"İstiqlal" ordeni verilən Rasim Balayev: "Təbrik edən də sağ olsun, etməyən də"
"Sağ olsun Azərbaycan Prezidenti. Düzü, belə bir təltifi gözləmirdim. Sağ olsun Prezidentimiz ki, işinin çoxluğuna və gərginliyinə baxmayaraq, məni də diqqətdə saxlayıb. Mənim bu vaxtadək sərf elədiyim əməyimə verilən ən böyük mükafatlardan biri də İlham Əliyev tərəfindən bu gün "İstiqlal" ordeni ilə təltif edilməyimdir".
Bunu Bizim.Media-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O bildirib ki, ad günü sabah olsa da, artıq təbriklər bu gündən gəlməyə başlayıb:
"Heç kimdən ummuram, küsmürəm. Təbrik edən də sağ olsun, etməyən də. Mən ancaq ərk etdiyim yaxın dostlarımdan, əzizlərimdən umub-küsə bilərəm. Başqa heç kimdən".
Xalq artisti sabahkı yubileyini harada və kimlərlə keçirəcəyi ilə bağlı suala da aydınlıq gətirib:
"Vallah, elə bir tədbir planlaşdırmamışam. Yəqin ki, ailəlikcə yığışacağıq. Dost-tanışların da gələcəyi gözlənilir. Başqa bir planım yoxdur".
Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Sabah aktyorun 75 yaşı tamam olur.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 980 Tarix: 07 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr