"Müxalifətin qalib gələcəyi təqdirdə regionda gərginliyin artacağı şübhəsizdir" - DEPUTAT
"Ermənistanda parlament seçkiləri iyun ayının 7-nə planlaşdırılıb. Seçkilər yaxınlaşdıqca cəmiyyətdə gərginlik artır. Əsasən iki qüvvə arasında gedən mübarizə Ermənistanın hüdudlarından kənara çıxır və ölkə geosiyasi rəqabət meydanını xatırladır. Bir tərəfdə Qərb dairələri tərəfindən dəstəklənən və siyasi hakimiyyəti təmsil edən baş nazir Paşinyan, digər tərəfdə isə Moskvanın dəstəklədiyi, Robert Koçaryan və rusiyalı milyarder Samvel Karapetyanın başçılığı ilə əsasən keçmiş Qarabağ klanından ibarət revanşist, daşnak-millətçi qrup dayanır. Açıq-aşkar hiss olunur ki, Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında gərgin mübarizə gedir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb.
O, açıqlamasında qeyd edib ki, son müşahidələrə və sosial sorğuların nəticələrinə görə, Paşinyan reytinq baxımından irəlidədir:
" Bununla yanaşı, xarici təzyiqlərin təsiri nəticəsində sensasiyalı hadisələrin baş verməsi də mümkündür. Seçkilərdən sonra Ermənistan daxilində qarşıdurmaların artacağını, hətta vətəndaş müharibəsinin belə baş verə biləcəyini proqnozlaşdırmaq olar.
Müxalifətin qalib gələcəyi təqdirdə regionda gərginliyin artacağı şübhəsizdir. Erməni xalqı bilməlidir ki, ölkəsinin təhlükəsizliyi və inkişafı qonşularla, xüsusilə Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçir. Əks təqdirdə, Ermənistan dövlətinin varlığına və təhlükəsizliyinə heç kim zəmanət verə bilməz".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1039 Tarix: 14 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət etdi
Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin mətnini təqdim edir:. "Sizi 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurm
14 oktyabrLaos prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib - Foto
Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Laos prezidenti burada Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önün
13 oktyabrAzərbayca və Kamboca əlaqələrini genişləndirən səfər
Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqa¬mət-lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla¬qələri bəşər
13 oktyabrPrezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql
14 oktyabrİlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin
14 oktyabr