Rusiya Ukraynanın iki yük gəmisini vurduğunu açıqladı

Rusiya Ukraynanın iki yük gəmisini vurduğunu açıqladıRusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus iki quru yük gəmisinin vurulduğunu açıqlayıb.

Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Moskvanın məlumatına görə, gəmilərdən biri hərbi texnika, digəri isə hərbi təyinatlı yüklər daşıyıb. Rusiya həmçinin Çornomorsk limanında yanacaq anbarlarına zərbə endirildiyini bildirib. Bu məlumatları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb. Bu hadisə Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın neft emalı zavodlarına hücumların artırılacağını bildirməsindən sonra Moskvanın zərbələri genişləndirəcəyi barədə xəbərdarlıqlarının fonunda baş verib.

Zelenski: ABŞ yeni danışıqlar təklif edib

Digər tərəfdən, Zelenski ABŞ-ın Rusiya və Ukrayna arasında oktyabrın sonunadək texniki səviyyədə üçtərəfli görüş keçirilməsini təklif etdiyini açıqlayıb. Ukrayna belə görüşə hazır olduğunu və BƏƏ-nin mümkün məkanlardan biri ola biləcəyini bildirib.

Almaniya Ukraynaya daha 1 milyard avro hərbi yardım ayırır

Almaniya kansleri Fridrix Mertsin Kiyevə səfəri zamanı Ukraynaya 1 milyard avro əlavə hərbi yardım, enerji infrastrukturunun bərpası üçün isə təxminən 350 milyon avro dəstək açıqlanıb. Səfər zamanı Kiyevdə Rusiya hücumlarının davam etdiyi bildirilib.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 158   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

4 oktyabr
.

Yəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı əməliyyata başladı

The Guardian yazır ki, Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti ölkədə husilərin nəzarətində olan bütün əraziləri geri almaq məqsədilə yeni hərbi əməliyyata başlayıb. Qərar husilərin Taiz şəhərini hökumətin nəzarətində olan Ədənlə birləşdirən mühüm təchizat yolunu kəsməsindən sonra açıqlanıb

5 oktyabr
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

4 oktyabr
.

Eritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi

Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə

4 oktyabr
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

4 oktyabr
.

G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq

"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg

4 oktyabr
.

İspaniyada növbədənkənar seçki elan edildi

İspaniyanın baş naziri Pedro Sançes parlamentdə mənzil böhranının qarşısını almaq məqsədilə hazırlanan təcili qanunvericilik paketinin qəbul edilməməsindən sonra növbədənkənar seçki elan edib. The Guardian-a istinadən xəbər verir ki, səsvermənin 29 noyabrda keçirilməsi planlaşdırılır. Məlumata görə

5 oktyabr
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

4 oktyabr
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

4 oktyabr