Ronaldonun Bakıya gəlməsi xəbərinə aydınlıq gətirildi - AÇIQLAMA - YENİLƏNİB

Ronaldonun Bakıya gəlməsi xəbərinə aydınlıq gətirildi - AÇIQLAMA - YENİLƏNİBPortuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Azərbaycana gəlməsi xəbərinə münasibət bildirilib.

Sonxeber.az xəbər verir ki, bu barədə olke.az saytına açıqlama verən "WBC boks" konvensiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Gil Sanandros Kastelio yayılan xəbəri yalanlayıb. O, qeyd edib ki, ulduz futbolçunun beynəlxalq səviyyədə olan təbliğat işlərinə onların media komandası nəzarət edir:

"Ümumiyyətlə, bizim layihələrin sifarişi minimum altı ay öncədən müraciət əsasında təşkil olunur. İlkin danışıqlar gedir, sonda bizim tərəfimizdən ilk mərhələyə razılıq veriləndən sonra növbəti addımlar müzakirə olunur. Azərbaycandan isə bizə son illər heç bir müraciət daxil olmayıb. Tamamilə yalan məlumatdır".

10:12
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Azərbaycana gələcək.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edən 38 yaşlı hücumçu Bakıya səfər edəcək.

Ronaldo şirkətlərdən birinin reklam siması olacaq. Ulduz futbolçu ilə görüş və korporativ imza mərasiminin keçirilməsi planlaşdırılır. Artıq tərəflər bütün detalları razılaşdırıblar, müqavilə hazırlanıb.

Səfərin dəqiq tarixi hələlik açıqlanmır.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 4000   Tarix: 07 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO

Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq. Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün "Instagram" səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır

14 sentyabr 2021
.

DÇ-2022-nin seçmə mərhələsi: İtaliya və Almaniyadan darmadağın, İngiltərə qələbəni əldən verdi

Futbol üzrə 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti turun oyunları baş tutub. Bugün daha 5 qrupda 12 qarşılaşma keçirilib. İtaliya millisi Litva üzərində 5:0 hesablı qələbə qazanaraq ardıcıl məğlubiyyətsiz oyunların sayı üzrə dünya rekordunu yeniləyib. İrlandiyan

9 sentyabr 2021
.

Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald

15 sentyabr 2021
.

Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı

İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk

5 sentyabr 2021
.

Bekhemin futbolçu oğlu ilk peşəkar müqaviləsini imzalayıb

İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasında ilk peşəkar müqaviləsini imzalayıb. 19 yaşlı oyunçu ABŞ çempionatının üçüncü divizionunda çıxış edən "Fort Loderdeyl" klubuyla razılaşıb. Adıçəkilən kollektivin Devid Bekhemə məxsus olan və əsas birincilikd

6 sentyabr 2021
.

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTO

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı. Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir

5 sentyabr 2021
.

Paralimpiya bayrağı Parisə ötürüldü

Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd

5 sentyabr 2021
.

Azərbaycan idmançısı ermənini nokauta belə saldı - VİDEO

I MDB Oyunlarında tayboks idman növündə mübarizə başlayıb. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə erməni rəqibindən üstün olub. Ermənistandan olan Alen İsraelyana güclü zərbələr endirən Əsədzadə qələbəni 2 dəqiqə 36 saniyəyə təmin edib

6 sentyabr 2021
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə

5 sentyabr 2021