Paşinyan keçmiş müdafiə nazirini "sındırdı": Tonoyanın mədhiyyələri işə yarayacaq?

Paşinyan keçmiş müdafiə nazirini "sındırdı": Tonoyanın mədhiyyələri işə yarayacaq?Ermənistan parlamentinin 44 günlük müharibədəki acı məğlubiyyətin "günahkarlarını ifşa edən komediya"sı davam edir. Bu dəfə hazırda həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan sorğu-sual edilib.

Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyanla baş nazir Nikol Paşinyan arasında qarşıdurma yeni fazaya qədəm qoyub. 44 günlük müharibənin gedişini araşdıran komissiya qarşısında çıxış edən Tonoyan gözlənilənin əksinə açıqlamalar verərək müxalif düşərgəni məyus edib. Azərbaycanın əzmkar qələbəsi ilə başa çatan 44 günlük müharibə Ermənistanın hərbi-siyasi mühitində zəlzələ effekti vermişdi. Ermənistanın o dövrdə müdafiə naziri olan D.Tonoyan 2020-ci ilin 20 noyabr tarixində tutduğu postdan istefa vermək məcburiyyətində qalmışdı.

"Kaspi.az" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Baş nazirin kölgədə qalmasına səbəb olan qəzəb oxu

Tonoyan 2018-ci ildə Ermənistan prezidenti tərəfindən müdafiə naziri postuna təyin edilib. 2010-2017-ci illər arasında Ermənistanın müdafiə nazirinin müavini postunu tutan Tonoyan Serj Sarqsyana yaxınlığı və sadiqliyi ilə seçilir. Elə bu səbəbdən də özünü heç vaxt Nikol Paşinyanın komandasından saymayıb. Davidin ölkədaxili ciddi nüfuzu və Serj Sarqsyan vasitəsilə ölkə sərhədlərindən kənarda da kifayət qədər güclü dayaqları olub. Onun nüfuzu və özündən razılığı Paşinyanın diqqətindən kənarda qala bilməzdi. 2020-ci ildə baş tutan dövlət tədbirlərinin birində baş nazirin kölgədə qalmasına səbəb olan, insanlara özünü lider kimi təqdim edən Tonoyan hakimiyyətin qəzəb oxuna tuş gəldi. Artıq tərəflər arasında münasibətlərin getdikcə kəskinləşdiyi özünü daha çox büruzə verməyə başlamışdı. Ermənistanın məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibədən sonra Tonoyanın tutduğu postdan istefa verməsi XİN başçısı Zöhrab Mnatsakanyanın istefası ilə eyni vaxta təsadüf etməsi də diqqətdən yayınmamışdı. Bu, eyni zəncirin halqası idi. Ehtimal edilir ki, N.Paşinyan hakimiyyət eşalonunda funksiyalarını yerinə yetirə bilməyənləri dəyişmək üçün start düyməsinə basıb. Tonoyan isə müharibə nəticələrinə görə istefa verdiyini, məsuliyyətini dərk etdiyini açıqlamışdı.

Tonoyanın Paşinyanı tənqidləri həbslə nəticələndi
Tonoyan tutduğu postdan istefa verdikdən sonra Paşinyanla daha kəskin müstəvidə mübarizə aparmağa başlamışdı. Eks-nazir açıqlamalar verir, müharibədəki məğlubiyyətə görə Paşinyanı günahlandırırdı. Onun fikrinə əsasən, ordudakı problemlərin əsas səbəbi Paşinyan idi. Tonoyan bununla da siyasi "xaç atası" Serjə tuşlanan oxları dəf etməyə, "günah keçisi" olmaqdan qurtulmağa, həbsə düşməməyə çalışırdı. Bununla yanaşı, Tonoyan müxalifətə liderlik etmək həvəsində olduğunu da gizlətmir, yavaş-yavaş siyasi arenaya xırda addımlar atmağa başlayırdı. Ölkədə müharibədən sonrakı dövrdə başlayan xaos və etirazlar fonunda Sarqsyan komandasından olan, ondan dəstək alan yeni siyasi rəqibin yetişməsini həzm edə bilməyən Paşinyan Tonoyanın həbsi üçün düyməyə basdı. 2021-ci ildə Tonoyana qarşı bir neçə maddə ilə cinayət işi açıldı. Eks-nazir vəzifə səlahiyyətlərindən sui-istifadə və silah-sursat alışında 4.6 milyon dollar mənimsəməkdə ittiham edilərək həbsə atıldı. Davidlə bərabər Silahlı Qüvvələrin baş qərargah rəisi Artak Davtyan, onun müavini Stepan Qalstyan, Müdafiə Nazirliyinin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin aviasiya departamentinin aviasiya texniki əmlakı xidmətinin rəisi Artem Ambaryan, aviasiya idarəsinin baş mühəndisi Vladimir Babayan və silah sövdələşmələrində iştirak edən iş adamı David Qalstyan da həbs edildi. Paşinyan bununla da Tonoyanı və ətrafını neytrallaşdıraraq ondan qurtuldu. Dəfələrlə məhkəməyə müraciət edilsə də, Tonoyan barədə çıxarılan həbs qərarı dəyişmədi.

