Ərdoğan Orbanla hansı mövzuları müzakirə edib?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.
Bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
"Danışıqlarda Türkiyə-Macarıstan münasibətləri ilə yanaşı, Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlüyü məsələsi, regional və beynəlxalq problemlər də nəzərdən keçirilib", - deyə məlumatda bildirilir.
Görüşün digər detalları açıqlanmayıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstanın milli bayramı və yüngül atletika üzrə dünya çempionatı ilə bağlı tədbirlərdə iştirak etmək üçün Budapeştə səfərə gedib.
Səfər zamanı dövlət başçısını xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, gənclər və idman naziri Osman Aşkın Bak, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun, müşavir Akif Çağatay Kılıç və başqaları müşayiət edir.
Macarıstan tərəfi ilə görüşlər zamanı bütün səviyyələrdə ikitərəfli münasibətlərin müzakirəsi, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır.
Bundan əlavə, Prezident Ərdoğanın bayram və tədbirlərdə iştirak edəcək həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 771 Tarix: 20 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə ölü tapılan müəllimin səs yazısı tapıldı - VİDEO
Türkiyənin Ağrı şəhərində gənc müəllimin şübhəli şəkildə həyatını itirməsi ictimaiyyətdə böyük rezonans doğurub. -ın Türkiyə mediasına istinadən məlumatına görə, həyatının baharında vəfat edən İrmak Ayşe Koparanın səs yazısının ortaya çıxması hadisəyə dair yeni iddiaları gündəmə gətirib. İddialara əsasən
13 iyunAİ Ukrayna və Moldova ilə danışıqların başlamasını razılaşdırıb
Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna və Moldova ilə Aİ-yə üzvlük üzrə danışıqların birinci klasterinin açılmasını razılaşdırıb. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin birgə bəyanatında bildirilib
14 iyunNiderlandda polis iğtişaşların 7 iştirakçısını saxlayıb
Niderlandın Veyk-bey-Durstede şəhərində sığınacaq üçün müraciət edənlərə qarşı etiraz aksiyasının 7 iştirakçısı saxlanılıb. "Report"un məlumatına görə, bu barədə Niderlandın NOS portalı xəbər verir. Ötən gecə ratuşa binası qarşısında keçirilən dinc etiraz aksiyası iğtişaşlara çevrilib. Ratuşanı
13 iyunBöyük Britaniyanın yeni təhlükəsizlik naziri MƏLUM OLDU
Böyük Britaniyada müdafiə naziri təyin edilən Den Jarvisin yerinə təhlükəsizlik məsələləri üzrə yeni nazir təyin edilib. xəbər verir ki, müvafiq qərar dövlət fərmanında öz əksini tapıb. Təhlükəsizlik məsələləri üzrə nazir vəzifəsini Anjela İql icra edəcək. O bu postda bir müddət əvvəl ölkənin müdafi
13 iyunƏrdoğan Türkiyənin YENİ HƏDƏFİNİ AÇIQLADI
"Türkiyəni süni intellekt texnologiyaları üzrə qabaqcıl dövlətlər sırasına çıxaracaq yeni fəaliyyət planının indidən uğurlu olmasını diləyirəm". "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı qeyd edib ki, sün
13 iyun