"Veysəloğlu" qadınların karyera qurmalarına dəstək üçün təlimlərə başladı
Veysəloğlu Şirkətlər Qrupu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlığı çərçivəsində regionlarda yaşayan işsiz qadınlar üçün təlimlərə başlayıb.
Artıq Xəzər rayonunda ilk təlim baş tutub. Təlim proqramı Şirkətlər Qrupuna daxil olan "OBA" marketlər şəbəkəsinin "Qadının gücü" layihəsi əsasında təşkil olunub. Xəzər rayonu ərazisində yaşayan 10-dan çox işsiz qadına "OBA" əməkdaşları tərəfindən "Satış və merçendayzinq", "Müştəri məmnuniyyəti" və "Korporativ yazışma qaydaları" mövzuları əsasında təlimlər keçirilib.
Tədbirin nəticəsində işsiz qadınlar marketdə karyera ilə bağlı ilkin məlumatlara yiyələniblər.Daha sonra "OBA" marketlər şəbəkəsi tərəfindən şirkətdə çalışmaq istəyən qadınlar üçün işəqəbul prosesi həyata keçirilib.
Təlimdə iştirak edən qadınlardan bir çoxu "OBA"da uyğun vakansiyalarda çalışmaq üçün müraciət ediblər.
Veysəloğlu Şirkətlər Qrupu olaraq ötən ildən etibarən "Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması" (WEPs) layihəsinə qoşulmuşuq və qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstək olmaq öhdəliyi götürüb.
"OBA" marketlər şəbəkəsi sosial məsuliyyət layihələrinə xüsusi diqqət ayırır. Bu layihələr sırasında "Qadının gücü" böyük önəm kəsb edir. Layihə qadınların vakansiyalara uyğun olaraq seminar və təlimlərlə maarifləndirilməsini və iş həyatına adaptasiyasını hədəfləyir.
Təlimlərin avqust-sentyabr ayları ərzində ölkəmizin bir neçə regionunda təşkil edilməsi nəzərdə tutulur.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1370 Tarix: 15 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021