlərini İrəvandan kordinasiya edirdi.
Lakin indi vəziyyət 180 dərəcə dəyişib. Ona görə də qurumun fəaliyyəti Bakı ofisindən təşkil edilməlidir.
Təsadüfi deyil ki, Azərbaycan da BQXK-dən bunu təkidlə tələb edir. Bu məsələdə son söz Azərbaycanındır. Çünki, istənilən təşkilat fəaliyyət göstərdiyi ölkənin qanunları çərçivəsində və həmin dövlətin müvafiq qurumları ilə birgə fəaliyyət göstərməlidir. Əminəm ki, bu məsələ çox qısa bir müddətdə həll olunacaq".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 813 Tarix: 05 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr