Cəlbedici və dadlı olsa da, təhlükəlidir - ARAŞDIRMA

Cəlbedici və dadlı olsa da, təhlükəlidir - ARAŞDIRMABir çoxumuzun ən sevdiyi qidalardan biri də qaynadılmış qarğıdalıdır. Bəzən küçədə, yol kənarında əlüstü də atışdırırıq. Lakin ekspertlər deyirlər ki, küçədə satılan qarğıdalıları yemək sağlamlığımıza zərər verə bilər.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Qarğıdalı, qarğıdalı, təzə bişmiş sütül qarğıdalı..." Bu çağırış yəqin hamınıza tanışdır. Hər birimiz həyatımızda bir dəfə də olsa, küçədə bu səsləri eşitmişik. Yay mövsümünün gəlişi ilə küçədə bu çağırışlar başlayır. Böyük qazanlar yol kənarına düzülür. İnsanların gur olduğu ərazilərdə bu mənzərəni daha çox görmək mümkündür. Rayonlara səyahət edəndə də bu qazanlarla qarşılaşırıq. Yol boyu düzülmüş iri qazanlar, içi də qarğıdalı dolu. Qarğıdalı bir çoxumuzun sevdiyi qidadır. Bəs sevdiyimiz qidanın küçədə, yollarda bu şəkildə satılması nə dərəcədə doğrudur? Bu dadlı təamın arxasında görmədiyimiz və bilmədiyimiz məqamlar da var. Bəzən bu qazanların heç qapağı da olmur. Yol kənarında çalışan satıcılar növbəti gün qarğıdalını qaynadarkən bəzən suyunu da dəyişmirlər.

Küçədən alınma qarğıdalı yeməyin

Terapevt Fəxriyyə Əhmədova deyir ki, insanlar qarğıdalını evdə özləri bişirib yesələr daha zərərsiz olar:

"Küçələrdə qida məhsullarının satılması, ümumiyyətlə gigiyenik cəhətdən düzgün deyil. Çünki belə vəziyyətdə müxtəlif rotavirus, həmçinin qida toksiki infeksiyaları çox sürətlə yayıla bilir. Son günlər ishal, ürəkbulanma, qusma ilə bağlı şikayətlər xeyli artıb. İnsanlardan tələb olunur ki, özləri gigiyenik qaydalara əməl etsinlər, küçələrdən heç bir qida məhsulu alıb yeməsinlər. Heç kim zəmanət verə bilməz ki, insanlar belə yerlərdən hansısa xəstəliklər tuta bilməz. Ciddi fəsadları, zəhərlənmələrə yol açması mümkündür. Ona görə də, insanlar qarğıdalını alıb ev şəraitində özləri də hazırlaya bilərlər. Məsləhət görərdim ki, küçədən alınma qarğıdalı yeməsinlər".

İnsanlar özləri məsuliyyətli olmalıdırlar

Mütəxəssisin sözlərinə görə, çöldə bişən qarğıdalının keyfiyyətinə heç kim zəmanət verə bilməz:

"Ümumiyyətlə, nəzarət olunmalı, belə halların qarşısı sanitar epidemioloji stansiyalar, müxtəlif orqanlar tərəfindən alınmalıdır. Amma insanların da məsuliyyətli olması çox vacibdir. İnsanlar özləri məsuliyyət daşımasalar, heç bir inzibati qayda bizi qoruya bilməz. Bilinmir ki, o qarğıdalı nə vaxt, hansı şəraitdə bişirilib. Bəlkə də dünən, yaxud bir gün əvvəl bişirilən qarğıdalı təkrar atılıb qaynadılır və insanlara satılır".

Virus və bakteriyalar suya qarışır

Qida məsələləri üzrə ekspert Ağa Salamov bildirdi ki, küçədə bişirilən həmin qarğıdalılar bir çox infeksiyalara və bakteriyalara məruz qala bilərlər:

"Qarğıdalı istehlak edən insanlar allergik reaksiyaları olmayan insanlar olmalıdır. Məsələn, kiminsə astma xəstəliyi, yaxud bronxlarında hər hansısa problemləri varsa, o insanların qarğıdalıdan uzaq durması daha məqsədəuyğundur. Küçədə satılan qarğıdalılar bir dəfə qaynadılır və saatlarla həmin suyun içində qalır. Hava-damcı yolu ilə gələn bütün virus və bakteriyalar da həmin suya hopur. Küçədə maşınların hərəkəti, insanların təması və s. kimi amillərlə hava-damcı yolu ilə həmin qarğıdalılara hər hansısa bakteriya və virusun hopması ehtimalı yüksəkdir".

Bişmiş qarğıdalı alarkən nələrə diqqət etməli?

Ekspertin fikrincə, əksər hallarda qarğıdalının suyunun rəngi onun nə dərəcədə təmiz və yeni olmasından xəbər verir:

"İnsanların qarğıdalını özlərinin evdə bişirib yemələri daha məqsədəuyğundur. Yox, əgər küçədən alacaqlarsa, baxsınlar ki, təzə və istehlaka yararlı vəziyyətdə olsun. Qarğıdalının tərkibində nişasta var. Ona görə suda çox qalanda su bulanıqlaşır. Əgər yol kənarındakı qazanlarda su bulanıqdırsa, bu, satılan qarğıdalının köhnə olduğunu göstərir. Deməli, qarğıdalı çoxdan bişib ki, su bu qədər bulanıb. Köhnə qarğıdalıdan da uzaq durmaq lazımdır".

Sevdiyimiz qidanın yaratdığı xəstəliklər

A.Salamov qeyd etdi ki, qarğıdalı bir sıra xəstəliklərə də səbəb ola bilər:

"Qida intoleransı - ürək bulanması, ishal və s. hallar da mümkündür. Allergiya da ona görə baş verir ki, qarğıdalının tərkibində rahat həzm olunmayan zülallar var. Bu zülallar həzm olunmadığına, mədədə inteqrans yaratdığına görə müəyyən qaşıntı və təngnəfəslik və s. yaradır. Bu, xüsusilə də allergik xəstələrə, astma xəstələrinə aiddir. Həmçinin, qarğıdalını çox yemək olmaz. Çox yeyəndə insanların mədə-bağırsaq sistemi pozulur. Mütəmadi olaraq qarğıdalı yeyən insanlarda pellaqra xəstəliyi, vitamin çatışmazlığı ortaya çıxır. Bu da qarğıdalının tərkibində niasin və amin turşularının olmaması ilə əlaqədardır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1032   Tarix: 13 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021