"Volt Azərbaycan"la bağlı qərar ictimai iaşə sektoruna necə təsir edəcək?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Volt Azərbaycan" MMC ilə bağlı son qərarı geniş ictimai müzakirələrə səbəb olub.
Agentliyin qərarının xüsusilə ictimai iaşə sektoruna - restoran və kafe biznesinə təsirsiz ötüşməyəcəyi bildirilir.
"Report" mümkün gözləntilərlə bağlı "Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Samir Dübəndi ilə həmsöhbət olub.
Ekspertin fikrincə, "Wolt"un Azərbaycanda fəaliyyətinin məhdudlaşdırılması minlərlə insana - iş adamlarına, kuryerlərə, çatdırılma xidmətindən istifadə edən xarici və yerli vətəndaşlara böyük zərbə ola bilər:
"Yaxşı olardı ki, şirkətin fəaliyyətini dayandırmaq əvəzinə onunla maarifləndirmə işi aparılardı. İndi ki, bu qərar verilib, onda çatdırılma sahəsində yeni şirkətlərin yaradılması stimullaşdırılmalıdır".
S.Dübəndi deyir ki, "Wolt"un Azərbaycanda fəaliyyətinin genişlənməsi koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf edib:
"Bu da təəccüblü deyil, həmin dövrdə çatdırılma xidmətinə ehtiyac olduqca artmışdı. Hesablamalarımıza görə, hazırda şirkət təxminən üç min kuryerlə, 300-dən artıq ictimai iaşə və parakəndə satış obyektləri ilə əməkdaşlıq edir. Son vaxtlar onun ərtafında qalmaqallı məlumatlar dolaşır, şirkət inhisarçılıqda ittiham edilir, AQTA isə bəyan edib ki, şirkət qida təhlükəsizliyi tələblərinə əməl etmir və istehlakçıların hüquqlarını pozur. Təbii ki, bu qaydaları pozan şirkətlərə xəbərdarlıq edilməli, yeri gəlsə, onlar qanunvericilikdə nəzərdə tutulmuş qadada cərimə olunmalı, bütün bunlardan sonra isə son tədbir kimi fəaliyyətləri dayandırılmalıdır. Çünki, qeyd etdiyim kimi, onların fəaliyyəti minlərlə insanı əhatə edir və bu amil qəbul edilən qərarlarda nəzərə alınmalıdır",
Xatırladaq ki, "Wolt" 2014-cü ildə Finlandiyanın paytaxtı Helsinkidə yaradılıb, hazırda 23 ölkədə, 120-dən çox şəhərdə fəaliyyət göstərir. Şirkətin 40 mindən artıq kuryerı var və onların işi 15 min restoranı əhatə edir. Azərbaycan bazarına "Wolt" 2019-cu ildən daxil olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1366 Tarix: 15 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021