Ölkənin danışdığı sirli intiharlar - Xırdalanda nə baş verir?

Ölkənin danışdığı sirli intiharlar - Xırdalanda nə baş verir?Xırdalanda avqust ayı ərzində ard-arda 3 yeniyetmə qız intihar edib. Eyni binada baş verən iki rəfiqənin intiharından sonra 31 avqust tarixində həmin binanın yaxınlığında yerləşən binada daha bir intihar hadisəsi baş verib.

Sonxeber.az musavat.com-a istinadən bildirir ki, bu dəfə 15 yaşlı qızın intiharı ciddi narahatlığa səbəb olub. Qeyd edək ki, qızların heç biri intihar etdiyi binalarda yaşamır. Hətta bina sakinləri keçən il də eyni binada bir neçə intihar hadisəsinin olduğunu iddia edib.

Cəmiyyətdə, xüsusən də yeniyetmə övladı olan valideynlər arasında ciddi təşvişə səbəb olan bu məsələni sherg.az-a şərh edən kriminalist-ekspert İlqar Altay deyib ki, baş verən hadisə həm kriminal, həm də ictimai cəhətdən yanaşmada kifayət ağır və faciəvidir: "İlk növbədə məsələnin ağır tərəfləri: maniakal pedofiliya, ya, digər motivlə qəsdən adamöldürmə, sonra özünü öldürməyə vadar etmə variantları səhih yoxlanılıb araşdırılmalıdır. Bu halların, əməllərin olması halında cinayət işi və təqibi başlanmalı, cinayətkarlar tapılıb ən sərt cəzalarını almalıdır. Əgər tam yəqin edilərsə, sadəcə, intihar aktıdır, qeyri-kriminal məişət, sosial, fərdi və s. səbəbi araşdırılmalıdır".

Kriminalistin sözlərinə görə, təkcə ölkəmizdə deyil, son dövrlər əksər ölkələrdə uşaq və yeniyetmələr (13-21 yaş) arasında intihar-ölüm faktlarının sayı artıb. Hətta bədbəxt hadisə, avtoqəza və s. müxtəlif ölümlərin cəmindən sonra 2-ci yerdədir: "İntiharları motivinə görə 3 tipə bölmək olur. Təbii intihar-emosional gərginliyin yaratdığı depressiya, ya əhvalın sıxıntısının, çətinliklərin yaratdığı, öz həyatından, yaşamaqdan bezmədir. Nümayişkəranə intihar isə ölmək həvəsi deyil, daha çox, öz problemlərinə diqqət cəlb etmə, haqsızlığa qarşı etiraz, köməyə çağırış motivlidir. Üçüncüsü isə qeyri-təbii, yanakı intihar-ekstremal və riskli hərəkətlərlə özünü fərqli, üstün göstərmə kimi davranışla, (məsələn, maşınla fokuslar çıxarma) bilərək də ki, bu onun həyatına son qoya bilər. Bizim bu konkret 3 yeniyetmə hadisəsində isə (əgər kriminal yoxdursa) düşünürəm ki, Verter Effekti adlanan, biri o birinə baxıb, təkrarlayan intihar yayımı silsiləsi ola bilər. Təcrübədə belə hallar çox olur, çox rast gəlmişik. Eyni məhəllə, mühitdə yaşayıb, eyni tərzdə həyat sürən və ya təhsil alan yeniyetmələrin silsiləvi intiharına. Və bu halda, testlərə hazırlıq, yüksək gərginliyinin zərif yeniyetmələrə depressiv təsiri də ola bilər. Ümumiyyətlə, bizim Azərbaycanda yarış, bəhsə girmə, xüsusən də ali məktəblərə daxil olma ərəfəsi xeyli üzücü, emosional gərginlik yaradır ailələrdə, uşaqlarda. Birinin uşağı qəbul olmur, kəsilirsə, o evdə elə bil faciə, matəm olur. Çünki qohum-qonşu sanki valideyni hədəfə götürüb, dəstək əvəzinə, mənəvi sıxır, depressiyaya salır, valideyn də uşağını sıxır, lap depressiyaya salır!"

Azərbaycanda belə serial intiharlar ötən 3-5 ildə bir neçə dəfə təkrarlanıb. Məsələn, 2015-ci ildə Rusiyada bir gənc tərəfindən yaradılan və internet şəbəkələri tərəfindən gizli linklə ölüm tələsi quran "Mavi balina" (Blue whale) oyunu bütün dünyanı həyəcana salmışdı. Sonrakı dönəmdə - 2017-18-ci illərdə həmin oyun Azərbaycana da gəlib çıxmışdı. Rusiyada olduğu qədər populyarlaşmasa da, yeniyetmə intiharlarında bu oyunun adı qırmızı xətlə keçirdi.

