Qərbi Azərbaycan İcması erməni siyasətçinin əsassız açıqlamaları ilə bağlı bəyanat yaydı

Qərbi Azərbaycan İcması erməni siyasətçinin əsassız açıqlamaları ilə bağlı bəyanat yaydıQərbi Azərbaycan İcması Vətən müharibəsindən sonra bir ara Ermənistanın baş naziri olmaq niyyətinə düşən, 2021-ci ildə seçkilərdə cəmi bir faiz səs toplamış, həmin il Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı bir nəfərdən ibarət "möhtəşəm" aksiya təşkil etmiş, daha sonra Xarici İşlər Nazirliyinin səfiri təyin edilmiş Edmon Marukyanın Azərbaycanla bağlı davamlı xarakter alan və son vaxtlar "aclıq", "etnik təmizləmə", "soyqırımı" kimi ifadələrin yer aldığı gülünc açıqlamaları ilə əlaqədar bəyanat yayıb.

İcmadan verilən məlumata görə, 30 il ərzində işğal, etnik təmizləmə, yüz minlərlə azərbaycanlının dədə-baba yurdlarından qovulması, "məğlubedilməz erməni ordusu" ilə qürrələnən erməni siyasətçilərin, diplomatların Vətən müharibəsindən sonra "timsah göz yaşları" axıtması istehza doğurur.

"E.Marukyana xatırladırıq ki, məhz onun ölkəsi 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayıb, hətta sanki "belə qətnamələr mövcud olmayıb" yanaşmasından çıxış edib. İndi Ermənistanın və E.Marukyanın Təhlükəsizlik Şurasının mərhəmətinə bel bağlaması riyakarlıqdan başqa bir şey deyildir.
Qərbi Azərbaycan İcması E.Marukyana xatırladır ki, o, başqa ölkənin suverenliyini, ərazi bütövlüyünü hədəf alan, danışıqlar prosesini dağıdan açıqlamalar verməməli, əksinə, öz ölkəsinə aid məsələlərlə məşğul olmalı və bu xüsusda, rəsmi İrəvanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı üçün icma ilə dialoqa təşviq etməlidir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 917   Tarix: 13 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr