Çindən Gürcüstana atılan "qarmaq"

Çindən Gürcüstana atılan "qarmaq"Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Siçuan əyalətinin mərkəzi Çenqduda Çin Sədri Si Cinpinlə görüşməsi iki ölkə arasında strateji tərəfdaşlığın qurulması üçün yeni mərhələ kimi qiymətləndirilə bilər.

Qaribaşvili Çenqduda Çin lideri Si Cinpin və Pekində Baş nazir Li Çianla görüşdükdən sonra Gürcüstan və Çin birgə bəyanat yayaraq, münasibətlərini strateji tərəfdaşlığa yüksəltdiklərini elan ediblər.

Görüşlər əsnasında Çinin Gürcüstanı dost və yaxşı tərəfdaş kimi xarakterizə etməsi, beynəlxalq arenada proseslərin necə inkişaf etməsindən asılı olmayaraq, Tbilisiyə münasibətin dəyişməz qalacağını bəyan etməsi maraq doğurur.

Çinlə Gürcüstan arasındakı yeni dünya düzəninə uyğun isinişmə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) paradiqmalarında xüsusi mövqeyə yerləşdirilməkdən xəbər verir.

Bunlar Çinin regional və qlobal iddialılıq səviyyəsini yüksəltməsinin müşayiəti ilə ortaya çıxan tablodur.

Tbilisi-Pekin xəttindəki sazlıq Azərbaycan üçün də müsbət siqnallardır, çünki Orta Dəhlizdə Azərbaycan və Gürcüstanın əhəmiyyəti Çinin gözündə böyükdür. İkinci bir məqam Zəngəzur dəhlizi layihəsinin Orta Dəhliz xəttinə inteqrasiya edilməsi modelidir, hərçənd ki, Gürcüstan "Zəngəzur"dan yan keçir.

Ancaq Çin üçün Gürcüstanın Zəngəzur dəhlizinə münasibətinin o qədər önəmi yoxdur, çünki Pekin özü həmin layihəyə strateji maraq göstərir.

Çin özünün qlobal yayılma arealı olan "Bir kəmər, bir yol" təşəbbüsünün imkanlarını Cənubi Qafqazda infrastruktur layihələrində göstərir, bundan sonra isə onun xarakterinə siyasi motivlərin aşkar hopdurulmasının şahidi ola bilərik.

Pekin Orta Dəhlizi özünün mənbə qismində çıxış etdiyi ticarət marşrutlarından biri kimi qeyd edir. Həmin layihə Çindən Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropaya doğru yön alan marşrut xəttində Pekinin təsir alətlərini artırır.

Çin bunun effektivliyi üçün koordinasiyanın, potensialların artırılmasını marşrutboyu ölkələr üçün əsas prioritetlərə çevrilməsi sxemində qurur. Qaribaşvilinin Çini tərk etdikdən sonra Orta Dəhlizdə olan başqa bir ölkəyə - Qazaxıstana - yollanması yaxın günlərdə və aylarda Bakı, Ankara, Gürcüstan, Astana xəttində birgə danışıqların olacağına işarələr verir.

Bu marşrut üzrə strateji tərəfdaşlıq xətləri Avropa İttifaqının da Çinə göstərdiyi xoşməramlı niyyətləri ilə əlaqəli xüsusiyyətlərin inkişafı deməkdir. Deməli, daha geniş formatda, Avropa İttifaqının iştirakı ilə danışıqlar masası qurula bilər.
Ancaq Qərbin və dünyanın hegemon gücü olan ABŞ üçün bu xarakterin formalaşması məqbul deyil, artıq Gürcüstanda çıxan səslər Vaşinqton mərkəzli tezis kimi başa düşülə bilər.

Gürcüstandakı qərbmeyilli dairələrdə belə fikirlər var ki, Gürcüstanın Çin qarşısındakı öhdəlikləri boşdur, çünki Tbilisi NATO və Avropa İttifaqına inteqrasiyanın tərəfdarıdır.

Hərçənd ki, ABŞ-nin Tbilisidəki səfiri Kelli Deqnanın Gürcüstan-Çin əməkdaşlığına reaksiyası daha sönük olub. O, Qaribaşvilinin səfərini Gürcüstan üçün vacib hesab edərək Tbilisinin tərəfdaşlıqla bağlı seçimlərinə hörmətini ifadə edib.

Lakin bu bəyanat o qədər də səmimi notlara söykənmir, əslində, belə mövqe daha çox Avropa İttifaqının Çinə doğru əyilmiş mətnlərinin surəti kimi görünür.

ABŞ ondan ehtiyatlanır ki, Çin Avropa İttifaqını, Mərkəzi Asiyanı, Cənubi Qafqazı öz çətirində tutmaq üçün başını siyasi mübahisələrin həllinə də salsın.

Bu, Vaşinqton üçün ciddi çağırış olaraq qaldıqca isə Çin Cənubi Qafqazı öz orbitinə salmaqdan ötrü fəallaşacaq.

Çinin regionun digər iki ölkəsi ilə – Azərbaycan və Ermənistanla – danışıqlara başlayacağını proqnozlaşdırmaq olar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 687   Tarix: 05 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Diş ağzından deyil, gözündən çıxdı - 16 yaşlı oğlanda inanılmaz hadisə - FOTO

Hindistanda 16 yaşlı yeniyetmənin göz qapağında olduqca nadir tibbi hadisə aşkarlanıb. xəbər verir ki, yeniyetmə təxminən bir ay davam edən, ağrı verməyən sol üst göz qapağındakı şişkinlik səbəbindən həkimə müraciət edib. Müayinə zamanı həkimlər iki sərt, ağ çıxıntı görüblər. Kompüter tomoqrafiyası həmi

4 oktyabr
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

4 oktyabr
.

KİV: Rusiyada Tu-95MS-in qəzaya uğraması nəticəsində 8 zabit ölüb

Rusiyanın Amur vilayətində sentyabrın 29-da qəzaya uğrayan Tu-95MS strateji bombardmançı-raketdaşıyan təyyarəsinin göyərtəsində ölən səkkiz zabitin bəziləri Ukraynaya raket zərbələrinin təşkili və metodiki təminatında iştirak edib. Bu barədə "Mediazona" məlumat yayıb. Məlumata görə, təyyarəd

5 oktyabr
.

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd

4 oktyabr
.

BBC-də 2 minə qədər iş yeri ixtisar edilə bilər

BBC-də işçi ixtisarları ilə bağlı proses davam edir. The Guardian-a istinadən xəbər verir ki, yayım korporasiyasında ümumilikdə 2 minə qədər iş yerinin ləğv edilə biləcəyi açıqlanıb. İşçilər isə 2027-ci ildə əlavə ixtisarların ola biləcəyindən narahatdırlar. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

5 oktyabr
.

İspaniyada növbədənkənar seçki elan edildi

İspaniyanın baş naziri Pedro Sançes parlamentdə mənzil böhranının qarşısını almaq məqsədilə hazırlanan təcili qanunvericilik paketinin qəbul edilməməsindən sonra növbədənkənar seçki elan edib. The Guardian-a istinadən xəbər verir ki, səsvermənin 29 noyabrda keçirilməsi planlaşdırılır. Məlumata görə

5 oktyabr
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

4 oktyabr
.

Eritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi

Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə

4 oktyabr
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

4 oktyabr