Su kranlarımız niyə tez sıradan çıxır?

Su kranlarımız niyə tez sıradan çıxır?Paytaxt sakinləri son dövrlər mənzillərindəki su kranlarının vaxtından əvvəl sıradan çıxması, paslanması, ərp bağlamasından şikayətlənirlər. Vətəndaşlar iddia edirlər ki, bu, evlərə verilən suyun tərkibi ilə əlaqədardır. Onların fikrincə, təhlükəsizlik məqsədilə içməli suya qatılan kimyəvi məhlullar son nəticədə mənzillərdə su kranlarının tez-tez sıradan çıxmasına səbəb olur. Sakinlər iddia edirlər ki, suyun təmizlənməsi üçün şəxsi vəsaitləri hesabına mənzillərdə sutəmizləyici qurğular, filtrlər quraşdırsalar da, bu, heç nəyi dəyişmir. Keyfiyyətli və ya keyfiyyətsiz materialdan hazırlanmasına baxmayaraq, yenə də su kranları tez-tez paslanır, çürüyür, su qaynadılan zaman isə ərp meydana gəlir. Vətəndaşlar bunu sağlamlıqları üçün böyük təhlükə hesab edirlər.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı qeyd olunan problemin bilavasitə keyfiyyətsiz materiallardan hazırlanmış kranlardan qaynaqlandığını vurğulayıb.

O qeyd edib ki, paytaxta və regionlara verilən içməli suyun tərkibinə zərərsizləşdirici xlordan başqa heç bir kimyəvi maddə vurulmur:

"İlk növbədə qeyd edim ki, mən vaxtilə "Əhmədli", "Elmlər Akademiyası" metro stansiyalarının yerləşdiyi ərazilərdə yaşamışam. Hazırda isə "Neftçilər" və "Qara Qarayev" metro stansiyalarının arasındakı ərazidə yaşayıram. Bakı şəhər sakinləri kimi, mən də daim eyni sudan istifadə etmişəm və edirəm. Su kranlarının tez-tez sıradan çıxmasının əsas səbəbi onların keyfiyyətsiz materiallardan hazırlanmasıdır. Ərpin meydana gəlməsi suyun tərkibindəki minerallarla əlaqəlidir. Suyun tərkibinə də zərərsizləşdirici xlordan başqa heç bir kimyəvi maddə vurulmur".

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin rəhbəri, Xəzər Hava Keyfiyyəti Laboratoriyasının müdiri Rövşən Abbasov isə bildirir ki, su kranlarının vəziyyəti ilə bağlı paytaxt sakinlərinin ictimailəşdirdiyi problem bilavasitə içməli suyun codluğundan meydana çıxır.

Onun sözlərinə görə, su kranlarının ərp bağlamasına təsir edən amillər sadəcə onların deyil, eyni zamanda məişət texnikasının, paltaryuyan maşının, su borularının sıradan çıxmasına da səbəb ola bilər:

"Burada çox güclü ərpbağlama prosesi gedir. Bunun da səbəbi içməli suda çoxlu kalsium və maqnezium ionlarının olmasıdır. Onların müxtəlif birləşmələri var. Bu, kalsium sulfat, maqnezium sulfat, maqnezium xlorid, sink, sink xlorid də ola bilər. Bunun nəticəsində nəinki su kranları, eləcə də su boruları ərp bağlayır, aşınmaya məruz qalaraq qısa zamanda sıradan çıxır. Bu ona işarə verir ki, su çox coddur. Hətta filtrlər də bunu təmizləyə bilmir".

Ekspert vətəndaşlara tövsiyə edib ki, belə sulardan içmək və yemək hazırlamaq üçün istifadə etməsinlər:

"Məsləhət görərdim ki, onlara verilən içməli suyun TDS səviyyəsini, göstəricisini ölçsünlər. Yəqin ki, bu səviyyə 600-800-ə yaxındır. Belədirsə, bu, çox yuxarı göstərcidir. Bu faktın özü sudakı codluğun yüksək olduğunu ortaya qoyur. Belə içməli suyun sağlamlıq effektləri də var. Sudakı ərpləşmə böyrəklərdə daş əmələ gətirir, qan damarlarında da müəyyən problemlər yaradır. Tövsiyə edərdim ki, belə sulardan yemək hazırlanmasında və içmək üçün istifadə edilməsin. Vətəndaşlar filtrdən keçirilmiş sulardan istifadə etsələr, bu, daha yaxşı olar. Tərkibindəki bərk maddələrin səviyyəsi aşağı olan sudan istifadə daha məqsədəuyğundur".

"Azərsu" ASC-nin Texnoloji proseslərə nəzarət və suyun təhlükəsizliyi şöbəsinin rəisi, baş texnoloq Cəmil Babayev isə bildirib ki, yeraltı və yerüstü su mənbələrindən əldə edilən istənilən suyun tərkibində minerallar olur.

Onun sözlərinə görə, mineralların əsas hissəsi kalsium və maqneziumla birləşən anionlar olur ki, bu da suyun ümumi codluq, səhlik göstəricisidir:

"Ümumi codluq göstəricisi də daimi və müvəqqəti codluğa bölünür. Daimi codluq karbonatlar, xloridlər və sairdir. Müvəqqəti codluq isə hidrokarbonatlar hesab olunur. İçməli suyu çaydanda qaynatsaq hamımız onun dibində ərpləşməni müşahidə edə bilərik. Bu, kalsium karbonatdır və suyun təbii mahiyyətidir. Tam minerallardan təmizlənmiş, filtrdən keçən sularda ərpləşmə baş vermir. Çünki onun tərkibində heç bir mineral qalmır, "ölü" suya çevrilir. Məişətdə vətəndaşlar tərəfindən fərdi qaydada istifadə edilən filtrlərdən keçirilən suları bu kateqoriyaya aid etmək olar".

Su kranlarının tez-tez sıradan çıxmasına münasibət bildirən baş texnoloq vurğulayıb ki, ucuz və keyfiyyətsiz materiallardan hazırlanan belə kranlar daim su ilə təmasda olduğundan uzunömürlü olmur:

"Bu, suyun tərkibindən deyil, bilavasitə kranın keyfiyyətsiz olmasından qaynaqlanır. Suyun tərkibinə zərərsizləşdirmə məqsədi ilə yalnız az miqdarda xlor vurulur. Dünyanın hər yerində təcrübə, qayda belədir. Bu zaman Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi qaydalara, tələblərə, həmçinin ölkəmizin Milli Su Standartlarına ciddi riayət edilir. Əgər vətəndaşlar "nerjaveyka" kimi tanıdığımız yüksək keyfiyyətli materialdan hazırlanmış kranlardan istifadə etsələr, tez-tez sıradan çıxmaz".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2145   Tarix: 03 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021