AZAL-ın inhisar tələsi: Quru sərhədləri, dəmir yolları bağlı, təyyarə biletləri isə...
"Türkiyədə təhsil alan tələbələrə məsləhət görərdim ki, Xəzər dənizi ilə Qazaxıstana getsinlər, oradan da isə Türkiyəyə. Bu yol daha ucuz başa gəlir. Məsafə çox uzaq olsa da, qiymətlər iki dəfə ucuzdur".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib. Ekspert hesab edir ki, iqtisadiyyatda inhisarçı mövqedə olan sahibkarlıq subyekti fəaliyyət göstərirsə o həmin sahibkar inhisarçı olduğuna görə qiymətin bahalaşdırılmasında maraqlı olur:
"Dövriyyə nə vaxt artmağa başlayırsa, qiymətlər artır. Dövriyyə azalanda isə qiymətlər azalmır, sabitləşir. Azərbaycanda AZAL və ona bağlı olan digər şirkətlər bazarda inhisarçıdır. Onlar dövriyyənin, yəni biletlərə təlabatın artığını görüb qiymətləri artırırlar. Onsuz da onların rəqibi yoxdur, qiymətləri bahalaşdıranda heç bir rəqibə uduzmurlar".
Ekspertin fikrincə, rəqabətli bazarda vəziyyət fərqlidir. "Bu bazarda dövriyyə artdıqca sahibkarın gəliri də artır. Ona görə qiyməti aşağı salmaqla rəqiblə mübarizədə üstünlüyə malik olmaq imkanları yaranır. Ona görə də rəqabətli bazarda dövriyyə artanda sahibkar qiymətləri azaldır", deyə Akif Nəsirli vurğulayıb.
O, hesab edir ki, AZAL bazarda qiyməti diqtə edir: "Ona görə də qiyməti bahalaşdırır. Düzdür, bunun bir humanizm tərəfləri var, tələbədirlər, onlar bizim gələcəyimizdir. Tələbələrə güzəşt etmək lazımdır. AZAL-ın biznes maraqları humanist hisslərə üstün gəlir. Bunun yeganə yolu bu bazarı inhisardan xilas eləməkdir. AZAL-ı özəlləşdirmək lazımdır. Azərbaycana dünyanın digər beynəlxalq aviakompaniyalarını dəvət eləmək və onun inhisarçılığını aradan qaldırmaq lazımdır".
Ekspertin fikirincə, yalnız bundan sonra vəziyyət düzələ bilər: "Ermənistan-Türkiyə-Ermənistan biletinin qiyməti 311 manat, Bakı-İstanbul-Bakı qiyməti 822 manatdır. Gürcüstandan isə bu qiymətlər bir az da aşağıdır - 240 manatdır. Nə qədər böyük fərq edir. Bu fərqi yaradan isə yalnız rəqabətli mühitidir. Rəqabət mühitini yaratmasaq bu belə də davam edəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 10502 Tarix: 15 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021