"Lerik Broyler" MMC ilə bağlı yayılan xəbərlər, görüntülər saxtadır və heç bir əsası yoxdur" - İqbal Məmmədov

"Lerik Broyler" MMC ilə bağlı yayılan xəbərlər, görüntülər saxtadır və heç bir əsası yoxdur" - İqbal Məmmədov"Bir neçə gündür ki, sosial şəbəkələrdə və reket saytlarda mənim və iş adamı olan qardaşım haqqında həqiqəti əks etdirməyən yalan məlumatlar yayilmaqdadır. Çox təəssuf ki, bu xəbərləri tirajlayan mətbuat orqanları istehsal prosesini görmədən vaxtilə orada işləmiş, dələduzluq etdiyinə görə işdən qovulan insanlarin paylaşmalarına istinad edərək iş adamınin işgüzar fəaliyyətinə xələl gətirən, yalan və əsası olmayan yazılar dərc etməklə ictimaiyyəti çaşdırmağa çalışırlar".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, Lerik rayonunda 200 nəfərə qədər işçinin olduğu, illik 5000 ton istehsal gücü olan ən müasir istehsal modelləri ilə təmin olunan quş əti istehsal edən "Lerik Broyler" MMC fəaliyyət göstərir. Bu "Lerik Broyler" MMC Lerik rayonunda dövlət dəstəyi ilə inşa edilən yeganə böyuk müəssisədir. Müəssisənin inşasından bu günə kimi bütün fəaliyətini dərindən bilən şəxs olaraq realığı sizə bildirirməyi özümə borc bilirim və qardaşım Çingiz Məmmədovun adından istehsal prosesini öz gözləri ilə görməkdən ötrü jurnalistləri müəssisəyə dəvət edirəm.

Sosial şəbəkədə yayılan görüntülər 10 il qabaq çəkilmiş bu saxta video qırmızı rənglə montaj olunub.
"Lerik Broyler" MMC ilə bağlı yayılan xəbərlər, görüntülər saxtadır və heç bir əsası yoxdur" - İqbal MəmmədovReal görüntü isə 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən növbəti yoxlama zamanı çəkilmiş qrunt sularının borulardan axan şəkildir.

"Lerik Broyler" MMC ilə bağlı yayılan xəbərlər, görüntülər saxtadır və heç bir əsası yoxdur" - İqbal MəmmədovYazılanların əksinə olaraq bildirmək istəyirəm ki, zavodun bütün bölümlərində əmələ gələn tullantılar atqı hovuzuna axıdılır və buradan da xüsusi pompalar vasitəsi ilə ekologiyaya zərər vurmadan Azərbaycanda ilk olaraq "Lerik Broyler" MMC tərəfindən idxal olunmuş ən yeni texnologiya ilə quraşdırılmış rendrinq sexinə ötürülür.

"Lerik Broyler" MMC-yə məxsus kəsim zavodunun istehsalat prosesində yaranan qan, qan vannasından xüsusi pompa vasitəsi ilə paslanmaz çənə yığılır. Yığılmış qan, xüsusi pompalar vasitəsilə rendrinq sexinin bişirmə qazanına ötürülür.

Kəsim zavodunun tullantıları (toyuq başı, ayağı, tükü, içalatı və istifadə edilmiş su) xüsusi pompa vasitəsiylə rendring sexinin separatorunan keçirilərək xüsusi rezervuara (70 ton tutumu olan bunkerə), oradan isə helezonlar vasitəsi ilə bişirmə qazanına ötürülür (5 ton tutumlu). Rendring sexinin bişirmə qazanında yüksək təzyiq (6 bar) və temperatur (860 dərəcə) altında tulantılar və qan qarışdırılıb bişirilərək un halına gətirilir. Kəsim zamanı istifadə olunmuş su və orqanik maddələrin tərkibində olan su yüksək temperatur nəticəsində buxalanır.

Hazır olunmuş un məhsulu öncə qarışdırıcı bunkerə, sonra helezon vasitəsiylə metal detektordan keçirilir və sonra pres qurğusuna ötürülür. Müasir texnologiyalar əsasında istehsal prosesindən keçərək alınmış məhsulu xüsusi presdə sıxılaraq yağı çıxarılır və sonda toyuq yağı və toyuq unu əldə olunur. Yağdan ayrılmış un helezon vasitəsiylə soyuducuya ötürülür. Soyuducuda tempetatur aşağı salınanan sonra helezon vasitəsiylə qırıcı dəyirmana ötürülür. Qırıcı dəyirmanan keçmiş unhelezon vasitəsiylə torbalama bunkerinə ötürülür. Torbalanmış un və əldə edilmiş yağ, balıq yemi istehsalında yüksək proteinli məhsul kimi istifadə olunur.

Bişirmə prosesindən yaranan buxar, əmələ gələ biləcək iy və qoxunun qarşısının alınması üçün xüsusi kompresorlar vasitəsi ilə çox pilləli atsorbentlərdən keçirilir.

İstehsalda istifadə olunan buxar ilk öncə siklon tankından keçir, ordan isə 2 ədəd soyuducu kondisionerdən və atsorbenlərdən keçirilir. Bu proses vasitəsi ilə buxardan alınmış suyun içində olan qoxu neytralaşdırılır. Su borusu vasitəsiylə 3 ədəd çökdürücü şambodan keçir.

Ərazini qorumaq məqsədiylə kəsim sexinin ətrafında drenaj sistemi də quraşdırılıb. Drenaj sistemi vasitəsi ilə kənd ərazisində olan və kəsim sexi istiqamətində toplanan qrunt sular, kanallar və dərələrdən yığılıb boru vasitəsiylə çaya yönləndilir. Bildirmək istəyirik ki, sözü gedən borudan çıxan suyun həmin müəssisəsin Kəsim sexinin istehsalatına heç bir aidiyyəti yoxdur.

Bütün bunları yazmaqda əsas məqsədimiz Lerikdə yerləşən toyiq kəsimi zavodunun ekologiyamıza heç bir mənfi təsirinin olmamasını izah etməkdir. Ekologiyamızı qorumaq hər birimizin borucudur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4991   Tarix: 15 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021