Tbilisidə azərbaycanlı sahibkarı güllələyən şəxsə ittiham irəli sürülüb
Gürcüstanın Baş Prokurorluğu paytaxt Tbilisi ərazisində fəaliyyət göstərən "Lilo Mall"da etnik azərbaycanlı iş adamına silahlı hücum edən şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd, həmçinin odlu silahların qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasını nəzərdə tutan maddələri ilə ittiham irəli sürüb.
Bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində müttəhimin avqustun 3-də, "Lilo Mall" MMC-də odlu silahdan bir neçə əl atəş açaraq qurbanını yaraladığı müəyyən edilib. Əlavə olunub ki, yaralı xəstəxanaya çatdırılıb və əməliyyat edilib.
Nəzərə çatdırılıb ki, hüquq mühafizə orqanlarının əməkdaşları müttəhimi hadisə baş verən gün saxlayıblar. Ona qarşı irəli sürülən ittihamlar üzrə 10 ildən 15 ilədək həbs cəzasının nəzərdə tutulduğu qeyd olunub.
Faktla bağlı araşdırmaların davam etdirildiyi bildirilib.
Xatırladaq ki, avqustun 3-də baş vermiş silahlı hücum zamanı etnik azərbaycanlı iş adamı Roman İsayev başından güllə yarası alıb.
APA
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 782 Tarix: 06 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran bu ölkədən təzminat tələb edir
Tehran İran gəmisində insidenlə bağlı Kiyevin bəhanələrini qəbul etmir və kompensasiya almaq niyyətindədir. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib. O, vurğulayıb ki, əgər Ukrayna hücum nəticəsində dəyən ziyanı ödəməsə, İran cavab tədbirləri görəcək. "Ukrayn
10 avqustİki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr
Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geni
11 avqustAvropa İttifaqı Rusiyadan qaz idxalını yenidən artırıb
Avropanın Rusiya enerji təchizatından asılılığını azaltmaq səylərinə baxmayaraq, Aİ-nin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalı yenidən artıb. xəbər verir ki, Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatlarına görə, iyun ayında Aİ ölkələri Rusiyadan bir il əvvəlkindən 14% daha çox mayeləşdirilmi
10 avqustPrezident ordunu ayağa qaldırdı - Fövqəladə vəziyyət elan olundu
Kolumbiyada baş verən dəhşətli zəlzələdən sonra ölkə miqyasında milli fəlakət vəziyyəti elan edilib. "Qafqazinfo" "Caracol" televiziya kanalına istinadən xəbər verir ki, bu barədə qərar dövlət rəhbərliyi tərəfindən qəbul olunub. Prezident Abelardo de la Espriella keçirilən təcil
11 avqustFransada restorana tez gedən cütlük lotereyada 10 milyon avro qazandı
Fransanın Dordon bölgəsində yaşayan ailə cütlüyü təsadüfən "Lotto" lotereyasında 10 milyon avro məbləğində böyük uduş əldə edib. xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb. Bildirilib ki, onlar restorana təyin olunmuş vaxtdan 20 dəqiqə əvvəl gəliblər və vaxt öldürmək üçün qonşu köşkdə
10 avqustTesla ABŞ-da 20 mindən çox avtomobili geri çağıracaq
Amerika avtomobil istehsalçısı Tesla, ABŞ-da həddindən artıq parlaq yaxın işıq faralarına görə 20.349 avtomobili geri çağırır. xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyas məlumat verib. Geri çağırış bəzi Tesla Model 3 və Model Y avtomobillərinə təsir göstərir. Artan farala
11 avqustGüclü zəlzələdə ölənlərin sayı 254-ə çatdı
Kolumbiyada baş verən 7,4 bal gücündə güclü zəlzələ genişmiqyaslı dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 254-ə çatıb, minlərlə insanın taleyi isə hələlik məlum deyil. "Qafqazinfo" xəbər verir ki, avqustun 10-da ölkənin qərbində baş verən zəlzələ Pereira, Kali, Manisale
12 avqust