Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 125 min manat necə və hara xərclənib?

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 125 min manat necə və hara xərclənib?Torpaqşünaslıq və Aqrokimya İnstitutu 2023-cü ilin avqust ayının 7-də sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Sonxeber.az xəbər verir ki, İnstitutun "Dəftərxana və təsərrüfat xərcləri" lotu üzrə keçirdiyi 24.905 manatlıq satınalmada "NUR TƏCHİZAT VƏ XİDMƏT" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

"NUR TƏCHİZAT VƏ XİDMƏT" MMC 2023-cü ilin may ayının 5-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Suraxanı rayonu, Hövsan qəsəbəsi Gənclik ev 7, mənzil 4 ünvanı, qanuni təmsilçisi isə Yusifzadə Nərmin Tahir qızıdır.

Nizamnamı kapitalı 2 manat olan "NUR TƏCHİZAT VƏ XİDMƏT" MMC-nin lisenziya və fəliyyət profilləri barədə heç bir məlumata rast gəlinmir.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 2022-ci ildə sifarişçi olduğu bəzi satınalmalarda şübhəli məqamlar yer alır.

İnstitutun keçirdiyi bu satınalmaların ümumi məbləği 125.391 manat təşkil edir.

Naməlum MMC necə qalib elan edilib?

Torpaqşünaslıq və Aqrokimya İnstitutu 2022-ci ilin sentyabr ayının 19-da "Dəftərxana və təsərrüfat xərcləri" lotu üzrə satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 24.799 manat, qalibi isə "OFFİCE GENİUS NM" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "OFFİCE GENİUS NM" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm ev 55, mənzil 48 ünvanı, qanuni təmsilçisi isə Quliyev Elnur Kamil oğludur. Nizamnamə kapitalı 5 manat olan "OFFİCE GENİUS NM" MMC-nin fəaliyyət profili, müvafiq lisenziyaları barədə məlumat yoxdur.

"Otkad" əməliyyatlarında adı çəkilən MMC qalib olub

Torpaqşünaslıq və Aqrokimya İnstitutu 2022-ci ilin oktyabr ayının 19-da daha iki lot üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmaların ümumi məbləği 28.265 manat olub. İnstitutun "İstehlak yönlü müxtəlif xidmətlər" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 14.940 manat, qalibi isə "GEONDA FM" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

İnstitutun həmin gün, yəni 2022-ci ilin oktyabr ayının 19-da yekun vurduğu smetası 13.325 manat olan "Mətbəə məhsulları üzrə xərclər" lotu üzrə keçirilən satınalmada da "GEONDA FM" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

"GEONDA FM" MMC 2022-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Səbail rayonu, Abbasqulu Abbaszadə ev 1/B, qanuni təmsilçisi Məhərrəmov Rövşən Baldadaş oğludur.

"GEONDA FM" MMC-nin fəaliyyət profili, lisenziyaları, faktiki ünvanı barədə açıq internet resurslarında heç bir məlumat yoxdur.

Əldə etdiyimiz məlumata görə şirkətin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baldadaş oğlu "proxy" şəxsdir. Belə ki, bu şəxsin adına 50-dən artıq MMC-nin rəsmiləşdirildiyi və bu MMC-lərin dövlət satınalmalarında qaranlıq əməliyyatlarda istifadə edildiyi bildirilir.

Daha bir satınalma - Daha bir şübhəli MMC

Torpaqşünaslıq və Aqrokimya İnstitutu 2022-ci ilin noyabr ayının 14-də "Abadlaşdırma xidmətləri haqqının ödənilməsi" lotu üzrə daha bir satınalmanı yekunlaşdırıb. Smetası 19.917 manat olan satınalmada "SƏMA 98 CORP" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

"SƏMA 98 CORP" MMC 2022-ci ilin iyun ayının 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev 30, mənzil 8 ünvanı, nizamnamə kapitalı isə 10 manatdır.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda abadlıq işləri aparacaq "SƏMA 98 CORP" MMC-nin işçi qüvvəsi, fəaliyyət profili, lisenziyaları, maddi-texniki bazası, faktiki ünvanı barədə məlumat yoxdur.

İlginc məqam isə "SƏMA 98 CORP" MMC-nin qanuni təmsilçisinin Torpaqşünaslıq və Aqrokimya İnstitutuna yad olmamasıdır. Belə ki, "SƏMA 98 CORP" MMC-nin qanuni təmsilçisi bir ay əvvəl İnstitutun keçirdiyi iki satınalmada qalib elan edilən "GEONDA FM" MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baldadaş oğludur.

Qeydiyyat tarixi və ünvan: Təsadüf, yoxsa maxinasiya labirinti?

Torpaqşünaslıq və Aqrokimya İnstitutu 2022-ci ilin noyabr ayının 29-da "Sair torpaq, tikili və avadanlıqların satın alınması" lotu üzrə daha bir satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 27.505 manat, qalibi isə "DELTA 10 LT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"DELTA 10 LT" MMC Torpaqşünaslıq və Aqrokimya İnstitutu 2022-ci ilin noyabr ayının 14-də "Abadlaşdırma xidmətləri haqqının ödənilməsi" lotu üzrə keçirdiyi satınalmada qalib elan edilən "SƏMA 98 CORP" MMC ilə eyni tarixdə - 2022-ci ilin iyun ayının 20-də dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Torpaqşünaslıq və Aqrokimya İnstitutu 2022-ci ilin noyabr ayının 14-də "Abadlaşdırma xidmətləri haqqının ödənilməsi" lotu üzrə keçirdiyi satınalmada qalib elan edilən "SƏMA 98 CORP" MMC-nin hüquqi ünvanı ilə eynidir - Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev 30, mənzil 8.

Bu şirkətin də qalib elan edilən digər təşkilatlar kimi fəaliyyət profili barədə məlumatlar yoxdur. Əld etdiyimiz məlumata görə "DELTA 10 LT" MMC-nin qanuni təmsilçisi Sultanova Vüsalə Vaqif qızının da "proxy" şəxs olduğu, adına da onlarla MMC təsis edildiyi, bu MMC-lərin dövlət satınalmalarında müxtəlif şəxslər tərəfindən istifadə edildiyi deyilir.

Qeyd edək ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru professor Əlövsət Quliyevdir./Qlobal.az
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 125 min manat necə və hara xərclənib?Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 125 min manat necə və hara xərclənib?Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 125 min manat necə və hara xərclənib?Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 125 min manat necə və hara xərclənib?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 973   Tarix: 14 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021