Güneyli fəal: "Dünya ictimaiyyəti Urmiya gölünün qurudulma təhlükəsinə biganə qalmamalıdır"

Güneyli fəal: "Dünya ictimaiyyəti Urmiya gölünün qurudulma təhlükəsinə biganə qalmamalıdır""Dünya ictimaiyyəti Urmuya gölünün qurudulma təhlükəsinə biganə qalmamalıdır".

Bunu "Report"un Ankara bürosuna açıqlamasında Almaniyada yaşayan Güney Azərbaycandan olan fəal, Berlində Azərbaycan Mədəniyyət və Ədədbiyyat Evinin müdiri, yazar Şərifə Cafəri bildirib.

Ş.Cafəri deyib ki, İranda Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən Urmiya gölü duzluluq dərəcəsinə görə dünyada üçüncü yeri tutur və dünya ekosistemində əhəmiyyətli yerə malikdir.

Yazarın sözlərinə görə, 20 ildir İran dövlətinə gölün qurudulmaması üçün müxtəlif təkliflər verilsə də, bunlar baxılmamış qalıb:

"İranın ətraf mühit və kənd təsərrüfatı nazirləri də etiraf etdilər ki, gölün qurudulması təhlükəsinə qarşı müvafiq tədbirlər görülməlidir. Amma fikirlərindən belə aydın oldu ki, dövlətin hüquq-mühafizə orqanlarının razılığı olmadan hökumət bu tədbirləri həyata keçirə bilməz. Suyun süni vasitələrlə sürətlə buxarlanmasına şərait yardılması, ərazidə şəkər-qənd zavodunun tikilməsi də göldən su çəkilməsi məqsədi daşıyırdı. Çünki şəkər plantasiyaları çoxlu su tələb edir. Gölün içərisində qaynayan bulaqların gözünün tutulması da məqsədli şəkildə edilib. Bunu rəsmi mənbələr də təsdiq etdilər. Vaxtilə Kənd Təsərrüfatı Nazirliyinin məsulu olan İsa Kələntəri, ətraf mühit üzrə rəsmi şəxs olan Məsumə İbtikar da faktlarla mətbuatda çıxış etdilər".

Soydaşımız qeyd edib ki, gölün qurumaması üçün təcili tədbirlərin görülməsi vacibdir:

"Gölə 50-dən çox sədd çəkilib. Bu sədlərin qarşısı açılsa, qurudulma təhlükəsi aradan qalxar".

Yazar onu da vurğulayıb ki, əsasən Güney Azərbaycan əhalisinin məskunlaşdığı, Urmiya şəhərinin yaxınlığında yerləşən bu ərazinin səhralaşdırılması əhalinin məcburi miqrasiyasına səbəb olacaq ki, bundan da ən çox Azərbaycan türkləri ziyan çəkəcək:

"Dinc aksiyalar keçirən qadınlarımız İranda həbslərə, təzyiqlərə məruz qalıblar. Ona görə də ekosistemə həssaslıqla yanaşan bütün dünya ictimaiyyətini, Türkiyə və Azərbaycandan olan soydaşlarımızı bu mübarizəmizdə bizə dəstək verməyə çağırırıq".
Ş.Cafəri əlavə edib ki, turizm baxımından əsrarəngiz bir ərazinin quruması radiasiya mənbəyinə çevrilir:

"13 milyard tondan çox duzu olan gölün sahəsi 5822 kvadratkilometrdir. Bu gölün səhralığa çevrilməsi duz fırtınasına səbəb ola bilər ki, nəticədə orada insan və digər canlılar yaşaya bilməz".

Qeyd edək ki, bu gün Ankarada Azaflı Sosial Yardım və Kültür Dərnəyinin ofisində Güney Azərbaycan Kültür Mərkəzi və Güney Azərbaycanlı soydaşlarımızın bu məsələ ilə bağlı mübarizəsini Türkiyə ictimaiyyətinə çatdırmaq məqsədilə "Urmiya gölü qurumasın" adlı mətbuat konfransı keçirilib.

Tədbirdə Güney Azərbaycandan olan jurnalist, yazar Məsud Haray bildirib ki, həftədə 4 kilometr sürətlə artan zəhərli duzlaşma 60 kilometrlikdə yerləşən Türkiyə, eləcə də Azərbaycan (Naxçıvan), Ermənistan, Suriya, İraq üçün də təhlükədir.

Tədbirdə gölün hazırkı vəziyyətini, ətrafda yaşayan azərbaycanlıların ağır güzəranını əks etdirən videomaterial nümayiş etdirilib.

Eyni mövzuda tədbir ötən gün İzmirdə də baş tutub, avqustun 26-da isə İstanbulda keçiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1083   Tarix: 27 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr