Bakını gözləyən böyük təhlükə - Tıxaclar daha da artacaq

Bakını gözləyən böyük təhlükə - Tıxaclar daha da artacaqSentyabrın 15-i təkcə yeni tədris ilinin deyil, həm də şərti olaraq yeni tıxac mövsümünün də başlanğıcı sayıla bilər.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov Bakını və paytaxtın ətrafını əhatə edən əraziləri böyük nəqliyyat böhranının gözlədiyini deyib.

İndiyədək nəqliyyatın şaxələndirilməsi istiqamətində lazımi tədbirlərin görülmədiyini bildirən ekspert yaxın günlərdən etibarən güclü tıxacların müşahidə ediləcəyini bildirib.

Onun sözlərinə görə, Abşeron aqlomerasiyasının (Bakı şəhəri, ətraf kənd və qəsəbələr, Abşeron rayonu və Sumqayıt şəhəri) küçə-yol şəbəkəsində mobilliyə təsir edən əsas amillərə nəzər yetirəndə mənzərə xeyli aydınlaşır:

"1. Yollarda tıxac yaranmasını stimullaşdıran əsas amillərdən biri olan məskunlaşma ilə bağlı məsələ bir az da qəlizləşib. Yəni Bakı ətrafında bəzi yaşayış massivləri bir az da sıxlaşıb, rayonlardan paytaxta gələnlər də yəqin ki, azalmaz, əksinə artar. Xarici ölkələrdən Vətənə qayıdanlar da böyük ehtimalla artıb. Bunun qarşılığında yenə də əsas iş yerləri şəhərin daxilindədir. Periferiyalarda məktəb çatışmazlığı daha da qabarıq görünəcək, yəqin ki. Deməli, şəhərə giriş yollarında hərəkət intensivliyi artacaq.

2. Son bir ildə ölkəyə 70-80 min minik avtomobili gətirilib, əksəriyyəti də Bakıya və Abşeron aqlomerasiyasına. Deməli, küçələrə çıxacaq avtomobillərin sayı da artıb.

3. Bakı Metropolitenində son bir ildə cəmi 1 stansiya – "Xocəsən" istifadəyə verildi (buna da çox şükür). Onun ümumi sərnişin axınına ciddi təsiri gözlənilmir. Qatarların hərəkət qrafiki və digər amillər də yerində qalır (onsuz da mümkün ən maksimum istismar şərtlərindən istifadə olunur).

4. Bakının və aqlomerasiyanın digər məntəqələrinin avtobus marşrutlarında isə geriləmə müşahidə edilir. Diqqət etsəniz, yollarda avtobusların azaldığını aydın şəkildə görə bilərsiniz. Bu, yəqin ki, avtobus parkının daha bir il köhnəlməsi, yeni avtobusların gətirilməməsi, mövcudların isə saz vəziyyətdə istismarının çətinlikləri ilə bağlıdır. Hər bir halda avtobus parkının vəziyyəti, onun perspektivi indiki durumda kifayət qədər bərbaddır.

5. Son bir ildə aqlomerasiyanın küçə-yol şəbəkəsində ciddi bir yenilik baş verməyib.

6. Sürüclərimiz və digər hərəkət iştirakçılarımız da elə keçən il bu vaxtlar olduqları kimi qalırlar. Hətta bir qədər pessimist olsa da, ola bilsin, geriləmə də var. Çünki yolda yol uğrunda amansız mübarizə aparan, başqalarına məhəl qoymayan, 200 metrlik məsafədə 5 dəfə zolaq dəyişən sürücülərin azalmasını müşahidə etmirik".

Ərşad Hüseynov əlavə edib ki, son vaxtlar yalnız parklanma məsələsi ilə bağlı müsbət irəliləyiş hiss edilir: "Bu məsələlərdə cüzi də olsa, bircə müsbət şey görünməkdədir. Bəzi parklanma yerlərində ödənişlərin tətbiqi Bakının mərkəzi hissəsində parklanmaların idarə edilməsində tədricən irəliləyişə səbəb olmaqdadır. Parklanmaların düzgün təşkili, idarə edilməsi və zəruri nəzarət olsa, bəzi yerlərdə qanunsuz parklanmadan irəli gələn sıxlıq və tıxaclar azala bilər. Əsas amillərin siyahısını artırmaq da olar..."

Ekspert bu il tıxacların daha da artacağını proqnozlaşdırıb: "Qeyd edilənlər o deməkdir ki, bu il də aqlomerasiyada əsas mobillik vasitələrimiz fərdi avtomobillər və taksilər olmaqda davam edəcək. Bu isə pessimistcəsinə bunu deməyə əsas verir ki, bu il daha ciddi tıxaclara şahid olacağımız gözlənilir. Təəssüf ki, illərdir, bu məsələlərə yetərincə diqqət ayrılmır. Bu il Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında sərəncam oldu. Amma hələlik bu Şuradan xəbər yoxdur (əsasnaməsi də təsdiq edilməyib). Amma gecikirik, çox gecikmişik. Ölkədə mobillik məsələsinə yenidən baxılmasa, bu sahəyə dövlət tərəfindən ciddi yatırım edilməsə, yığılıb qalan məsələlərin həlli ilə ciddi məşğul olunmasa, hər növbəti il daha pis mənzərəyə şahid olmaqda davam edəcəyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1802   Tarix: 05 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Mədət Quliyev oğlu ilə toyda - Foto

Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun

19 sentyabr
.

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm

19 sentyabr