"Nikosayağı"nı hansı cəza gözləyir?
Xəbər verdiyimiz kimi, N. Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar. Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb. Məsələ ilə bağlı hüquqşünas Xəyal Bəşirov BiG.AZ-a açıqlama verib:
"Kimliyindən asılı olmayaraq nəqliyyat vasitəsilə ilə bağlı hadisələr zamanı şəxsin ölümü varsa, cinayət məcəlləsi ilə həmin şəxs barəsində 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözlənilir. Təbii ki, bu işin hallarından asılıdır. Əgər hadisə yerindən qaçıbsa yaxud içkili vəziyyətdə hadisəni törədibsə , ağırlaşdırıcı hallar mövcuddursa bu halda daha ağır cəzalar nəzərdə tutulub. Hər bir halda ölüm hadisəsinin olmasına görə, burada azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Azadlıqdan məhrumetmə cəzası 5 ilə qədər olacaqsa bir məsələni də diqqətə gətirmək istəyirik. Nəqliyyat hadisələrinin əksəriyyəti ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Ehtiyatsızlıqdan törədilmiş cinayət olduğuna görə, əgər 5 ilə qədər azadlıqdan məhrum olacaqsa, o zaman məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkməli olacaq. Amma hər bir halda nəqliyyat hadisəsi zamanı, həm digər şəxsin ölümü, həm də özünün xəsarət alması varsa, mütləq şəkildə cinayət işi açılmalıdır. Böyük ehtimalla artıq hadisə ilə bağlı cinayət işi açılıb. Sürət həddini aşması, qəza vəziyyətinin yaranmasının əsasları mövcuddur. Bu halda həmin şəxs barədə cinayət işi açılacaq. Cinayət işinin yekun nəticələri, məhkəməyə göndəriləcək. Onun barəsində məhkəmə araşdırması nəticəsində ehtimal olunur ki, 5 ilə qədər cəza müəyyən olunacaq. Şəxsin özüdə ağır xəsarət alıb. Ona görə də azadlıqdan məhrumetmə cəzası mütləq olmalıdır. Lakin, nə qədər cəza alacağı barədə məhkəmə qərar verəcəkdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4102 Tarix: 15 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021