Rəşad Sadıqov: "Qarabağ"a qarşı oyunlarda həmişə qəribə hisslər olur"
"Qarabağ"a qarşı oyunlarda həmişə qəribə hisslər olur".
Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının I tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis hələ ideal formadan uzaq olduqlarını bildirib: "Əlbəttə ki, "Qarabağ"la ilk oyunda səfərdə qarşılaşmaq istəməzdik. Bu dəfə uğurlu alındı. Birinci hissədə daha inamlı idik. Bizim hesabı açmağımızdan sonra "Qarabağ"da dəyişikliklər oldu, rəqib hücuma atıldı. Daha çox mübarizə aparıb, əks-hücumda rəqibi gözləyirdik. Narahatlıq var idi ki, 70-ci dəqiqədən sonra çatdırmarıq. 4-5 turdan sonra ideal fiziki formada olacağıq. Oyunçularım bu gün xarakter göstərdilər".
O, "Zirə"nin "Qarabağ" üzərində qazandığı ilk qələbəsinin xüsusi hisslər yaratdığını söyləyib: "Xüsusi hiss var, amma qarışıqdır. Uzun illər "Qarabağ"da oynamışam. Təbii ki, bu komandaya qarşı oyunlar mənim üçün həssas olur. Aşırı şəkildə sevinc yoxdur. Biz yaxınıq, münasibətlərimiz hamıya bəllidir. Amma hər zaman ədaləti qoruyub-saxlamağa çalışırıq".
Baş məşqçinin sözlərinə görə, transfer çalışmalarını davam etdirirlər: "1-2 oyunçu gətirmək istəyirik. Hazırda bir neçəsi ilə danışırıq. Ancaq irəliləyiş yoxdur. Alınmasa belə, bu heyətlə davam edəcəyik. Komandadan razıyam, sadəcə, heyəti genişləndirmək istəyirik. Toplanış zamanı iki hücumameyilli oyunçu zədələndi. Rəhim Sadıxov da zədələnib. Onu daha çox sol cinahda oynadacağıq. Eldar Quliyevə o mövqedə şans verdik. Hücum xəttində oyunçuya ehtiyac var".
Rəşad Sadıqov yayda "Qəbələ"dən keçən braziliyalı müdafiəçi Ruan Renato barədə xoş sözlər işlədib: "Ruanın liderlik keyfiyyətini görürdüm. Bu, 100 futbolçudan birində olur. Ruan məşqdə, oyunda futbolçuları motivasiya etməyi bacarır. Bu da effektini göstərir".
"Zirə"nin baş məşqçisi gərgin mövsüm gözlədiyini sözlərinə əlavə edib: "Hamımız düşünürük ki, son illərin ən gərgin mövsümü olacaq. İlk turlar da bunu göstərir. Məncə, hamı üçün maraqlı olacaq. İstərdim ki, proseslər ədalətli şəkildə getsin. Hakimlərin boynuna böyük yük düşəcək. Gərginliyi yatızdırıb, oyunu ədalətli idarə etməlidirlər. İşləri asan olmayacaq".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 823 Tarix: 06 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək
14 oktyabrBakıda konkur üzrə "Omar" kuboku keçirilib
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib. Bu barədə -a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayış
12 oktyabr"Sabah" Bakıda ilk ÇL matçına çıxır
"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy
13 oktyabr"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca
20 oktyabrAsif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb
"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Bölgə təmsilçisinin kapitanı VII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb
19 oktyabrCanni İnfantino Bakıda - Video
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə
24 oktyabr"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb
Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"
22 oktyabr"Qalatasaray" - "Fənərbağça" derbisinin baş hakimi bəlli oldu
Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi müəyyənləşib. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq qarşılaşmanı FIFA referisi Atilla Karaoğla
22 oktyabrAFFA 6 komandaya texniki məğlubiyyət verib
AFFA-nın U-13, U-11 və U-10 liqalarında baş tutmayan və yarımçıq dayandırılan oyunlara görə 6 komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. U-13 Liqasında oktyabrın 10-na planlaşdırılan "Gəncə" - "Offside"
16 oktyabr