'Guvenkredittaz" müştəriləri aldadaraq kartlarından pul çəkir
İnstagramda onlayn fəaliyyət göstərən guvenkredittaz səhifəsi müştəriləri aldadaraq onların kart balansında olan bütün pulları çəkir.
Bu barədə müştəri Gülər Qasımova Ramazan qızı Sonxeber.az-a məlumat verib.
O bildirib ki, 1000 manat kredit üçün müraciət etdiyi guvenkredittaz onun hesabından 530 manat çıxıb və nömrəsini bloklayıb:
"İnstagram sosial şəbəkəsində "guvenkredittaz" səhifəsinə 1000 manat kredit üçün müraciət etdim. Özünü kredit mütəxəssisi kimi təqdim edən Kamal bəy dərhal Vatsapa keçməyimi xahiş etdi. Vatsapda şəxsiyyət vəsiqəsinin fin kodunu, seriya nömrəsini istədi, göndərdim. Telefona m10 proqramını yükləməyimi və ora 145 manat depozit yatırmağımı xahiş etdi. m10 proqramını yükədim,145 manat depozit yatırdım. Sonra kodları göndərdim. Kapital bank hesabımın kodunu istədi , göndərdim . Kartımın balansında olan 530 manat çıxdı.Birbank tətbiqindən balansımda olan bütün pulların çıxılması ilə bağlı bildiriş gəldi. Mən artıq aldandığımı başa düşdüm. Mən ona balansımın sıfır olduğunu yazdım.İki saat sonra məbləğin kartıma 1000 manatla bərabər qayıdacağını dedi. Sonra nömrəmi blokladı. Dərhal 102 xidmətinə zəng etdim. Bununla bağlı Sabunçu rayonu Zabrat qəsəbəsi 15 saylı polis bölməsindən zəng gəldi. Mən bölməyə yaxınlaşdım və mənə yüzlərlə insanın aldandığını bildirdilər".
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Bildirildi ki, bu məsələ araşdırılacaq.













Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2632 Tarix: 05 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabr