Abdin Fərzəliyevin Abşeronda tikinti biznesi: Nurlan və Şahlar Həsənovların Masazır əməliyyatı

Abdin Fərzəliyevin Abşeronda tikinti biznesi: Nurlan və Şahlar Həsənovların Masazır əməliyyatıAbdin Fərzəliyev Abşerona icra başçısı təyin olunanda rayon sakinlərinin ümüdü çox böyük idi. İnsanlar fikirləşirlərdi ki, Abdin Fərzəliyev rüşvətin, korrupsiyanın qarşısını birbaşa alacaq. Amma təəssüf olsun ki,özbaşınalıq olacağı təbii ki, real görünür – mütləq və təkzibolunmazdır ki, bu şəbəkənin arxasında daha böyük fiqurlar var və onlar ölkə qanunlarına hörmətsizlik hesabına varlanmaqdadırlar. İlk günlər Abşeron icra hakimiyyəti rayon ərazisində aparılan tikinti işlərinin müəyyən vaxta qədər dayandırılmasını tikintilərin təftişi ilə əlaqəli olduğu bildirilirdi. Amma cumhuriyyet.az-a daxil olan məlumatlardan belə anlaşılır ki, İcra Hakimiyyətinin bu qadağasının arxasında qiymət artımı dayanırmış. Məlumata görə artıq Abşeron rayonunda tikinti işləri bərpa olunub. Qeyd edilir ki, Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət və "icazə" almaq məsələləri icra başçısı Abdin Fərzəliyevin "qara kassası" kimi tanınan Nurlan Həsənova həvalə edilib.

Qiymətlər qalxdı, Nurlan Həsənov iş başına keçdi

Tikintiyə "icazə" qiymətinin qalxdığı və inşaat işləri ilə məşğul olan şəxslərin buna görə narazılıq etdiyi deyilir. Bildirək ki, Nurlan Həsənov Nərimonov rayon icra hakimiyyətində İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. Abdin Fərzəliyev Abşeron rayon icra başçısı təyin edildikdən sonra Nurlan Həsənov Abşeron RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Amma onun əsas işi bundan sonra Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və "icazə" işlərini həll eləməkdən ibarətdir. Abşeron rayonunda torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır. Ona görə ev tikmək qanunla qadağandır. Amma cumhuriyyet.az-a daxil olan məlumatlara görə, Abşeronun icra başçısının nümayəndələri həmin torpağın üstündə tikinti aparmaq üçün rüşvət alırlar. Bu prosesdə Fərzəliyevin "sağ əli" onun müavini, həmçinin "qara kassası" sayılan Nurlan Həsənov rəhbərlik edir.

Şahlar Həsənovun Masazır missiyası

Abşeron rayonunun Masazır qəsəbəsi son beş ildə ən çox qanunsuz yaşayış evləri və obeyktləri tikilən ərazilərdən biridir. Keçmiş icra başçısı İradə Gülməmmədovanın vaxtında qəsəbədə tikinti bumu demək olar ki, özünün ən pik nöqtəsinə çatmışdı. Hazırda tikinti matreallarının bahalaşması və alıcılıq qabiliyyətinin düşməsi səbəbindən Masazırda tikinti sahəsində azalma müşahidə olunur. Buna baxmayaraq, yenə də qəsəbənin müxtəlif ərazilərində dayanmadan tikinti işləri davam etdirilir. Hazırda Abşeron rayonunun müxtəlif yerlərində, həmçinin Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir. Bu qanunsuz tikililirən başında isə rayon İcra Hakimiyyəti və onun yerlərdəki icra nümyəndələri dayanır. Abdin Fərzəliyev Abşeron icra başçısı təyin edildikdən sonra rayonun qəsəbələrindəki bir çox ərazi icra nümayəndəsi dəyişdirilsə də, Masazır icra nümayəndəsi Şahlar Həsənov hələ də öz işini davam etdirir. Masazır qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda belə sənədsiz evlərin tikintisinin açıq şəkildə davam etdirməsi ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, bu tikililər qəsəbədə ev alqı-satqısı biznesi ilə məşğul olan maklerlər tərəfindən həyata keçirilir. Sənədsiz evlərin tikintisinə qəsəbə icra nümayəndəsi Şahlar Həsənovun nəzarət etdiyini və ev biznesi ilə məşğul olan maklerlərlə İcra Hakimiyyəti arasında "icazə məsələsini" Şahlar Həsənovun həyata keçirdiyini bildirmişdik.

Gölü qurudub torpağı satırlar…

Bu günlərdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən zibilli göl deyilən ərazinin doldurularaq yerində sənədsiz evlərin tikilməsi ilə bağlı oxucularımıza məlumat vermişdik. Bildirmişdik ki, tikinti işlərini Elçin, Xəyal və Səyyab adlı maklerlər həyata keçirir. Ərazidəki gölü müxtəlif zibil vasitələri ilə dolduran maklerlər, tikinti üçün heç bir icazə sənədlərinin olmamasına baxmayaraq, tikinti işlərini rahat şəkildə davam etdirirlər. Əldə etdiyimiz məlumata görə göl adlanan ərazidə tikilən yüzlərlə həyət evinin tikintisinə "icazə" Abşeron rayon İcra Hakimiyyətindən verilib. Tikinti həyata keçirən maklerlərin hər ev üçün İcra Hakimiyyətinə sahə və hündürlüyündən asılı olaraq 2500-4000 manat arası vəsait ödədiyi bildirilir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, ərazidə tikilən yüzlərlə evlərdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xəbəri yoxdur. Yəni tikinti işləri Abşeron rayon icra Hakimiyyətinin "icazəsi" ilə gizli həhata keçirilir. Məlum anlaşma isə Masazır icra nümayəndəsi Şahlar Həsənovla əldə edilib ki, o da bu icazəni Nurlan Həsənovla məsləhətləşib./Cumhuriyyet.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1761   Tarix: 14 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021