Belə ki, 2017-ci il oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gəncin "Mavi balina" oynadıqdan sonra intihar etdiyi iddia olunurdu.

Həmin il dekabrın 4-də Ağdaş rayonu Nehrəxəlilli kənd sakini, 7-ci sinif şagirdinin yaşadığı evin həyətində özünü asaraq intihar etməsinin adıçəkilən oyun səbəbindən baş verdiyi bildirilib.

2018-ci il iyunun 25-də Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 2004-cü il təvəllüdlü yeniyetmənin intiharını atası "Mavi balina" oynaması ilə izah etmişdi.

2019-cu ilin fevralında Kürdəxanı qəsəbəsində 16 yaşlı yeniyetmənin intiharına valideynləri "Mavi balina"nın səbəb ola biləcəyini deyirdilər...

Azərbaycanda son 1 ay ərzində 3 yeniyetmə qızın intiharında da belə bir oyunun təhrikedici təsiri olması ehtimalı böyükdür. Bəs yeniyetmələri bu oyunlardan necə qoruyaq? Hansı addımlar atılmalıdır? Valideynlər nələrə diqqət etməlidir?

Yeniyetmələrə ağır psixoloji təsir göstərən, ölümə sürükləyən belə oyunların psixoloji məqamlarına aydınlıq gətirən psixoloq Səbinə Bayramova mətbuata deyib ki, əslində bu, elmi baxımdan qurulmuş oyundur: "Təsəvvür edin, 16-cı missiyadan sonra uşaqları, yeniyetmələri gecə saat 4 radələrində oyadıb, qorxulu mahnılar, əcaib səslərdən ibarət musiqi dinlətməyə, videolar izlətməyə başlayırlar. Burada elmi məqam odur ki, gecə 3-dən sonrakı saatlarda yuxuda olan uşaqlarda, yeniyetmələrdə böyümə hormonunun inkişaf etmə saatlarıdır. Uşağı həmin saatda oyadıb ayaq üstdə saxlayırlar. Hətta bəzi missiyalarda deyir ki, evin yaxınında olan dəmir yoluna get, uzan relsin üzərinə və qatar gəlib çatana yaxın oradan dur. Yəni risk etməyi, intihara hazırlaşmağı öyrədir".

Oyunun 50-ci missiyasında intihar etmək tələb olunur. Hətta tələb olmasa da, oyunçu elə bir vəziyyətə gətirilir ki, artıq özü intihar etmək istəyir: "İntiharı ona mükafat kimi təqdim edirlər. Mesaj verirlər ki, bu dünya sənlik deyil, sənə layiq deyil. Sanki ona nicat yolu göstərilir ki, sənin çıxış yolun intihardır. Bu oyunun yaradıcısı tutulan zaman sual veriblər ki, niyə bu cür iş görürsən? Deyib, bu oyuna qoşulub intihar etmiş olanlar cəmiyyətin bioloji tullantılarıdır".

Psixoloq deyir ki, bu oyun səbəbindən intihar edənlər əsasən 12-16 yaş arası yeniyetmələrdir: "Biz həmişə deyirik ki, yeniyetmələrə anlayışla davranmaq lazımdır, tez-tez otağına girib, balaca uşaq kimi nəzarətdə saxlamamaq lazımdır. Çünki bu, ona qıcıq verir, valideyn gözündə düşmənə çevrilə bilər. Məsələn, oyunda missiyaların birində deyilir ki, 2 gün boyu otağından çıxma, heç kimlə danışma. Uşaq bunu edir və valideyn də təəccüblənmir. Düşünür ki, yəqin otağında dərslə məşğuldur, ya da oyun oynayır. Bu onun yetkinlik yaş dövrü olduğu üçün valideyn anlayışla qarşılayır. Ona görə də məlumatlı olmur. Valideyn övladının bədənindəki cızıqlara, izlədiyi sosial şəbəkələrə diqqət etməlidir. Amma elə etmək lazımdır ki, uşaq bunu hiss etməsin. Əgər belə olsa, uşaq daha da soyumağa başlayır. Elə hiss edir ki, mən güvənilmirəm, valideynim məni izləyir və sair. Yəni mərdi qova-qova namərd edərsiniz".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4274   Tarix: 05 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021