Real dünya rəqəmsal dünya ilə birləşdi: Biri varlanır, digəri aldanır

Real dünya rəqəmsal dünya ilə birləşdi: Biri varlanır, digəri aldanırBu gün dünya öz oxu ətrafında deyil, internetin ətrafında fırlanır desək, yanılmarıq. İnternet insanlara yeni dünya, yeni imkanlar, arzular, uğurlar bəxş elədi. Özü də hər bir sahədə. Məsələn, internet vasitəsiylə adi bir İT mühəndisi yaratdığı proqram və ya tətbiqə görə milyonçuya çevrildi. Kitab satıcısı məhz internetə görə dünyanın ən varlı adamlarından biri oldu.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İmkansız görünənləri reallaşdıran vasitə

Vaxtilə imkansız görünən işləri bu gün həyata keçirtmək üçün internet kömək oldu. Yeddi nəsil-əqrabasında pulun nə olduğunu bilməyənlər rəqəmsal dünyanın verdiyi imkanlardan düzgün yararlanaraq milyonçuya çevrildilər. Elm, maliyyə, iqtisadiyyat, media, həkimlik kimi ciddi sahələrlə bərabər dəb, gözəllik məhsulları təbliğ edənlər eyni platformada yerləşdilər.

İnternetin yaratdığı paradoks

Məsələn, "Instagram" sosial şəbəkəsində Kristiano Ronaldo 601 milyondan çox izləyici ilə ikinci yerdədir. Birinci yerdə isə "Instagram"ın öz səhifəsidir. Üçüncü yerdə isə Lionel Messi 483 milyonluq izləyicisi ilə qərarlaşıb.

İndi isə internetin yaratdığı paradoksa baxın. Məsələn, bir alim və ya həkim ömrünün 20-30 ilini müəyyən sahəyə sərf edir, kəşflər edir, insan həyatı qurtarır, müəyyən maliyyə mövqeyinə çatır.

Eyni zamanda, 2-3 il mütəmadi video-foto paylaşan hər hansı bir sosial şəbəkə istifadəçisi bir anın içində fenomen olur və həmin alim və həkimdən maliyyə cəhətdən daha önə çıxır. Hətta bir gecəyə dünya ulduzlarından daha məşhur ola bilir.

Son illərin ən varlı "youtuberi" və çəkdiyi videolarla dünya trendinə hakim olan Mister Bistin bu günə 500 milyon dollarlıq varidata malik olduğu deyilir. Ekspertlər iddia edirlər ki, o, dünya tarixinə ilk "youtuber" milyarder kimi düşə bilər. Çünki yaratdığı kontent ona hər gün, hətta hər saat qazanc gətirir. Qeyd edim ki, onun restoranlar şəbəkəsi və digər biznesləri də var ki, bu da əlavə gəlir mənbəyidir. Həm də Mister Bist dünyada tanınan ən məşhur adamlardan biridir.

Cimminin uğur hekayəsini öyrənmək üçün onu Harvard biznes məktəbinə mühazirə üçün dəvət edirlər. Bəli, adi bir oğlan bu gün milyarder olmağa doğru əmin addımlarla gedir.

İndi isə sual. Bəs internet olmasaydı Mister Bist və onun kimilər olardımı? Milyonlara sahib olmaq bu qədər asanlaşardımı? Bircə tətbiq yaratmaqla dünyanın ən böyük iş adamına çevrilmək mümkündürmü?

Bugünkü körpələr belə telefon və planşetlə rahat rəftar edə bilir, istədiyi cizgi filminə və ya videolara baxırlar. Bunu 30 il əvvəl kiməsə desəydin, yəqin ki, adamı səfeh zənn edərdilər.

Tarixi qələbəmizin rəqəmsal təzahürü

Bu gün internet və onun sayəsində formalaşmış sosial şəbəkələr unikal alətdir. Həm PR, həm siyasi-texnoloji, həm ideoloji, həm də informasiya alətidir. Sadəcə, yadınıza salıram. 44 günlük Vətən müharibəsində ən dəqiq məlumatı əldə etmək üçün yüzminlərlə insan Prezident İlham Əliyevin "Twitter" hesabına abunə oldu. İlk qələbə xəbərlərini də məhz Ali Baş Komandanın səhifəsindən aldıq. Bu, bizim tarixi qələbəmizin rəqəmsal təzahürü idi. Dünyanın hər yerində yaşayan azərbaycanlılar isə sosial şəbəkələrdə işğalçı erməni siyasətinə qarşı mübarizə aparırdı.

Hər deyilənə inanmaq olmaz

Lakin etiraf etməliyik ki, bu gün istifadə etdiyimiz texniki tərəqqi ziyanımıza da işləyə bilər.

Demək olar ki, hər gün KİV-də sosial şəbəkələr vasitəsiylə aldadılan vətəndaşların şikayətlərini görürük. Kart hesablarının dələduzlar tərəfindən ələ keçirilməsi, pulların çəkilməsi faktları isə adi hal alıb.

Yenə də, burada günah ilk növbədə istifadəçinin özündədir. Çünki hər deyilənə inanmaq olmaz. Xüsusilə də indiki zamanda.

Elə bu günlərdə sosial şəbəkələr vasitəsilə vətəndaşları "kreditə qızıl satılır" adı altında kiber üsullarla talayan dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə bu cinayətkar dəstə "TikTok" sosial şəbəkəsində şirnikləndirici elanlarla vətəndaşları aldadırmış. Onların qurbanlarının sayı isə 150-dən artıqdır.

Bu kimi kiber cinayətlər, demək olar ki, hər an baş verir. Ona görə də mütəxəssislər kart məlumatlarının, şəxsi məlumatların üçüncü tərəflə bölüşməməyi xəbərdar edir. Hətta bank belə sizdən ancaq müəyyən məlumat istəyə bilərlər. Hamısını deməyə ehtiyac yoxdur.

Bundan başqa, sosial şəbəkələrdə xeyli sayda dələduz var ki, yalançı elanlarla aşağı qiymətlər vəd edərək mebel, qapı-pəncərə, təmir və s. xidmətlər adı altında vətəndaşları aldadır və pullarını mənimsəyirlər. Heç nədən şübhə etməyən müştəri pulu karta göndərir, sonra da qarşı tərəfdən bloklanır. İndi deyəcəksiniz ki, bəs necə edək?

Sadəcə, bazarda fəaliyyət göstərən, müştərilərin etimadını qazanmış şirkətlərlə əməkdaşlıq etmək lazımdır. Çünki havayı pendir yalnız tələdə olur.

Sehrli çubuğun sayəsində hər şey bəsitləşdi

Bəzən isə düşünürəm ki, görəsən internet, sosial şəbəkələr bəşəriyyətə lazım idimi? Axı bəşəriyyət normal yaşayırdı. Bilikləri kitab və kitabxanadan, əyləncəni kino və teatrdan, xəbərləri televiziya, radio və qəzetlərdən alırdı. Məlumat ötürülməsinə gəldikdə isə məktub, poçt, rabitə və teleqram var idi.

Amma birdən elə bir şey baş verdi ki, sanki sehrli çubuğun sayəsində hər şey bir düymənin basılması qədər bəsitləşdi. İstədiyin yemək bir toxunuşa evə çatdırıldı, film bir toxunuşa evdə göstərildi, istədiyin müğənni istədiyin qədər oxumağa başladı.

Real dünya rəqəmsal dünya ilə birləşdi. Bundan sonra görəsən nələr olacaq? Hansı dünyalar birləşəcək?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 584   Tarix: 03 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021