Tonoyan açıqlamaları ilə "sındığını" sübut etdi

Ermənistan parlamentinin müharibə ilə bağlı istintaq komissiyası əslində Paşinyanın əlində siyasi alətə çevrilib. Paşinyan bu komissiyanı qurmaqla yeni "günah keçi"ləri axtarır, xoşuna gəlməyən hərbçiləri, xüsusən də general və polkovnikləri komissiya qarşısına çıxarır və müharibədəki məğlubiyyətdə hər kəsin payı olduğu fikrini aşılamağa çalışır. İki ilə yaxındır həbsdə olan Tonoyan da komissiya qarşısında çıxış etməyə məcbur edilib. Paşiyanın komissiya qarşısında çıxışından əvvəl Tonoyan iştirak üçün şərt qoymuşdu və iclasda baş nazirin iştirakını, sessiyanın açıq olmasını tələb etmişdi. Amma sonradan fikrini dəyişərək qapalı iclasa razılıq verdiyini bildirdi. Bununla da, Tonoyan hakimiyyətin ona qarşı münasibətini yumşaltmağa və Paşinyanla üz-üzə gəlməməyə çalışdı. Çünki, o da bilir ki, komissiyanın fəaliyyətinin bir məqsədi var: həm Paşinyanın, həm də onun rəhbərlik etdiyi hökumətin müharibə və rüsvayçılığa, gətirdikləri faciə və fəlakətə görə günahını ört-basdır etmək.

İndi top Paşinyandadır

Komissiyanın sədri Andranik Köçəryan iclasdan bir gün əvvəl açıqlama verərək sessiyanın həm açıq, həm də qapalı olacağını bildirdi. Eyni zamanda, Paşinyana yaxın deputatlara Tonoyana sərt suallar vermək tapşırıldığı faktı da üzə çıxdı. Bununla da, Paşinyan Tonoyana "Dediklərinə diqqət et, ömrünün sonuna qədər həbsdə qala bilərsən" mesajını ötürdü. Tonoyan iclasda müxalifətin iştirakını tələb etsə də, müxalif düşərgədən sessiyada iştirak edən olmadı. Çünki müxalifətin Davidə etimadı qalmayıb və onu lider kimi görmür. Tonoyan komissiya qarşısında çıxışı zamanı Paşinyana ali baş komandan səlahiyyətinin verilməsi, baş nazirlə bağlı fikir bildirməyə səlahiyyətinin çatmaması, həbsinin sırf müharibə məğlubiyyətinə görə olması barədə açıqlamalar verdi. Bununla da, qarşı tərəfi yumşaltmağa, həbs müddətini azaltmağa, tezliklə azadlığa çıxmağa hesablanmış addımlar atdı. İndi top Paşinyandadır. Görək, baş nazir Tonoyanın bu mədhiyyələrindən sonra fikrini dəyişəcəkmi?


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1154   Tarix: 05 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilib. -a istinadən xəbə

30 iyun
.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun
.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil

12 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri

30 iyun
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam

25 iyun
.

Alyona Əliyeva sərgidə - Fotolar

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bir Mədəniyyət Xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərginin açılışı baş tutub. "Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak edib. Fotoları təqdim edirik:

1 iyul