İcma: "Ermənistanın BMT Təhlükəsizlik Şurasından qətnamə umması riyakarlığın bariz nümunəsidir"
"Ermənistanın BMT Təhlükəsizlik Şurasından qətnamə umması riyakarlığın bariz nümunəsidir".
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.
İcma Ermənistanın "humanitar böhran" şousu altında BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması və Azərbaycana qarşı qətnamə qəbul edilməsinə çalışması niyyəti ilə əlaqədar bildirib ki, 30 il ərzində Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymayan, hətta onlara istinad edilməsinə dözümsüz münasibət göstərən Ermənistanın indi Təhlükəsizlik Şurasından qətnamə umması riyakarlığın bariz nümunəsidir:
"Ermənistanın beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsində görməli olduğu iş öz ərazisindən qovduğu yüzminlərlə azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına imkan yaratmaqdır.
Qərbi Azərbaycan İcması Ermənistanın bu hərəkətini onun Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təhdid etməsi, daxili işlərinə kobud müdaxiləsi və 2022-ci ilin oktyabrında Praqa və Soçi, 2023-cü ilin iyulunda Brüssel bəyanatlarında yer almış suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması müddəasından geri çəkilməsi kimi qiymətləndirir və Ermənistanı regionda vəziyyəti qəsdən gərginləşdirən əməllərə son qoymağa çağırır".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 720 Tarix: 12 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr